Bakıda külək gücləndi – FAKTİKİ HAVA

Avqustun 8-i saat 8:30-a olan məlumata görə əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib. Bu barədə Viral.az– a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub. Düşən yağıntının miqdarı Qaxda 21 mm, Gədəbəydə 12 mm, Şəkidə 9 mm, Daşkəsən, Göygöldə 6 mm,…

Ətraflı

Bu ölkədə bütün uşaqlara peyvənd vurulacaq

Monqolustanda bütün uşaqlar qızılcaya yoluxma halları təsdiqləndiyi üçün yeni tədris ili başlamazdan əvvəl peyvənd olunacaqlar. Viral.az xəbər verir ki, bu barədə TASS-a Səhiyyə Nazirliyindən məlumat verilib. “Monqolustanda qızılca xəstəliyinin təsdiqlənmiş halları ilə əlaqədar ölkənin Səhiyyə Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə infeksiyanın yayılmasının qarşısını almaq üçün yeni dərs ilinin başlanmasına qədər bütün uşaqların peyvənd edilməsi zərurəti…

Ətraflı

İki ölkə beynəlxalq hüquq üzrə məsləhətləşdi

Rusiya və Çinin nümayəndələri beynəlxalq hüquq məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Viral.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb. “Moskvada Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin Müqavilə və Hüquqi Əlaqələr Departamentinin direktoru Ma Sinmin və Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Hüquq Departamentinin direktoru Maksim Musixin qarşılıqlı maraq doğuran beynəlxalq…

Ətraflı

Bakı və İrəvan kommunikasiyalarla bağlı razılığa GƏLDİ

“Bakı və İrəvan nəqliyyat kommunikasiyalarına dair maddənin sülh müqaviləsindən çıxarılması barədə razılığa gəlib”.   Viral.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan yerli mətbuata açıqlamasında deyib.   O, marşrutların açılmasının Ermənistanın regionda sülh və iqtisadi inkişafa dair baxışı və gündəliyinin mühüm hissəsi olmaqda davam etdiyini bildirib. Badalyan əlavə edib ki, razılığa görə bu…

Ətraflı

4 hərbçinin ölümünə səbəb olan “İstisu” yenidən açılır?

Laçında dörd hərbçimizin həlak olduğu hövzənin yenidən fəaliyyəti barədə məsələyə aydınlıq gətirilib. Viral.az-ın məlumatına görə, Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Hüseyn Quliyev “Baku TV”yə bildirib ki, hazırda bu hövzənin istifadəyə verilməsi mümkünsüzdür: “Daxili İşlər Nazirliyinin (DİN) rayon polis şöbəsinin əməkdaşları ilə birgə müvəqqəti olaraq qabaqlayıcı tədbir kimi həmən su ərazisinin ətrafı kustar üsullarla müvəqqəti…

Ətraflı

“Paris-2024”: Üç idmançımız mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha üç idmançısı “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.   Viral.az xəbər verir ki, onlardan ikisi sərbəst güləşçi, biri isə gimnastdır.   Sərbəst güləşçilər Əliabbas Rzazadə (57 kiloqram) və Osman Nurmaqomedov (86 kiloqram) mübarizəyə 1/8 finaldan qoşulacaqlar.   Bədii gimnast Zöhrə Ağamirova təsnifat mərhələsində top, halqa, lent və gürzlərlə hərəkətlərdə məharətini nümayiş…

Ətraflı

Günün havası: Bu rayonlara yağış yağacaq

Avqustun 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Viral.az–a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 30-34° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-65…

Ətraflı

Ayaqları sirkəli suda saxlamağın FAYDALARI

Sağlamlıqdan təmizliyə qədər istifadə etdiyimiz sirkənin bir çox faydaları var. Viral.az medicina-ya istinadən xəbər verir ki, sirkə ayaq sağlamlığı üçün çox təsirlidir. Ayaqlarınızı mikroblardan təmizləmək üçün bundan istifadə edə bilərsiniz. Sirkə suyu ayaqlarınızda müxtəlif mikrobların yaratdığı qoxu, göbələk və ya kallus problemlərinin qarşısını almaqda çox təsirlidir. Bundan əlavə, ayaq dərisinin pH balansının qoruyur, beləliklə də…

Ətraflı

Qan xərçəngində bədəndə hara ağrıyır?

