Bu il İmişli rayonunda əkilən bostan və tərəvəz bitkilərinin məhsuldarlığı keçən ilə nisbətən artıb.
Viral.az “Report”-a istinadən xəbər verir ki, bu il rayonda 324,6 hektar sahədə bostan bitkiləri əkilib. Sahələrdən bu vaxta qədər 3 652,5 ton məhsul əldə olunub. Ötən il isə 205,8 hektar sahədən 2 286,8 ton məhsul toplanmışdı.
Həmçinin bu il 138,1 hektar sahədə tərəvəz bitkiləri əkilib və bu günə qədər 1 644,5 ton məhsul götürülüb. Ötən il isə 160,5 hektar sahədə tərəvəz bitkiləri əkilib və müvafiq dövrə uyğun olaraq 1 473 ton məhsul əldə olunub.