Beynəlxalq təşkilatın yeni nümayəndəsi Bakıda 

Xarici işlər naziri Ceyhun Bayramov iyulun 16-da Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı missiyasının rəhbəri Troy Dulini qəbul edib.   Viral.az xəbər verir ki, görüş zamanı missiyanın rəhbəri etimadnamə məktubunun surətini nazir Ceyhun Bayramova təqdim edib.   Nazir Troy Duliyə fəaliyyəti müddətində uğurlar arzulayıb.   Görüşdə Azərbaycan və Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlıq perspektivləri, eləcə də cari…

Ətraflı

XXI əsrin 100 ən yaxşı kitabı

“New York Times” XXI əsrin 100 ən yaxşı kitabının siyahısını dərc edib.   Viral.az xəbər verir ki, qəzetin əməkdaşları müəlliflər, tənqidçilər və ədəbiyyat həvəskarları arasında sorğu keçirərək, onlardan 2000-ci ildən bəri nəşr olunan 10 ən yaxşı kitabın adını çəkməyi xahiş ediblər. Nəticədə siyahının tərtib edilməsində 503-ə yaxın insan iştirak edib. Kitab müəlliflərinin arasında Stiven Kinq, Ceyms…

Ətraflı

Əlillik düzəltmək adı ilə 78 nəfəri aldatdı

Sosial təminat məsələlərinə köməklik göstərilməsi adı altında çoxsaylı vətəndaşın pulunu mənimsəməkdə təqsirləndirilən şəxslər barədə cinayət işi məhkəməyə göndərilib.   Baş Prokurorluğun Mətbuat xidmətindən Viral.az-a verilən xəbərə görə, Mirzəyeva Samirə Yavər qızının bir qrup şəxslə cinayət əlaqəsinə girərək yol verdikləri qanunsuz əməllərə dair daxil olmuş çoxsaylı vətəndaş müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində…

Ətraflı

Zərdabda yeniyetmə Kürdə batıb

Zərdab sakini Kür çayında batıb.   Viral.az xəbər verir ki, bu gün axşam saatlarında şəhər sakini 17 yaşlı Səid Səbuhi oğlu Məmmədəliyev Kür çayında batıb.   Aidiyyəti qurumlar hadisə yerinə cəlb olunub.   Axtarışlara başlanılıb. S. Məmmədəliyevin hansı şəraitdə Kür çayında batması barədə hələlik dəqiq məlumat yoxdur.

Ətraflı

Elektron xidmətlərin təşkili və göstərilməsi qaydası hazırlanacaq

Elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirilmənin həyata keçirilməsi qaydası hazırlanacaq.   Viral.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Ailə Məcəlləsində, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanunun…

Ətraflı

Azərbaycanın ehtiyat fondlarından I yarımildə 58 milyon manat ayrılıb

Bu ilin I yarısında Azərbaycanın ehtiyat fondlarından 57,7 milyon manat vəsait ayrılıb.   Viral.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.   Məlumata görə, yanvar-iyun aylarında ölkə Prezidentinin ehtiyat fondundan ayrılmış 27,2 milyon manat vəsaitin 25,2 milyon manatını müvafiq qurumlar sifariş sənədləri təqdim edilməklə maliyyələşdirib. Həmin vəsait Sumqayıt şəhəri ərazisində avtomobil yollarının əsaslı təmirinə, Qarabağ Universitetinin fəaliyyətinin təşkilinə maliyyə dəstəyinin göstərilməsinə,…

Ətraflı

“Qarabağ” Xorvatiya klubunu məğlub etdi

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” klubu növbəti yoldaşlıq matçını keçirib. Viral.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Xorvatiya təmsilçisi “Slaven”lə qarşılaşıb. Görüş Ağdam klubunun qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə qolu Musa Qurbanlı rəqib qapısından keçirib. Qeyd edək ki, “köhlən atlar” bu gün növbəti yoxlama görüşündə “Əl-Şabab” (BƏƏ) klubu ilə üz-üzə gələcək. Qarşılaşma…

Ətraflı

Bu ərazilərdə qaz KƏSİLƏCƏK

Bu gecə Bakının Nəsimi rayonunun bəzi küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə Viral.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, Nəsimi rayonu,Cəlil Məmmədquluzadə və Akademik Həsən Əliyev küçələrinin kəsişməsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə iyulun 16-da saat 23:55-dən etibarən qaz təchizatı müvəqqəti olaraq dayandırılacaqdır. Qaz təchizatı dayandırılan müddətdə Nəsimi…

Ətraflı

Bakıda bu küçə BAĞLANACAQ

Aparılan təmir işləri ilə əlaqədar iyulun 17-də saat 00:00-dan etibarən Bakı şəhəri, Mətbuat prospektində (Ə.Haqverdiyev küçəsindən A.Sultanova küçəsi istiqamətində) mərhələli şəkildə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılaraq əks istiqamətə yönləndiriləcək. Viral.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Qeyd edilib ki, 1-ci mərhələdə – A.Sultanova küçəsindən M.Rəhim küçəsinədək, 2-ci mərhələdə…

Ətraflı

COP29 zamanı Bakıda toy-nişan olmayacaq? 

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Noyabr ayının 11-25 tarixlərində baş tutacaq beynəlxalq tədbirin keçirilməsi Bakının müxtəlif istiqamətlərində planlaşdırılıb. Viral.az xəbər verir ki, məlumatlara görə, həmin vaxt Bakıda bəzi məhdudlaşdırıcı addımlar atılacaq. Dərslərin onlayın qaydada keçirilməsi, toy-nişan, ad günləri, bir sözlə, təntənəli mərasimlərin keçirilməsinin müvəqqəti təxirə salınacağı deyilir….