Qan xərçəngi – limfoma, leykoz daha çox uşaq və yeniyetmələrdə rast gəlinsə də, yetkin insanları da qəfil yaxalayır. Simptomlarını ən gec göstərən növdür. Viral.az medicina-ya istinadən xəbər verir ki, heç də dəhşətli olmayan əlamətlər limfodan xəbər verə bilər. Məsələn onlardan üçü gündəlik rast gəlinə bilər. – Gecələr çox həddən artıq tərləmə – bu əlamət ümumiyyətlə…

Ətraflı

Üç bürcün sağlamlığında təhlükə yarana bilər – DİQQƏTLİ OLUN

Bu həftə bəzi bürclər sağlamlıqlarına diqqət yetirməlidirlər. Onlar mental olaraq bir az düşəcək, halları pisləşə və ümumi enerjinin azalması problemi yaşayacaqlar. Bu insanlar orqanizmə bir az dəstək verməklə gələcəkdəki böyük problemlərin qarşısını ala bilər. Viral.az lent.az-a istinadən həmin üç bürcü təqdim edir:  Qoçlar üçün təhlükəli bir dövr gəlir. Canlılıq və enerjidə azalma hiss edə bilərlər. Daimi fəaliyyət…

Ətraflı

Mirziyoyev Qazaxıstanda

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astananın hava limanında dövlət səfərinə gələn Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi qarşılayıb. Viral.az xəbər verir ki, hava limanında ali qonağın şərəfinə fəxri qarovul düzülüb. Səfər çərçivəsində ikitərəfli danışıqların aparılması və bir sıra mühüm sənədlərin imzalanması nəzərdə tutulur.

Ətraflı

BMT Məhkəməsi Türkiyənin İsrailə qarşı prosesə qoşulmasını TƏSDİQLƏDİ

Beynəlxalq Ədalət Məhkəməsi Türkiyənin Qəzza zolağındakı əməliyyatla bağlı Cənubi Afrikanın İsrailə qarşı başlatdığı prosesə qoşulduğunu təsdiqləyib. Viral.az xəbər verir ki, bu barədə qurumun press-relizində deyilir. “Türkiyə Məhkəmə Nizamnaməsinin 63-cü maddəsinə istinad edərək, Cənubi Afrika Respublikasının İsrailə qarşı başlatdığı Qəzza zolağında soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın tətbiqi ilə bağlı işə qoşulmaq üçün katibliyə…

Ətraflı

İƏT-in görüşündə Azərbaycanı o təmsil etdi

7 avqust 2024-cü il tarixində Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin xarici işlər nazirləri səviyyəsində növbədənkənar görüşü keçirilib.   Viral.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Yalçın Rəfiyev təmsil edib.   Tədbir zamanı İsrail-Fələstin münaqişə zonasinda son vəziyyət, onun regiona yaratdığı təhdidlər və həll yolları müzakirə edilib.   Görüşün sonunda Yekun…

Ətraflı

Rusiyanın BMT-dəki diplomatından Kursk açıqlaması

Kiyev hakimiyyəti Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə kütləvi hücumu ilə terrorçuluq xarakterini sübut etdi. Viral.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib. “Kiyev rejimi özünün terrorçu mahiyyətini sübut edir”, – deyə o, baş verənləri şərh edərkən X-də yazıb. Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətinə kütləvi hücumu avqustun 6-da…

