“Azərbaycan klublarında cıxış edən gənc futbolçuların həqiqi-hərbi xidmətə çağırışla bağlı ciddi problemi var”.
Viral.az xəbər verir ki, “Dinamo”nun İdarə Heyətinin sədri Yaşar Seyidov belə bir açıqlama ilə çıxış edib.
ATV kanalında yayımlanan “Futbolumuz” verlişinin qonağı olan tanınmış funksioner “Dinamo”nun bərpasında əsas məqsədin mövcud problem həll etmək olduğunu deyib.
Son Yazılar:
- Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
- Ərə getmək istəyən qadın falçıya yazdı, 22 mini getdi: “Mənimlə evlənəcəksən”
- ABŞ sürətlə müflisləşir – İlon Mask
Onun sözlərinə görə, ötən mövsümdən II Liqada mübarizə aparan klubun bununla əlaqədar fəaliyyət proqramı mövcuddur və istər AFFA, istərsə də müvafiq dövlət qurumları ilə danışıqlar aparılır.
Seyidov əsgərlik çəkməli olan oyunçuların “Dinamo” xətti ilə karyeralarını davam etdirmələri yönündə çalışdıqlarını söyləyib.