Azərbaycanda son 50 ildə ən çox sel hadisəsi iyulda qeydə alınıb

İyul ayında ümumi olaraq Azərbaycan üzrə 43 sel hadisəsi qeydə alınıb. Viral.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib. Bu da 2023-cü ilin analoji ayı ilə müqayisədə 2,7 dəfə çox olmaqla, son 50 il ərzində ən çox sel hadisəsi olan iyul ayı kimi qeydə alınıb: Onun sözlərinə görə, 2024-cü ilin iyul…

Ətraflı

Bu avtobuslara da onlayn bilet almaq OLACAQ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) “biletim.az” portalına yeni istiqamət əlavə edilib. Bu barədə Viral.az-a AYNA-dan bildirilib. Məlumata görə, sərnişinlər Sumqayıtdan Ağcabədiyə, eləcə də əks istiqamətə hərəkət edən avtobuslara onlayn bilet ala biləcəklər. Hazırda portala 68 istiqamət, 43 məntəqə, 283 reys olmaqla, 308 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet sistemi sərnişindaşıma…

Ətraflı

“İş tapa bilmirəm, evdə yeməyim yoxdur” – Rozanın oğlu

Müğənni Roza Zərgərlinin övladlığa götürdüyü kiçik oğlu Jerard Qafarov işsizlikdən şikayətlənib. Viral.az xəbər verir ki, bu barədə Jerard sosial media hesabında yazıb. O, işsiz olduğunu, yeməyə pul tapmadığını açıqlayıb: “4-5 gündür işsizəm. İş tapa bilmirəm. Evdə yeməyim yoxdur. Neçə gündür yemək də yeyə bilmirəm. İmkanı çatan mənə kömək ola bilər, evimə yemək alım. Kimin imkanı çatırsa,…

Ətraflı

Futbola görə “Gənclik”də iş rejimi gücləndiriləcək

UEFA Çempionlar Liqası turnirinin III təsnifat mərhələsində “Qarabağ” Futbol Klubunun bu gün keçirəcəyi oyunla əlaqədar “Bakı Metropoliteni” QSC-nin iş rejimində dəyişikliklər ediləcək. Viral.az quruma istinadla xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da başlanacaq görüş ərəfəsində yaxınlıqda yerləşən “Gənclik” stansiyası metronun kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, gücləndirilmiş iş rejimi şəraitində fəaliyyət göstərəcək….

Ətraflı

Bakının mərkəzi küçəsində hərəkət məhdudlaşdırılacaq

8 avqust  saat 06:00-dan etibarən Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində (K.Səfərəliyeva küçəsindən R.Behbudov küçəsinədək) aparılacaq təmir işləri ilə əlaqədar işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək. Bu barədə Viral.az-a AAYDA-dan məlumat verilib. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti…

Ətraflı

Bu ərazilərdə qaz OLMAYACAQ – XƏBƏRDARLIQ!

Paytaxtın Nəsimi rayonunun və Sumqayıt şəhərinin bir hissəsində qaz olmayacaq Viral.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi (İB) məlumat yayıb. Bildirilib ki, Nəsimi rayonunun Cavadxan küçəsində 3 ədəd siyirtmənin əvəz olunması və Sumqayıt şəhərinin Corat qəsəbəsində yeni çəkilmiş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması məqsədilə 06.08.2024-cü il tarixdə saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır….

