Pezeşkian and içdi

İranın yeni seçilən Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi Tehranda parlamentin binasında keçirilib. Viral.az xəbər verir ki, məlumatı İran KİV-i yayıb. Bildirilib ki, təntənəli andiçmə mərasimində 80 dövlətdən rəsmi qonaqlar iştirak edib. İran konstitusiyasının 121-ci maddəsinə əsasən, Məsud Pezeşkian parlament üzvləri, Konstitusiya Keşikçiləri Şurasının üzvləri və məhkəmə hakimiyyəti başçısını qarşısında and içib.

Ətraflı

Avtobuslar toqquşdu, xəsarət alanlar VAR

Bakıda avtobus qəzası baş verib. Viral.az xəbər verir ki, hadisə metronun “Ulduz” stansiyasının yaxınlığında qeydə alınıb. 36 və 38 saylı marşrut avtobuslarının toqquşması nəticəsində xəsarət alanların olduğu bildirilir. TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 15:00 radələrində Nərimanov rayonu ərazisindən 2 avtobusun toqquşması səbəbilə çağırış daxil olub. Hadisə yerinə təcili tibbi yardım…

Ətraflı

Əli Əsədov İranın vitse-prezidenti ilə müzakirələr apardı

Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 30-da Tehranda İran İslam Respublikasının yeni təyin olunmuş Birinci vitse-prezidenti Məhəmməd Reza Areflə görüşüb. Bu barədə Viral.az-a Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, Əli Əsədov Məhəmməd Reza Arefi İranın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edib. Görüşdə iki dövlət arasında tarixi köklərə əsaslanan münasibətlərin hazırkı dönəmdə ticarət-iqtisadi, nəqliyyat, enerji, humanitar…

Ətraflı

Bakıda və bölgələrdə güclü külək əsəcək

İyulun 31-dən avqustun 1-dək qısa müddətə Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Viral.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildiriilib ki, sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Xaçmaz, Xızı, Şabran, Siyəzən, Altıağac, Qobustan, Gəncə, Goranboy, Samuxda şərq küləyi arabir 13.9-20.7…

Ətraflı

MİQ üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə start VERİLƏCƏK

Sabah – iyulun 31-i saat 11:00-dan etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətsiz müqavilə ilə vakansiya seçimi mərhələsi həyata keçiriləcək. Viral.az xəbər verir ki, bu barədə Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən məlumat yayıb. Bildirilib ki, bütün fənlər üzrə test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla…

Ətraflı

Yağış yağacaq, sel keçəcək – XƏBƏRDARLIQ

Azərbaycanın dağlıq və dağətəyi rayonlarında iyulun 31-i əsasən gündüz, avqustun 1-i gündüzdən 2-si səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Viral.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik…

Ətraflı

İtə işgəncə verən şəxs cəzalandırıldı

Mehdiabad-Pirşağı avtomobil yolunda itə işgəncə verən şəxs cəzalandırılıb. Bu barədə Viral.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, məsələ ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Videoda itlə rəhmsiz rəftara yol verən sürücü müəyyən olunub. Onun barəsində Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində qanunauyğun tədbir görülüb. 13:32 Mehdiabad-Pirşağı avtomobil yolunda itin maşının…

Ətraflı

Nazir Ramiz Mehdiyevin qohumunu işdən çıxardı, yeni vəzifə verdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətində daha bir kadr dəyişikliyi baş tutub. Viral.az xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Dövlət Yanğından Mühafizə Xidmətinin Maliyyə İdarəsinin rəisi polkovnik Elvin Xanlar oğlu Mehdiyev vəzifəsindən azad edilib. Nazir onu başqa vəzifəyə keçirib. Qeyd edək ki, polkovnik Elvin Mehdiyev Prezident Administrasiyasının sabiq…

Ətraflı

Tələbələrin köçürülməsi üçün sənəd qəbulunun müddəti UZADILDI

Tələbələrin köçürülməsi üçün sənəd qəbulunun müddəti 1 avqust 18:00-a qədər uzadılıb. Bu barədə Viral.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Qeyd olunub ki, həmin tarixədək təhsil müəssisəsini, ixtisasını və ya təhsilalma formasını dəyişmək istəyən tələbələr portalda qeydiyyatdan keçərək “şəxsi kabinet” yaratdıqdan sonra, istifadəçi adı və şifrədən istifadə etməklə “Ali və orta ixtisas təhsili…

Ətraflı

100-ə yaxın nəvə, nəticə və kötücəsi olan Balış nənə vəfat etdi

Biləsuvar rayonunun ən yaşlı sakini vəfat edib. Viral.az “report”a istinadla xəbər verir ki, rayonun Amankənd kənd sakini olan Əliyeva Balış Rüstəm qızı uzun sürən xəstəlikdən sonra iyulun 30-da 103 yaşında dünyasını dəyişib. Qeyd edək ki, doqquz övladı, 100-ə yaxın nəvə, nəticə və kötücəsi olan 103 yaşlı B.Əliyeva ötən il vəfat edən Kubra Kazımovadan sonra Biləsuvar…

