Fransanın keçmiş prezidenti Nikola Sarkozi bildirib ki, parlamentin hazırkı dövlət başçısı Emmanuel Makron tərəfindən buraxılması ölkə üçün riskli addımdır.
Viral.az-ın məlumatına görə, o, bu barədə “Le Journal du Dimanche” qəzetinə müsahibəsində bildirib.
Son Yazılar:
- Gürcüstanın iqtidar partiyasında prezidentliyə namizəd müzakirə EDİLİR
- Fransa Rusiyaya hücum icazəsi ilə Ukraynanı məhv edir
- Çin iqlim siyasəti yarışında ABŞ və Aİ-ni üstələyir
“Parlamentin buraxılması həm ölkə, həm də Prezident üçün böyük riskdir”, – o deyib.
Onun sözlərinə görə, belə bir addım onsuz da parçalanmış respublikanı xaosa sala bilər, ondan çıxmaq çox çətin olacaq. “Prezidentin hakimiyyətdən getməsinə üç il qalıb və mən ondan fransızların istəklərini həyata keçirmək üçün istifadə etməsinə üstünlük verərdim”, – Sarkozi bildirib.
Keçmiş prezident Avropa Parlamentinə seçkilərdə sağçı Milli Birliyin və solçu “İtaətsiz Fransa” Partiyasının lehinə səsvermənin miqyasına təəccüblənmədiyini söyləyib. “Etiraf etmək lazımdır ki, aralıq seçkilər hakim partiya üçün həmişə çətindir”, – o deyib.
Sarkozi ekstremist partiyalar haqqında söhbətləri səhv hesab edir.