İsrailin Qəzza zolağındakı hərəkətləri regional və qlobal təhlükəsizliyi təhdid edir.
Viral.az TASS-a istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada azərbaycanlı həmkarı İlham Əliyevlə görüşündə deyib.
“İsrailin Fələstin ərazilərində, xüsusən də Qəzzada törətdiyi soyqırımı davam edir, bu cinayətlərlə İsrail təkcə regional deyil, həm də qlobal təhlükəsizliyi təhdid edir. Fələstin probleminin daimi həlli paytaxtı olan müstəqil Fələstin dövlətinin yaradılmasıdır”, – Ərdoğan deyib.
Son Yazılar:
- Dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma 24 %-ə yaxın ARTIB
- Valideynlərin nəzərinə: Noyabrın 25-dən BAŞLAYIR
- Prezidentdən elektrik enerjisi və su təchizatı ilə bağlı
O vurğulayıb ki, “beynəlxalq ictimaiyyət bu məsələdə İsrailə təzyiq göstərməlidir”.
(redaktor.az)