Ətraflı

Ermənistan KTMT-nin daha bir təlimində iştirakdan imtina etdi

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sentyabrın 3-dən 15-dək Qırğızıstanda keçiriləcək “Qarşılıqlı fəaliyyət-2024” təlimində iştirakdan imtina edib. Viral.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb. “Ermənistan tərəfi təlimlərdə iştirak etməyi planlaşdırmadığını açıqlayıb”, – açıqlamada deyilir. Qeyd edək ki, Ermənistan KTMT-nin Rusiya Qvardiyasının rəhbərliyi ilə avqustun 14-dən 16-dək Novosibirskdə keçiriləcək “Kobalt-2024” təlimlərində də iştirakdan…

Ətraflı

Netanyahu müdafiə nazirini istefaya göndərmək istəyir

İsrailin Baş naziri Benyamin Netanyahu müdafiə naziri Yoav Qallantı istefaya göndərməyi düşünür. Viral.az xəbər verir ki, bu iddia ilə “The Jerusalem Post” nəşri çıxış edib. Bildirilir ki, buna səbəb “Likud” partiyası daxilindəki narazılıqların daha da kəskinləşməsidir. İddialara görə, hətta hökumət başçısı onun yerinə namizəd də tapıb. B.Netanyahunun fikrincə, bu vəzifəni istefada olan general Qabi Aşkinazi…

Ətraflı

İspaniya klubu argentinalı futbolçu üçün 75 milyon avro təklif etdi

İspaniyanın “Atletiko” klubu Xulian Alvaresin transferi üçün “Mançester Siti”yə 75 milyon avro təklif edib. Viral.az “Relevo”ya istinadla xəbər verir ki, Madrid klubunun 24 yaşlı hücumçu üçün təklifinə bonuslar da daxildir. Hazırda futbolçunun müqaviləsi ilə bağlı bəzi detallar haqqında danışıqlar davam edir. Qeyd edək ki, Argentinalı futbolçu ötən mövsüm Premyer Liqada meydana çıxdığı 36 oyunda 11 qol…

Ətraflı

“Qarabağ” bu gün “Ludoqorets”i qəbul edəcək

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək. Viral.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda III təsnifat mərhələsinin ilk oyununda Bakıda Bolqarıstanın “Ludoqorets” klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürəcək. Matçın baş hakimi isveçrəli Urs Şnider olacaq. UEFA Çempionlar Liqası III təsnifat mərhələsi, ilk oyun…

Ətraflı

Yaxın Şərq müharibə astanasındadır – Borrel

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Yaxın Şərqin müharibənin astanasında olduğunu deyib. Viral.az xəbər verir ki, bu barədə Aİ-nin ali nümayəndəsi “X” hesabında bildirib. “Yaxın Şərqdə gərginlik artmaqda davam edir və onu müharibənin astanasına gətirir. Biz hamımız növbəti fəlakətin qarşısını almalıyıq. İrəliyə doğru yol konsensualdır: Qəzzada indi atəşkəsin əldə olunması….

Ətraflı

Küləkli hava ilə bağlı sarı XƏBƏRDARLIQ

Avqustun 7-dən 8-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq arabir 13.9-20.7 m/san təşkil edəcək. Bu barədə Viral.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, avqustun 7-8-də isə bölgələrdə fasilələrlə şərq küləyi sarı xəbərdarlığa uyğun olaraq Bərdə, Tərtər, Mingəçevir, Naftalan, Ağstafa, Gəncə, Goranboy, Daşkəsən, Göygöl, İmişli, Beyləqan, Sabirabad, Şirvan, Salyan, Saatlı, Biləsuvar,…

Ətraflı

Nobel mükafatı laureatı Banqladeş hökumətində təmsil oluna bilər

Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunus baş nazir Şeyx Hasinanın istefasından sonra Banqladeşin müvəqqəti hökumətinin rəhbərlərindən biri ola bilər. Viral.az xəbər verir ki, bu barədə “Times of India” qəzeti yazır.  “Banqladeşdə son tələbə etirazlarının koordinatorları Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusun baş müşaviri olmaqla yeni müvəqqəti hökumətin yaradılmasını təklif ediblər”, – nəşr yazır. Qeyd olunur ki, Yunus 2006-cı ildə mikrokredit və…