Ətraflı

Bakıda bu il baş verən cinayətlərin sayı AÇIQLANDI

2024-cü ilin birinci yarımili ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 8011 cinayət hadisəsi qeydiyyata alınıb. Viral.az xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğunun 2024-cü ilin I yarımilinə həsr olunmuş əməliyyat müşavirəsində bildirilib. Qeyd olunub ki, onların 88,6 faizinin açılması təmin edilib: “Bakı şəhərinin daxili işlər orqanları ilə birlikdə qarşılıqlı işgüzar…

Ətraflı

Qarşıdakı günlərdə havanın temperaturu necə olacaq?

Yay fəslinin qarşıdan gələn günlərində ölkəmizin əksər bölgələrində havanın temperaturunun iqlim normasından yüksək olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov Viral.az-a bildirib ki, qlobal iqlim dəyişməsi demək olar ki, dünyanın hər bir regionunda hiss olunacaq səviyyədədir. Bu da daha çox havanın temperaturunun yüksəlməsi ilə özünü büruzə verir. Ölkəmizdə də iqlim dəyişikliyinin təsiri  son illər…

Ətraflı

Azərbaycanda qatar relsdən çıxdı

16 iyul 2024-cü il tarixində saat 11:10 radələrində Siyəzən rayonu, Zarat stansiyasının 77-ci kilometliyində Biləcəri stansiyasına doğru hərəkət edən “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus yük qatarının 5 vaqonunun relsdən çıxaraq aşması ilə nəticələnən qəza ilə bağlı barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətindən Viral.az-a bildirilib ki, hadisə yerinə polis əməkdaşları cəlb olunub və ərazi…

Ətraflı

Qəzzada ölənlərin sayı açıqlandı

İsrail ordusunun Qəzzanın müxtəlif bölgələrində son 24 saat ərzində həyata keçirdiyi hücumlarda daha 49 fələstinli ölüb, 69 fələstinli isə yaralanıb. Viral.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada məlumat verilib. Bildirilib ki, İsrailin Qəzza zolağına 284 gündür davam edən hücumlarında 38 min 713 nəfər ölüb, 89 min 166 nəfər isə yaralanıb.

Ətraflı

Şəhər meriyası YANDIRILDI

Yaponiyada bir şəxs vergi probleminə görə Takahama şəhər meriyasına yanar maye töküb və oranı yandırıb. Viral.az xəbər verir ki, bu barədə “Kyado” agentliyi məlumat yayıb. Hadisə nəticədə 5 nəfər xəsarət alıb. Yanğın 20 dəqiqə ərzində söndürülüb. Hadisəni törədən şəxs saxlanılıb.

Ətraflı

Prezident “Respublika Qan Bankı”nın yaradılması barədə fərman İMZALADI

Azərbaycan Prezidenti İlham Əliyev “Respublika Qan Bankı” publik hüquqi şəxsi yaradılması barədə Fərman imzalayıb. Viral.az-ın məlumatına görə, dövlət başçısının imzaladığı sənədə əsasən, müəyyən edilib ki, Qan Bankı qan və qan komponentlərinə olan tələbatın ödənilməsi sahəsində fəaliyyət göstərən, qan və qan komponentlərinin tədarükünü, emalını, yoxlanılmasını, saxlanılmasını və bölüşdürülməsini təmin edən publik hüquqi şəxsdir. Fərmanla Qan Bankının…

Ətraflı

ADY-nin növbəti elektrik qatarı Bakıya çatdı

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) və İsveçrənin “Stadler Rail Group” şirkəti arasında imzalanmış müqaviləyə əsasən, nəzərdə tutulmuş 10 qatardan sayca beşincisi Bakı Dəmiryol Vağzalına çatıb. ADY-dən Viral.az-a verilən məlumata görə, ekologiyanın dostu, rahat və təhlükəsiz qatarlar xidmət sahələrimizdə test proseslərindən keçdikdən sonra sərnişinlərin istifadəsinə veriləcək.

Ətraflı

Prezident bu rayonun icra başçısını İŞDƏN ÇIXARDI

Oğuz rayonunun icra başçısı dəyişdirilib. Viral.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncamlar imzalayıb. Dövlət başçısının imzaladığı sənədə əsasən, Eyvaz Daşdəmir oğlu Qurbanov Oğuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib və digər sərəncamla bu vəzifəyə Cavid Teyrun oğlu Əbdul-Qədirov təyin edilib. Qeyd edək ki, bundan əvvəl Cavid Teyrun oğlu Əbdul-Qədirov Əmək və…

Ətraflı

Dünən həlak olan hərbçimizin sonuncu rəqsi

Ötən gün bədbəxt hadisə nəticəsində həlak olan Zaqatalalı hərbçinin iştirak etdiyi sonuncu toydan görüntüləri yayılıb.  Viral.az lent.az-a istinadən bildirir ki, yaxınlarının dediyinə görə, bu, mərhumun ailəsi ilə sonuncu rəqsi olub. Həmin görüntüləri təqdim edirik: Qeyd edək ki, Zaqatala sakini, müddətdən artıq xidmət edən hərbi qulluqçu Yunis Vasif oğlu Abbasov uçqun altında qalaraq dünyasını dəyişib. Hərbçi bu…

Ətraflı

Azərbaycanda vergi daxilolmaları təxminən 10 faiz AZALIB

Bu ilin yanvar-iyun aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmaları 8 milyard 282 milyon manat təşkil edib. Viral.az quruma istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,8 % azdır. Bununla belə, büdcəyə proqnozdan əlavə 1 milyard 53,4 milyon manat vəsait daxil olub. 6 aylıq vergi…

Ətraflı