Ətraflı

Şahzadə Diananın məktubları hərraca ÇIXARILACAQ

Şahzadə Diananın keçmiş xadiməsi Violet Kollisona ünvanladığı əlyazma məktubları və açıqcalardan bir neçəsi “Sworder’s” auksionunda hərraca çıxarılacaq. Viral.az xəbər verir ki, bu barədə xarici KİV-də məlumat yayılıb. Diananın “Kolli” ləqəbi ilə çağırdığı Kollison şahzadənin anasının Sandrinhem malikanəsindəki “Park House”dakı ailə evində baş xadimə vəzifəsində çalışırdı. Hərrac kolleksiyasına Kollisonun Diananın 1981-ci ildə Kral III Çarlzla toyuna…

Ətraflı

Emin Əmrullayev 4 rayonun sakinlərini qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev 23 avqust tarixində Şamaxı şəhərində vətəndaşları qəbul edəcək. Bu barədə Viral.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, qəbulda Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayon sakinləri iştirak edə bilərlər. Adları çəkilən rayonların sakinləri 15 avqust (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146…

Ətraflı

Türkiyə səfirliyi Hidayət Heydərovu təbrik etdi

Türkiyənin Azərbaycandakı səfirliyi cüdoçu Hidayət Heydərovu Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanması münasibətilə təbrik edib. Viral.az xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında paylaşım edilib. “Paris-2024 Yay Olimpiya Oyunlarında cüdo kateqoriyasında qızıl medal qazanan və Azərbaycan bayrağını Fransada dalğalandıran Hidayət Heydərovu ürəkdən təbrik edirik”, -paylaşımda qeyd edilib.

Ətraflı

COP29-a görə Bakıda şadlıq saraylarında toyların keçirilməsi TƏXİRƏ SALINDI

Noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar paytaxtdakı bəzi şadlıq saraylarında toyların keçirilməsi təxirə salınıb. Viral.az “report”a istinadla xəbər verir ki, artıq tədbirin baş tutacağı Bakı Olimpiya Stadionu ətrafındakı bəzi şadlıq sarayları noyabr ayı üçün sifarişləri qəbul etmir. Onlar bunu COP29-la əlaqədar ölkəyə gələcək xarici…

Ətraflı

Bu ölkə Gürcüstana hərbi yardımı dayandırdı

Danimarka “Xarici təsirin şəffaflığı haqqında” qanuna görə Gürcüstana 4 illik hərbi yardımı dayandırıb. Viral.az “Mtavari” telekanalına istinadla xəbər verir ki, bunu Gürcüstan parlamentinin üzvü Teona Akubardia Danimarka Xarici İşlər Nazirliyinin məktubuna əsasən bildirib. Krallıq 2023-cü ildə Gürcüstana hərbi yardım göstərməyə başlayıb, büdcə 71,5 milyon Danimarka kronu (təxminən 10,376 milyon ABŞ dolları) təşkil edib. Məktubda bildirilir…

Ətraflı

Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi

Dünən Xızı Rayon Məhkəməsində maraqlı proses baş tutub. Viral.az xəbər verir ki, rayonun kəndlərindən birinin sakini olan 2003-cü il təvəllüdlü Nicat Ağayev (ad və soyad şərtidir) Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsi ilə ittiham edilib. Məhkəmədə bildirilib ki, Nicat 2017-ci ildə kənd məktəbindən çıxıb və 10-11-ci sinifləri Xızının rayon mərkəzindəki məktəbində oxuyub. O, 9-cu sinfi bitirərkən…

Ətraflı

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri TƏYİN EDİLDİ

“Azərbaycan Dəmir Yolları” QSC sərnişin tələbatını təmin etmək məqsədilə 3-4 avqust tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib. Viral.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. Məlumata görə, Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün səhər və axşam saatlarında hər iki istiqamətə səfər etmək mümkündür. “Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının…

Ətraflı

Dövlət Agentliyi Goranboydakı sellə bağlı məlumat yaydı

Goranboy rayonu Azad-Dəyirmanlar-Bağçakürd avtomobil yolunun təqribən 1-ci km-də yol təsərrüfatında sel sularının yaratdığı çətinliklər aradan qaldırılıb. Viral.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir. Məlumata görə, ötən gün intensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları Azad-Dəyirmanlar-Bağçakürd avtomobil yolunun təqribən 1-ci km-də yol təsərrüfatına ziyan vurub. Sel suları nəticəsində avtonəqliyyat vasitələrinin hərəkəti çətinləşib,…

Ətraflı

“Gənclik”də iş rejimi gücləndiriləcək

UEFA Çempionlar Liqası turnirinin II təsnifat mərhələsində “Qarabağ” Futbol Klubunun bu gün Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da başlanacaq oyunu ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək. Görüşə tamaşaçı marağı nəzərə alınaraq, metropolitendə sərnişinlərin təhlükəsiz və rahat daşınması üçün bir sıra tədbirlər görüləcək. Bu barədə Viral.az-a “Bakı Metropoliteni” QSC-dən bildirilib. Bakı metropoliteninin kütləvi…

Ətraflı

İlham Əliyev Bakıda bu parkda görülən işlərlə tanış oldu

Prezident İlham Əliyev Bakıda “Gənclik” metrosu yanında yaradılan yeni parkda işlərin gedişi ilə tanış olub. Viral.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına parkda görülən və həyata keçiriləcək işlər barədə məlumat verib. Paytaxtımızın daha da müasirləşdirilməsi, şəhərin abadlaşdırılması istiqamətində görülən işlər yaşıllıq zolaqlarının və parkların salınması ilə paralel şəkildə davam…

Ətraflı