-->
photo 265118

ÜST rəhbəri Yəməndən çıxa bilmədi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hələlik təşkilatın rəhbəri Tedros Adhanom Gebreyesusun Səna hava limanına hücumlardan sonra cümə axşamı Yəməndən çıxa bilib-bilməyəcəyindən xəbərsizdir. Viral.az-ın məlumatına görə, bu barədə qurumun mətbuat xidməti bildirib. Qeyd olunub ki, daha ətraflı məlumat olanda xəbər veriləcək. Gebreyesus daha əvvəl “X” hesabında yazıb ki, BMT nümayəndə heyətinin uçması üçün hava limanına dəyən ziyanın…

Ətraflı
photo 265117

İki dəfə eniş cəhdi olub

“AZAL-ın təyyarəsi Aktauda qəzaya uğramazdan əvvəl iki dəfə eniş cəhdi edib”. Viral.az xəbər verir ki, bunu Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev bildirib. “Ekipaj Aktau aerodromunun uçuş-enmə zolağına yaxınlaşmaq üçün iki cəhd edib. Bu zaman təyyarənin hündürlüyündə xaotik dəyişikliklər müşahidə edilib. Hava limanının qəza xidmətləri təyyarəni qəbul etməyə hazır idi. Ekipaj Qazaxıstanın hava məkanına daxil olduqdan…

Ətraflı
photo 265111

Yaralılar müayinələri tam bitəndən sonra stasionar xəstəxanaya qəbul olunacaqlar

Yaralıların müayinələri davam edir. Müayinələr tam bitəndən sonra stasionar xəstəxanaya qəbul olunacaqlar. Viral.az xəbər verir ki, bunu TƏBİB İdarə Heyətinin sədri Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, yaralıların müayinə və müalicəsi yüksək səviyyədə təmin olunur: “Məqsədimiz onların tez sağalıb, evə qayıtmalarıdır. Bundan əvvəl gətirilmiş 7 nəfər isə artıq plataya köçürülüb. Onların vəziyyətləri stabildir”….

Ətraflı
photo 265106

Misir-Azərbaycan Dostluq Cəmiyyətində xatirə guşəsi yaradıldı

Misirdə fəaliyyət göstərən Misir-Azərbaycan Dostluq Cəmiyyətində “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirən insanların xatirəsinə anılıb.  Viral.az xəbər verir ki, Misirdə yaşayan soydaşlarımız, Cəmiyyətdə təhsil alan misirli və xarici ölkələrdən olan tələbələr cəmiyyətə gələrək anım guşəsinə güllər düzüb, qəza nəticəsində həlak olanların xatirəsini hörmətlə anıb, yaralananlara şəfa…

Ətraflı
photo 265099

Təyyarənin qəzaya uğradığı yerdə daha bir qara qutu tapılıb

Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğradığı yerdə daha bir qara qutu tapılıb. Viral.az xəbər verir ki, bu barədə Qazaxıstanın Mangistau vilayətinin nəqliyyat prokuroru Abılaybek Ordabayev təyyarənin qəzaya uğraması ilə bağlı Astanada keçirdiyi brifinqdə bildirib. “İki qara qutu aşkar edilib, onlar aviaqəzaların təhqiqatı şöbəsinə veriləcək və daha sonra onlara baxış keçiriləcək”, – o deyib. Ordabayev…

Ətraflı
photo 265093

Axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya EDİLDİ

Azərbaycan vətəndaşı Məmmədov Vüsal Şahmalı oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatətini Rusiya Baş Prokurorluğu təmin edib. Bu barədə Viral.az–a Azərbaycan Baş Prokurorluğundan məlumat verilib. Bundan başqa, “Ekstradisiya haqqında” Avropa Konvensiyasının tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı Yusifov Elşən Ələddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Gürcüstanın Baş Prokurorluğu tərəfindən təmin edilib. V.Məmmədovun qabaqcadan əlbir olan…

Ətraflı
photo 265084

İnsanların faciəli surətdə həlak olmaları xəbərindən sarsıldım

Çin Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib. Viral.az-ın məlumatına görə, məktubda deyilir: “Hörmətli cənab Prezident. Azərbaycana məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində insanların faciəli surətdə həlak olmaları xəbərindən sarsıldım. Çin Hökuməti və xalqı adından həlak olanlara görə kədərimi ifadə edir, onların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmalarını arzulayıram”.