Ətraflı

Dürdanə Ağayevanın tükürpədici həyat hekayəsi

Xəbər verdiyimiz kimi, Xocalı soyqırımı zamanı səkkiz gün erməni girovluğunda qalmış Dürdanə Ağayeva vəfat edib. Viral.az xəbər verir ki, Xocalı şahidinin aylar öncə “ARB Xəbər”ə verdiyi müsahibə yenidən gündəmə gəlib. Müsahibədə Dürdanə Ağayeva Vitali Balasanyanın girov həmyerlilərimizin başına açdığı müsibətlərdən söz açıb: “Mən qara saçlı qız idim. Görün indi nə günlərə düşmüşəm! Onkoloji xəstəyəm. 8 gün…

Ətraflı

Kənd təsərrüfatı naziri vətəndaşları qəbul EDƏCƏK

Avqustun 9-da, saat 09:00-da kənd təsərrüfatı naziri Məcnun Məmmədov Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Zaqatala, Balakən və Qax rayonlarından olan vətəndaşları qəbul edəcək. Viral.az nazirliyə istinadən xəbər verir ki, qəbulda iştirak etmək istəyənlər Mərkəzə (050-353-48-66) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün həmçinin nazirliyin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar. Qəbula gələn…

Ətraflı

Xameneinin Zəngəzur bəyanatı Nikola mesajdır

İranın ali dini rəhbərinin Zəngəzur dəhlizinin Ermənistanın ziyanına olacağı ilə bağlı bəyanatı Qərbə və Nikol Paşinyana ünvanlanıb. Viral.az xəbər verir ki, bu sözləri erməni siyasətçi, politoloq Eduard Şarmazanov deyib. O bildirib ki, İran bir neçə dəfə belə bəyanatlar verib: “İran diplomatik dillə dedi ki, Ermənistan yanlış olaraq Qərb kartı ilə oynayır və bu, Tehrana sərfəli deyil….

Ətraflı

Azərbaycan medal sıralamasında 22-ci pillədə qərarlaşıb

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 22-ci pillədə qərarlaşıb. Viral.az xəbər verir ki, hələlik komandanın aktivində iki qızıl mükafat var. Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib. O, mübarizəyə davam etdiyi üçün mükafat…

Ətraflı

İranın bu şəhərində ard-arda 3 partlayış olub

İranın İsfahan ostanının eyni adlı mərkəzində üç partlayış səsi eşidilib. Viral.az xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb. Partlayışın görüntüləri sosial şəbəkədə yayılıb. Şahidlərin sözlərinə görə, ard-arda üç partlayış səsi eşidilib. Ostan valisinin siyasi, təhlükəsizlik və sosial məsələlər üzrə müavini Məhəmmədrza Cantari partlayışın ərazidə keçirilən təlimlərlə əlaqələndirib.

Ətraflı

G7-dən Yaxın Şərqə çağırış: Gərginliyi azaldın!

“Böyük yeddilik” (G7) ölkələrinin xarici siyasət idarələrinin rəhbərləri Yaxın Şərqdə artan gərginlikdən narahatlarını bildiriblər və münaqişə tərəflərini gərginliyin azaldılması üçün əməkdaşlığa çağırıblar. Viral.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı xarici işlər orqanları rəhbərlərinin bəyanatında deyilir. “Biz bir daha bütün tərəfləri gərginliyi azaltmaq üçün konstruktiv fəaliyyət göstərməyə çağırırıq”, – bəyanatda vurğulanır. G7 ölkələrinin xarici…

Ətraflı

Tanınmış müsəlman din xadimi vəfat etdi 

Şimali Qafqaz Müsəlmanlarının Koordinasiya Mərkəzinin sədri, Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyev vəfat edib.   Viral.az xəbər verir ki, bu barədə Dağıstan müftiliyi məlumat yayıb.   İsmayıl Berdiyev 27 fevral 1954-cü ildə Qazaxıstan SSR-in Belye Vodı kəndində anadan olub. Təhsilini Buxarada Miri Ərəb mədrəsəsində, Daşkənd İslam İnstitutunda və Misirin Qahirə Əl-Əzhər Universitetində alıb.   O, 1989-cu ildə…

Ətraflı