İtalyadan Qəzza ilə bağlı ÇAĞIRIŞ

İtaliya Qəzza zolağında atəşkəsin əldə olunması üçün ABŞ, Misir və Qətərin birgə səylərini dəstəkləyir və tərəfləri danışıqları bərpa etməyə çağırır.   Viral.az xəbər verir ki, bu barədə İtaliya Nazirlər Şurası məlumat yayıb.   Bildirilir ki, İtaliya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2735 saylı qətnaməsinə uyğun olaraq Qəzzada atəşkəs və girovların azad edilməsi üçün ABŞ, Misir və…

Ətraflı

Polşanın baş naziri Macarıstanı Şengen zonasından çıxarmamağa ÇAĞIRDI

Avropa İttifaqı Budapeştin Rusiya və Belarus vətəndaşları üçün viza siyasətinin liberallaşdırılması istiqamətində atdığı addımlara cavab olaraq Macarıstanın Şengen zonasından çıxarılması imkanını nəzərdən keçirməməlidir. Viral.az xəbər verir ki, bu barədə jurnalistlərə Polşanın Baş naziri Donald Tusk bildirib. Onun mətbuat konfransı TVP Info tərəfindən yayımlanıb. “Bildiyiniz kimi, Şengen zonasından çıxarılma Avropa İttifaqından çıxarılma yolunda atılan ilk addımdır. Mən dövlətlərin…

Ətraflı

1000-dən artıq Eldar şamı niyə quruyub?

Yevlax rayonunda qurumuş Eldar şamı ağaclarına keçirilən baxış zamanı 1000-dən artıq ağacın götürülməsi qərarına gəlinib.   Viral.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun elmi işlər üzrə direktor müavini biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədov bu gün aparılan monitorinqlərin əsas məqsədinin ağacların quruma səbəbinin müəyyənləşdirilməsi olduğunu deyib: “İlkin monitorinqdən sonra belə…

Ətraflı

Belarus MDB-nin Daxili İşlər Nazirləri Şurasının sədri oldu

MDB Daxili İşlər Nazirləri Şurasına sədrlik Belarusa keçib. Viral.az BelTA-ya istinadla xəbər verir ki, bu barədə Respublika Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Minskdə keçirilən şura iclasında sədrin səlahiyyətləri Qazaxıstanın daxili işlər naziri Erjan Sadenov tərəfindən Belarus Daxili İşlər Nazirliyinin rəhbəri İvan Kubrakova verilib. Kubrakov şura adından Sadenova sədrliyi dövründə onun və Qazaxıstan Daxili…

Ətraflı

Bakıda açıq sahə yanır

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsi yaxınlığında açıq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.   Bu barədə Viral.az-a FHN-dən məlumat verilib.   Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.   Hazırda yanğınsöndürmə işləri həyata keçirilir….

Ətraflı

Ukrayna Ali Radasının nümayəndə heyəti Azərbaycana gələcək

Ukrayna Ali Radasının nümayəndə heyəti sentyabrın 1-də Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə edəcək.   Viral.az xəbər verir ki, bu barədə AZƏRTAC-a məxsusi açıqlamasında Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Valeriy Kolyux məlumat verib.   V.Kolyux bildirib ki, müşahidə missiyasına Ukrayna Ali Radasından 10 deputat daxildir. Hazırda müşahidə missiyasının proqramı hazırlanır. Ukrayna Ali Radasının müşahidə missiyası avqustun…

Ətraflı

Kursk döyüşü: Rusiyanın hərbi karvanı məhv edildi, onlarla ölü və yaralı var

Ukrayna ordusu Rusiyanın Kursk vilayətində hərbi maşın karvanını atəşə tutub.    Viral.az xəbər verir ki, bu barədə Ukrayna və Rusiyaya məxsus teleqram kanallarında məlumat yayılıb.   Məlumata görə, zərbələr nəticəsində 26 nəfər hərbi qulluqçu ölüb, 100-dən çoxu isə yaralanıb. Hücumun ABŞ istehsalı HIMARS raket sistemi ilə həyata keçirildiyi qeyd olunur. Məlumata görə, Rusiya tərəfindən döyüşən bir batalyon sıradan…