Ətraflı

Daha bir güləşçimiz 5-ci yeri tutdu

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov “Paris-2024” Yay Olimpiya Oyunlarında bürünc medal görüşünə çıxıb.   Viral.az xəbər verir ki, 77 kiloqramda mübarizə aparan idmançı qırğızıstanlı Akjol Mahmudovla qarşılaşıb.   Rəqibinə 5:6 hesabı ilə uduzan S.Süleymanov 5-ci yerlə kifayətlənib.   Daha əvvəl Sabah Şəriəti (130 kiloqram) Paris Olimpiadasında analoji nəticəyə imza atıb.   Qeyd edək ki, hazırda Azərbaycanın…

Ətraflı

Etirazlarda 21 nəfər öldü

Nigeriyada son günlərdə hökumət əleyhinə etiraz aksiyalarında polis qüvvələri azı 21 nəfəri öldürüb. Viral.az xəbər verir ki, bu barədə “Amnesty International” təşkilatı məlumat yayıb. Bildirilir ki, polis müxtəlif şəhərlərdə aksiyaları yatırmaq üçün gözyaşardıcı qaz tətbiq edib, döyüş güllələri ilə atəş açıb. Bahalıq və aclığa qarşı etiraz aksiyaları güc yolu ilə yatırılıb.

Ətraflı

Prokurorluqdan Bakıdakı qətllə bağlı AÇIQLAMA 

Avqustun 7-də saat 20 radələrində paytaxtın Xəzər rayonu ərazisində 1972-ci il təvəllüdlü Amin Xudaverdiyevin qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.   Xəzər rayon prokurorluğundan Viral.az–a verilən məlumata görə, araşdırma zamanı 1993-cü il təvəllüdlü Ruhulla Abdullazadənin Xəzər rayonu Mərdəkan çimərliyi ərazisində şəxsi münasibətlər zəminində Amin Xudaverdiyevi ov silahından atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr…

Ətraflı

Alimlər Marsı insan həyatına uyğunlaşdırmağın yolunu tapdılar

Amerikalı və Avropalı planetoloqlar Marsın atmosferinə az miqdarda dəmir və ya alüminium nanohissəcikləri səpməyi təklif ediblər ki, onların Günəş şüaları ilə qarşılıqlı təsiri istixana effekti yaradacaq və Marsı insan həyatı üçün daha əlverişli edəcək. Viral.az xəbər verir ki, alimlərin hesablamaları “Science Advances” elmi jurnalında dərc olunan məqalədə yer alıb. “Hesablamalarımız göstərir ki, bu nanohissəciklər planetin…

Ətraflı

Rusiyanın bu vilayətində fövqəladə vəziyyət ELAN EDİLDİ 

Rusiyanın Kursk vilayətində fövqəladə vəziyyət elan edilib.   Viral.az xəbər verir ki, bu barədə qərarı vilayətin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov qəbul edib.   O, Ukrayna silahlı qüvvələrinin hücumunun nəticələrini aradan qaldırmaq üçün fövqəladə vəziyyət tətbiq edib.   Qeyd edək ki, Rusiya Ukraynanın Kursk vilayətinə hücum etdiyini, bölgədə döyüşlərin getdiyini bildirib.   Rusiya Baş…

Ətraflı

İnanıram ki, Vətənə Olimpiya çempionu olaraq dönəcəyəm

“Hisslərimi sözlə ifadə edə bilmirəm. Olimpiadanın finalında olduğumu anlamaq çətindir”.   Viral.az xəbər verir ki, bu sözləri “Paris-2024” Yay Olimpiya Oyunlarında finala yüksələn Azərbaycan taekvondoçusu Qaşım Maqomedov deyib.   58 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finala çıxdığı üçün şokda olduğunu bildirib: “Uşaqlıqdan bunu fikirləşirdim. Düşünürdüm ki, bu, qeyri-mümkündür. Ancaq tribunada olanların mənə görə sevindiyini gördüm….

Ətraflı