Ətraflı

Azərbaycan təyyarəsini hədəfə alan rus silahı: “Pantsir S”in dosyesi

Dekabrın 25-də Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı yeni detallar məlum olub. Viral.az xəbər verir ki, sərnişin təyyarəsinin Rusiya ərazisinə daxil olarkən, qəzadan əvvəl hava hücumundan müdafiə sistemləri ilə vurulduğu bildirilir. Söhbət Rusiya ordusunun arsenalında olan “Pantsir S” zenit-raket kompleksindən gedir. Həmin məlumata görə,…

Ətraflı
photo 265086

Qəza qurbanı olan Ramin də stüard imiş

Təyyarə qəzasında həlak olan sərnişinlərin siyahısında adı olan Ramin Ağayevlə bağlı maraqlı fakt məlum olub. Viral.az Rusiyanın teleqram kanallarına istinadən xəbər verir ki, o, “Ural Airlines” aviaşirkətində 2 ildir ki, stüard kimi çalışırmış. 28 yaşlı R. Ağayevin Rusiya vətəndaşı olduğu və Moskvada yaşadığı bildirilir. O, Vyatsk Dövlət Universitetində Filologiya və mediakommunikasiya fakültəsini bitirib.   Məlumata görə, Ramin dekabrın…

Ətraflı
photo 265081

Şəxsiyyəti müəyyənləşənlərin sayı ARTDI

Ötəngünkü təyyarə qəzasında həlak olan daha 3 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.  Viral.az xəbər verir ki, bu barədə Qazaxıstan FHN məlumat yayıb. Bildirilib ki, bununla da şəxsiyyəti müəyyənləşdirilən şəxslərin sayı 10-a çatıb: “Onların 3-ü Rusiya, 3-ü Qazaxıstan və 4-ü Azərbaycan vətəndaşıdır”. Xatırladaq ki, daha öncə Qazaxıstan FHN 7 nəfərin şəxsiyyətinin müəyyənləşdirildiyini açıqlamışdı.

Ətraflı
photo 265059

Xocalıya növbəti köç bu tarixdə olacaq

Xocalı rayonunun Ballıca kəndinə ikinci köç olacaq. Viral.az xəbər verir ki, köç sabah – dekabrın 27-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində baş tutacaq. Sabah Ballıca kəndinə 21 ailənin yəni 119 nəfərin köçürülməsi nəzərdə tutulur. Keçmiş məcburi köçkünlər 32 ildən sonra ilk dəfə olaraq hər iki bayramı öz doğma torpaqlarında qeyd edəcəklər.  Böyük…

Ətraflı
photo 265051

Təyyarə quş dəstəsi ilə toqquşa bilməzdi

“Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Qazaxıstanın Aktau şəhərində qəza enişi edib. Təyyarədəki 67 nəfərdən 38-i həlak olub, 29-u yaralanaraq sağ qalıb. Dünən baş verən hadisədən dərhal sonra Rusiya Federal Hava Nəqliyyatı Agentliyi – “Rosaviasiya” rəsmi məlumat yaydı. “Rosaviasiya” iddia etdi ki, AZAL-ın təyyarəsinin uçuşuna quş dəstəsi mane olub və bu səbəbdən qəza enişi…

Ətraflı
photo 265042

Qəzada həlak olan sərnişinlərin və ekipaj üzvlərinin siyahısı AÇIQLANDI

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhəri yazınlığında qəzaya uğraması nəticəsində vəfat edən sərnişinlərin və ekipaj üzvlərinin siyahısı açıqlanıb. Viral.az xəbər verir ki, xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Ətraflı
photo 265023

Təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu

Azərbaycan ərazisində Aktauda təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Viral.az APA-ya istinadla xəbər verir ki, Bakı vaxtilə saat 12:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb, avtomobillər siqnal, gəmilər, qatarlar fit veriblər. Bakıda, digər şəhər və rayonlarda, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində dövlət bayraqları endirilib. Xatırladaq ki, bu gün Azərbaycanda matəmdir. Prezident İlham…

Ətraflı
photo 264982

Norveçdə qatarların hərəkəti tamamilə dayandırıldı

Norveç hakimiyyəti ölkədə bütün qatarların hərəkətini dayandırıb. Viral.az xəbər verir ki, bu barədə Norveç dəmir yol hərəkətinin inkişafı və idarə edilməsi üzrə dövlət agentliyinin saytında bildirilib. Hərəkətin dayandırılması qərarı qatarlar və idarəetmə mərkəzi arasında rabitə sistemində yaranan nasazlıqla bağlıdır. Problem yerli vaxtla 7:55-də (Bakı vaxtı ilə 10:55) məlum olub. Bundan sonra şirkət bir neçə dəfə…

Ətraflı
photo 264981

19 il sonra, yenə dekabr, yenə Aktau

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. Viral.az xəbər verir ki, qəza zamanı təyyarədə 67 nəfər olub və onlardan 29-u sağ qalıb. Qəzanın səbəbi kimi ilkin ehtimal olaraq hava gəmisinin quş sürüsü ilə toqquşması göstərilir. Bu hal demək olar ki, dünyada tez-tez…

Ətraflı
photo 264979

Matəm günü ilə əlaqədar mədəni-kütləvi tədbirlər təxirə SALINDI

Matəmlə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki teatr-konsert müəssisələrində 26 dekabr tarixinə nəzərdə tutulan bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb. Bu barədə Viral.az–a Mədəniyyət Nazirliyindən bildirilib. Mədəniyyət Nazirliyinin kollektivi təyyarə qəzasında həlak olanlara Allahdan rəhmət diləyir, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir. Dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Qazaxıstanın…

Ətraflı
photo 264962

Təyyarə qəzasında ölənlərin sayı AÇIQLANDI

Hazırda Aktauda olan Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev sərnişin təyyarəsinin qəzaya uğramasının təfərrüatlarını açıqlayıb. Viral.az xəbər verir ki, o, hazırda 38 ölüm faktının məlum olduğunu bildirib. “Vəziyyət o qədər də yaxşı deyil, 38 nəfər ölüb”, – Bozumbayev Aktauda Azərbaycan nümayəndə heyətinin nümayəndələri ilə görüşdə deyib.

Ətraflı
photo 264953

Misir Azərbaycana başsağlığı VERDİ

Misir “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib. Viral.az “Report”-a istinadən xəbər verir ki, müvafiq məzmunlu sənədi Misir Xarici İşlər Nazirliyi (XİN) yayıb. “Misir Ərəb Respublikasının hökuməti və xalqı sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar dost Azərbaycan Respublikasına başsağlığı verir”, – XİN-in bəyanatında bildirilib. Qahirə, həmçinin belə ağır…

Ətraflı
photo 264937

Şeyxdən matəm günü ilə bağlı GÖSTƏRİŞ

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib. Viral.az xəbər verir ki, başsağlığı məktubunda deyilir: “Qazaxıstan Aktau şəhərində “Azərbaycan Hava Yollarına” məxsus təyyarənin qəzaya uğraması nəticəsində insanların faciəli şəkildə həlak olması xəbəri bizi dərindən sarsıtdı. Həlak olanlara Allah-Təaladan rəhmət diləyir, mərhumların doğmalarına və yaxınlarına dərin…

Ətraflı