Ətraflı

Ferma haker hücumuna məruz qaldı, inəklər öldü

İsveçrədə hakerlər sağım aparatının sistemini sındıraraq hamilə inəyi öldürüblər.   Viral.az “Bild”ə istinadən xəbər verir ki, Zuq kantonunda ferma hakerlərin hücumuna məruz qalıb.   Naməlum şəxslər sağım aparatınının sistemini qıraraq onun işini dayandırıblar. Onlar fermeri şantaj edərək, ondan 10 min İsveçrə frankı (təxminən 10 min 700 avro) köçürməsini tələb ediblər. O, ödəməkdən imtina edib.   Sonra hakerlər…

Ətraflı

ETX ilə Azərbaycan-Fransız Universiteti arasında memorandum imzalandı

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və “Azərbaycan Dövlət Neft və Sənaye Universiteti” publik hüquqi şəxsi nəzdində Azərbaycan-Fransız Universiteti (UFAZ) arasında 8 avqust 2024-cü il tarixində Anlaşma Memorandumu imzalanıb. Viral.az xəbər verir ki, memorandumun əsas məqsədi informasiya təhlükəsizliyi və fərdi məlumatların mühafizəsi, həmçinin sosial şəbəkələrdən istifadə qaydaları üzrə ictimai məlumatlılığın artırılması istiqamətində…

Ətraflı

“Barselona” onu transfer etdi

İspaniyanın “Barselona” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Viral.az klubun rəsmi saytına istinadla xəbər verir ki, Almaniyanın “Leyptsiq” klubundan Dani Olmo transfer edilib. Tərəflər 26 yaşlı yarımmüdafiəçinin keçidi ilə bağlı razılığa gəliblər. Onun müqaviləsinin müddəti 2030-cu ilin yayınadək nəzərdə tutulacaq. Qeyd edək ki, İspaniya yığması ilə AVRO-2024-ün qalibi olan D.Olmo ötən mövsüm Bundesliqa komandasında meydana çıxdığı…

Ətraflı

Bu ərazilər üzrə avqustun pensiyaları ÖDƏNİLDİ

Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə avqust ayının pensiyaları ödənilib. Bu barədə Viral.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd edilib ki, yaxın günlərdə respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.

Ətraflı

Ədliyyə Nazirliyi Hüseyn Abdullayevin vəziyyətini AÇIQLADI

Hüseyn Abdullayev avqustun 2-də ürək nahiyəsində olan narahatlıqla bağlı Bakı İstintaq Təcridxanasının tibb sanitariya hissəsinə müraciət edib. Bu barədə Viral.az-a Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, həkim-kardioloq tərəfindən müayinə aparılıb, həmçinin, ürəyin elektrokardioqrafiyası, daha sonra isə exokardioqrafiyası müayinəsi nəticələrinə əsasən miokard infarkt keçirməsi təsdiqlənməyib. “Məlumat üçün bildiririk ki, H.Abdullayevin səhhəti həkim nəzarətindədir”, –…

Ətraflı

Hava ilə bağlı yeni XƏBƏRDARLIQ: yağış, leysan, şimşək, dolu

Avqustun 10-u gündüz dağlıq ərazilərdə, 11-13-də isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Viral.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi Zəngəzur, Daşkəsən-Gədəbəy, Qazax-Gəncə, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi…

Ətraflı

Husilər Qırmızı dənizdə neft tankerinə raket hücumları etdilər

Birləşmiş Krallığın Dəniz Ticarət Əməliyyatları (UKMTO) agentliyi cümə günü bildirib ki, “Delta Blue” xam neft tankeri Yəmənin Moxa limanı yaxınlığında son 24 saat ərzində üçüncü və dördüncü insident baş verib. Viral.az “Əl Ərəbiyə” telekanalına istinadla xəbər verir ki, ekipaj və gəmi zərər görməyib. Hazırda tanker növbəti limana doğru üzür. UKMTO bildirib ki, son insidentlər arasında…

