Azyaşlı övladını suda boğub öldürən atanın məhkəməsi başlayır

Sumqayıtda azyaşlı övladını suda boğaraq öldürməkdə şübhəli bilinən türkiyəəsilli Yeşil Ahmet Turanın məhkəməsi başlayır. Viral.az xəbər verir ki, istintaql tamamlanan cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilərək hakim Rəşad Əliyevin icraatına verilib. Qeyd edək ki, rəsmi məlumatda bu ilin mart ayının 31-də Sumqayıtda dəniz sahilində uşaq meyitinin aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub….

Ətraflı

Deputat olmaq üçün müraciət edənlərin sayı AÇIQLANDI

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində 806 nəfər namizədlik üçün müraciət edib. Viral.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib. “Partiyaların 585 səlahiyyətli nümayəndəsi artıq qeydiyyatdan keçib. 532 nəfərin isə namizədliyinin irəli sürülməsi təsdiqlənib”, – o qeyd edib. MSK sədri vurğulayıb ki, 451 nəfər imza vərəqləri…

Ətraflı

Arda Turanın anası həbs edildi

Evində qanunsuz tikinti aparmaq ittihamı ilə mühakimə olunan Arda Turanın anası Yüksel Turan “Tikinti çirklənməsinə səbəb olmaq” ittihamı ilə 10 ay həbs cəzasına məhkum edilib.   Viral.az xəbər verir ki, “Eyüpspor”un baş məşqçisi Arda Turanın anası Yüksel Turan barəsində qanunsuz tikinti apardığı iddiası ilə açılan işdə qərar verilib. Araşdırmalar nəticəsində 5 ilə qədər həbsi istənən Yüksel…

Ətraflı

Bu ölkənin başçısının gözü, baxışı sanki hər bir daşın, cığırın, evin, bulağın üzərindədir

Millət vəkili Fazil Mustafa Şuşadan paylaşım edib. Viral.az xəbər verir ki, o, feysbukda yazdığı postda Şuşadakı yeniliklərdən heyrətləndiyini bildirib. “Şuşada bir il öncə olmuşdum. Bu qədər sürətli dəyişikliklər heyrətləndirdi məni. Gecəli-gündüzlü iş gedir, şəhər yenidən tikilir, binaların çoxusu bərpa olur. Əsas odur ki, qaynayan-coşan canlı həyat var burada. Xankəndi, Xocalı, Əsgəran, Ağdam… Nəhəng masşatabda işlər…

Ətraflı

Birinci sinfə qəbulla bağlı valideynlərə ÇAĞIRIŞ

Mayın 1-dən start verilən 2024-2025-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi hazırda davam edir. Bu barədə Viral.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.   Bildirilib ki, hazırda ölkə üzrə bütün ümumi təhsil müəssisələrində Azərbaycan və digər bölmələr üzrə sərbəst qaydada məktəb və müəllim seçimi aparılır: “Bu günə qədər ümumilikdə…

Ətraflı

Maskalı şəxs ödəmə terminalını soydu –  VİDEO

Paytaxtın Yasamal rayonunda oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs gecə saatlarında üzünü qara maska ilə kamuflyaj edərək rayon ərazisində yerləşən mağazalardan birinin qapısını dəmir metalla qırıb və içəridə yerləşən ödəmə terminalını talayaraq pul vəsaitini ələ keçirib. DİN-dən Viral.az-a bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə hadisəni törədən əvvəllər oğurluq cinayətlərinə…

Ətraflı

Ukraynalı əsirlərin sayı AÇIQLANDI

Ukraynalı hərbi əsirlərin sayı 10 min nəfəri ötür və onların heç də hamısı hərbçi deyil. Viral.az xəbər verir ki, bunu “Mariupolun Müdafiəçilərinə Azadlıq” ictimai təşkilatının nümayəndəsi Larisa Salayeva Ukraynanın Azərbaycandakı səfirliyində keçirilən görüşdə deyib. Qeyd edək ki, “Mariupol Müdafiəçilərinə Azadlıq” ictimai təşkilatının nümayəndələri Bakıdadırlar və bu gün səfirlikdə keçirilən dəyirmi masada iştirak ediblər. LSalayeva bildirib…

Ətraflı

“Azəriqaz” Zəngilanda qaz tənzimləyici məntəqə qurur

İşğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndi ərazisində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qaz tənzimləyici məntəqə (QTM) qurulur. Bu barədə Viral.az-a “Azəriqaz”dan məlumat verilib. Bildirilib ki, işlər bu gün də müntəzəm olaraq davam etdirilir. QTM Zəngilan rayonun Həkəri, Yenikənd və 2-ci Alıbəyli kəndlərini “mavi yanacaq”la təmin edəcək. QTM-in ərazisi 2500 kv…

Ətraflı

Dərmanlarla bağlı qayda TƏSDİQLƏNDİ

Dərman vasitələrinin, dərman maddələrinin və tibb vasitələrinin dövlət qeydiyyatına alınması, dövlət reyestrinə daxil edilməsi və dövlət reyestrinin aparılması qaydaları təsdiqlənib. Viral.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərarla Azərbaycan Respublikasında dərman vasitələrinin, dərman maddələrinin və tibb vasitələrinin dövlət qeydiyyatına alınması, dərman vasitələrinin dövlət reyestrinə daxil edilməsi və dövlət reyestrinin aparılması qaydalarını…