Ətraflı

Tokayev COP29-un keçirilməsində İlham Əliyevə uğurlar arzulayıb

“Ölkələrimiz qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək üçün böyük imkanlara malikdir. Ekologiya və iqlim dəyişikliyinin nəticələri ilə mübarizə sahəsində əməkdaşlıq böyük əhəmiyyət kəsb edir”. Viral.az xəbər verir ki, bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada keçirilən Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə çıxışı zamanı deyib. Kasım-Jomart Tokayev deyib: “Biz oxşar çağırışlarla üzləşirik, ona görə də qarşılıqlı…

Ətraflı

Rusiyanın hərbi karvanı atəşə tutuldu

Ukrayna ordusunun Rusiyanın Kursk vilayətində hərbi maşın karvanını atəşə tutması nəticəsində 26 nəfər hərbi qulluqçu ölüb, 100-dən çoxu isə yaralanıb. Viral.az-ın məlumatına görə, bu barədə Ukraynanın teleqram kanalları xəbər yayıb. Məlumata görə, HIMARS-dan endirilən zərbələr zamanı Rusiya tərəfindən döyüşən bir batalyon sıradan çıxarılıb. Ehtimal olunur ki, Ukrayna tərəfi sözü gedən hərbi əməliyyat zamanı HIMARS raketlərindən…

Ətraflı

Narkotikin təsiri altında maşın sürən şəxs həbs edildi

Astara rayonunda narkotikin təsiri altında avtomobil idarə edən rayon sakini həbs edilib. Viral.az xəbər verir ki, rayon ərazisində hərəkətdə olan “Vaz” markalı avtomobilin konstruksiyasına dəyişiklik edildiyi üçün nəqliyyat vasitəsi Rayon Polis Şöbəsinin yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Daha sonra həmin avtomobili etibarnaməsiz, sürücülük vəsiqəsi olmadan idarə edən, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayan Şəhriyar…

Ətraflı

DİM-dən abituriyent və valideynlərə VACİB ÇAĞIRIŞ

Son günlər kütləvi informasiya vasitələri, o cümlədən sosial şəbəkələrdə ali təhsil müəssisələrinə ixtisas seçiminin həyata keçirilməsi ilə bağlı ödənişli avtomatik proqram təminatı vasitələrinin təqdimatı halları müşahidə olunur. Viral.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin məlumatında bildirilib. Vurğulanıb ki, həmin proqramların populyarlaşdırılması və abituriyentlərin daha çox diqqətinin cəlb edilməsi məqsədilə işləmə mexanizmlərində Dövlət İmtahan…

Ətraflı

Əli Əhmədov əşyalarını da götürüb Nazirlər Kabinetini tərk ETDİ

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) siyahısında deputatlığa namizəd olan Baş nazirin müavini Əli Əhmədov Nazirlər Kabinetindəki fəaliyyətinə son qoyub. Viral.az “yenisabah”a istinadla xəbər verir ki, o, seçkiqabağı təşviqat kampaniyasının başlaması ilə əlaqədar olaraq bir neçə gün əvvəl məzuniyyətə çıxıb. 71 yaşlı məmurun bu gündən namizədliyini irəli sürdüyü 25 saylı Nizami ikinci seçki dairəsində təbliğat kampaniyasına…

Ətraflı

Azərbaycan güləşçisi yarımfinala vəsiqə qazandı

Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili “Paris-2024” Yay Olimpiya Oyunlarında 1/4 final görüşünü keçirib. Viral.az xəbər verir ki, 125 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bu raundda monqolustanlı Muktur Laqvagerellə üz-üzə gəlib. Rəqibini “tuş”la (tam üstünlük) məğlub edən güləşçimiz yarımfinala yüksəlib. Finala gedən yolda onun rəqibi Robert Baran (Polşa) – Geno Petriaşvili (Gürcüstan) cütünün qalibi olacaq….

Ətraflı

“BakıKart” tətbiqində problem YARANDI

Bir neçə gündür “BakıKart” tətbiqində müəyyən problemlər yaşanır. İstifadəçilər qeyd edir ki, proqrama daxil olmaqda çətinlik yaşanır, “QR” kod gec oxunur və kart ödəniş etmək mümkün olmur. Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, BakıKart tətbiqində yaranan müvəqqəti texniki nasazlıq səbəbindən sərnişinlər tətbiqdən istifadə ilə bağlı çətinliklə qarşılaşır. “Hazırda problemin aradan qaldırılması istiqamətində…

Ətraflı