Ətraflı

Tibb işçilərinin işə qəbulu qaydası TƏSDİQLƏNDİ

“Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu Qaydası” təsdiq edilib. Viral.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Bu qayda dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə (bundan sonra-tibb müəssisələri) tibb işçilərinin işə qəbulu qaydasını, vakant vəzifələrin tutulması üçün yaradılan müsahibə komissiyasının reqlamentini, müsahibə komissiyasının tərkibinin formalaşdırılmasını,…

Ətraflı

Azad olunan ərazilərdə yanğın – iki helikopter cəlb olundu

Füzuli rayonunun Seyidəhmədli, Aşağı və Yuxarı Əbdürəhmanlı, Kürdlər və Qorqan kəndləri istiqamətində açıq sahədə yanğın baş verib, iki helikopter cəlb olunub. Bu barədə Viral.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə həmin ərazilərdə açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından…

Ətraflı

Bakı sakinlərinin NƏZƏRİNƏ! – İki küçədə nəqliyyatın hərəkəti dayandırıldı

Bu gün saat 13:00-dan 23 iyul saat 13:00-dək Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində (Mətbuat prospekti ilə kəsişmədəki dairədən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi qarşısındakı dairəyədək) aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb. Bu barədə Viral.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki,…

Ətraflı

Bakının bu küçəsi təmir olunur

Bakının Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində (Akademik Həsən Əliyev küçəsindən Fətəli xan Xoyski prospektinədək) təmir işləri aparılır. Bu barədə Viral.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, təmir çərçivəsində hazırda ərazidə frezlənmə və yararsız səki daşlarının yenilənməsi işləri yerinə yetirilir. Daha sonra küçəyə yeni asfalt-beton örtüyü döşənəcək. “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən…

Ətraflı

Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada tutuldu

Azərbaycan tərəfindən axtarışda olan şəxs Rusiyada saxlanılıb. Viral.az xəbər verir ki, Azərbaycan məhkəmələri tərəfindən barəsində qiyabi həbs qətimkan tədbiri seçilən 1978-ci il təvəllüdlü Emin Yusufov Rusiya Federasiyasında tutulub. O, Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri ilə təqsirləndirilir. Hazırda onun Azərbaycana ekstradisiyası üçün tədbirlər görülür.

Ətraflı

“Windows”un çökməsinin Bakı Aeroportuna təsiri barədə AÇIQLAMA

“Windows 10” əməliyyat sistemi ilə işləyən cihazlarda baş verən qlobal nasazlıq Heydər Əliyev Beynəlxalq Aeroportunun fəaliyyətinə təsir göstərməyib. Bu barədə Viral.az-a Bakı Aeroportundan  sorğusunun cavabında qeyd edilib. Bakı aeroportunun əməliyyatları “Amadeus” sistemi üzərindən həyata keçirilir ki, bu da hazırda aeroportun fasiləsiz fəaliyyətini təmin edir. Qeyd edək ki, yaranan nasazlıq Heydər Əliyev Beynəlxalq Aeroportundan uçuşlar həyata keçirən…

Ətraflı

Bu tarixədək leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək

İyulun 21-i axşamadək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Viral.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, ayrı-ayrı yerlərdə (Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Qazax-Gəncə, Daşkəsən-Gədəbəy, Şərqi Zəngəzur) yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın…

Ətraflı

Bayden bu tarixdə seçkidən çəkildiyini elan edəcək

“ABŞ Prezidenti Co Bayden prezidentliyə namizədliyini geri götürməyə qərar verib”. Viral.az xəbər verir ki, bunu ABŞ-nin Demokratlar partiyasında mənbəyə istinadən “Newsmax”ın jurnalisti Mark Halperin iddia edib. Onun sözlərinə görə, Ağ Evin hazırkı rəhbəri qərarını bu həftə sonu elan etməyi planlaşdırır: “Bunun üçün nitq hazırlanıb. O, prezident olaraq fəaliyyətini davam etdirəcək. Mənə, həmçinin bildirdilər ki, o, vitse-prezident…

Ətraflı

Baş nazir bu nazirliyə yeni səlahiyyət VERDİ

“Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”na dəyişiklik edilib. Viral.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra qeyri-hökumət təşkilatları, o cümlədən, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycandakı filial və yaxud nümayəndəlikləri qrant və ianələr, həmçinin, onlardan istifadə üzrə təfsilatlı illik maliyyə hesabatını hər il…

Ətraflı

Bu müəllimlərin də maaşı ARTACAQ – RƏSMİ

“Peşə təhsili müəssisələrində çalışan müəllimlərin əməkhaqqında artım olacaq”. Viral.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bu gün keçirilən brifinqdə deyib. O bildirib ki, peşə təhsili müəssisələrinə keyfiyyətli kadrlar cəlb etmək üçün bir çox işlər görülməlidir: “Maliyyələşmə baxımından ən vacib addımlardan biri adambaşı maliyyələşmə prinsipidir. Bu ildən 5 müəssisədə abambaşı maliyyələşmə prinsipi…

Ətraflı

Azad olunmuş rayonlarda zibil poliqonları AÇIQLACAQ

Antiterror əməliyyatından sonra işğaldan azad edilən ərazilərdə yeni tullantıların zərərsizləşdirilməsi üçün poliqon ərazilər seçilib. Viral.az xəbər verir ki, bunu “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədr müavini, Ekoloji məsələlər üzrə işçi qrupun üzvü Sabit Zeyniyev ekoloji məsələlər üzrə işçi qrupun Ağdamda keçirilən növbəti iclasında deyib. Onun sözlərinə görə, Ağdərə 10, Xocalıda 20, Xocavənddə 10 hektar ərazidə…

Ətraflı