Rusiya hərbi gəmiləri ABŞ-yə doğru irəliləyir

Bir sıra Qərb nəşrləri Rusiya hərbi dəniz qüvvələrinin Karib hövzəsinə göndərilməsi barədə məlumat yayıb. Viral.az-ın “Reuters”ə istinadən xəbərinə görə, ABŞ-nin yüksək səviyyəli rəsmiləri hesab edirlər ki, Rusiya Kuba və Venesuelada liman səfərlərini əhatə edəcək hərbi təlimlər keçirməyi planlaşdırır. Onlar Vadimir Putinin Qərb silahlarının Rusiya ərazisinə hücumlarına cavab olaraq ABŞ ilə müharibə edən ölkələrə silah göndəriləcəyini açıqlamasından…

Ətraflı

Putin Ukraynadakı rus əsirlərinin sayını AÇIQLADI

Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqdakı “Laxta” Mərkəzində keçirilən beynəlxalq xəbər agentliklərinin rəhbərləri ilə görüşü zamanı 1348 rusiyalı hərbçinin Ukrayna əsirliyində olduğunu bildirib. Viral.az xəbər verir ki, o, bunu Fransanın “AFP” agentliyinin nümayəndəsinin sualını cavablandırarkən səsləndirib. “Mən bu rəqəmləri bilirəm, çünki biz onlarla hər gün işləyirik. Bizdə 6465 ukraynalı əsgər var, əgər biz canlı itkilərdən danışırıqsa, onda…

Ətraflı

Britaniya kraliçası Makronun arvadının əlini sıxmadı

Britaniya monarxının həyat yoldaşı Kraliça Kamilla müttəfiqlərin Normandiyaya desantlarının 80 illiyi ilə bağlı keçirilən mərasimdə Fransa Prezidentinin arvadı Bricit Makronun əlini sıxmaqdan imtina edib. Viral.az Daily Mail-ə istinadən bildirir ki, Bricit Makron “D-Day” memorialında Kraliça Kamillanın əlindən tutmağa çalışıb. Lakin bu, protokolun pozulması olduğu üçün  kraliça soyuqqanlı davranaraq onu əlini tutmayıb. Makronun arvadının bu hərəkətini…

Ətraflı

Bu insanlar yumurta YEMƏSİN!

“Faydalı qidalarla zəngin olan yumurta hər kəs üçün faydalı deyil” Viral.az xəbər verir ki, bu barədə məşhur diyetoloq Yelena Solomatina  “Veçernyaya Moskva” ilə söhbətində yumurtanın təhlükəsi barədə xəbərdarlıq edib. Solomatinanın sözlərinə görə, əgər insanın qanında yüksək xolesterin varsa və aterosklerotik risklər varsa, yumurta həftədə iki dəfədən çox olmayaraq istehlak edilməlidir. O izah edib ki, yumurtanın…

Ətraflı

Moldova Dnestryanı bölgəyə hərbi texnika yığır

Moldova Dnestryanı bölgə ilə sərhəddəki Bulboaka kəndində yerləşən poliqona hərbi texnika toplayır. Viral.az xəbər verir ki, bunu Dnestryanı separatçılarının nümayəndəsi Oleq Belyakov deyib. Onun sözlərinə görə, bu vəziyyət regionda hərbi gərginlik yaradır. Qeyd edək ki, əvvəllər də Moldova Dnestryanı sərhədləri yaxınlığında hərbi texnika toplamaqda ittiham olunurdu. Tiraspol onlar Kişinyov tərəfindən həyata keçirilən hərbiləşdirmədən narahatlığını bəyan edib….

Ətraflı

Bayden ABŞ silahları ilə Moskvaya zərbə endirməsinə qarşı çıxdı

ABŞ Ukraynanın Amerika silahları ilə Moskva və Kremlə hücumlarını dəstəkləmir. Viral.az TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden bildirib. “Biz Rusiyanın 200 mil (təxminən 320 km – red.) dərinliyində zərbələr endirilməsinə icazə vermirik və Moskvaya, Kremlə zərbə endirməsinə icazə vermirik”, – deyə o, ABC telekanalına müsahibəsində deyib. Dövlət başçısının sözlərinə görə, silahların sərhəd…

Ətraflı

Paşinyan Bakıya gələcək? – RƏSMİ AÇIQLAMA

Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycana səfəri planlaşdırılmır. Viral.az xəbər verir ki, bunu Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan “Armenpress” xəbər agentliyinə bildirib. Nəşrin qeydinə görə, bir müddət əvvəl politoloq Əhməd Şahidov “X” sosial şəbəkəsində yazıb ki, Paşinyan noyabrda COP-29 iqlim sammitində iştirak etmək üçün Bakıya səfər edəcək. Bununla belə, Bağdasaryan bildirib ki, bu, yalnız azərbaycanlı ekspertin subyektiv…

Ətraflı

“Cənub bölgəsində mədəni irsin təbliği” mövzusunda ictimai müzakirə keçirildi

Media və Mülki Cəmiyyət İctimai Birliyi iyunun 6-da Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Cənub bölgəsində mədəni irsin təbliği” mövzusunda ictimai müzakirə keçirib. Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinın maliyyə dəstəyi ilə həyata keçirilən “Cənub bölgəsində mədəni irsin təbliği istiqamətində təşəbbüslər” adlı layihəsi çərçivəsində baş tutub. Viral.az xəbər verir ki, bu barədə təşkilatın və layihənin rəhbəri…

Ətraflı

Oman Sultanlığına yeni təyin olunan səfirimiz kimdir?

Rəşad Fail oğlu İsmayılov Azərbaycan Respublikasının Oman Sultanlığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Viral.az oxu.az-a istinadən yeni təyin olunan səfirin dosyesini təqdim edir: Rəşad Fail oğlu İsmayılov 7 iyun 1974-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1991-ci ildə Bakı şəhəri M.Rahim adına 7 saylı orta məktəbi qızıl medalla bitirib. 1996-cı ildə Bakı Dövlət…

Ətraflı

Sevastopol səmasında nadir göy qurşağı göründü

Cümə axşamı Sevastopol səmasında dairəvi üfüqi göy qurşağı adlanan nadir optik effekt peyda olub. Viral.az xəbər verir ki, əvvəlcə sosial şəbəkələrdə dəyirmi çoxrəngli parıltı haqqında məlumat ortaya çıxıb. Günorta saatlarında şəhər daxilində sahil boyu müşahidə olunub. “Bu fenomenin bir neçə adı var, o cümlədən üfüqi göy qurşağı və ya “odlu göy qurşağı” günəş şüaları təxminən 10-12…

Ətraflı

Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib

“Sosial şəbəkədə təhqir yazanda pis olmuram, onu ondan betər təhqir edirəm. Anamı, atamı, qardaşımı, ailəmi küçədən tapmamışam. Kimsə, durduğum yerdə gəlsin məni söysün, deyim abrıma qısılım? Onun da ailəsi, anası otursun işində-gücündə olsun. Məni incidir, mən də onu beş-betər incidirəm”. Viral.az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva “Həftənin qonağı” verilişində deyib. Sənətçi sosial şəbəkədə…

Ətraflı

Əks yola çıxan sürücü ölüm saçdı – ANBAAN GÖRÜNTÜLƏR

Göyçaydan Ağsu istiqamətinə gedən yolda avtomobili yüksək sürətlə idarə edən sürücü təhlükəli vəziyyət yaradıb. Viral.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb. Hadisə şahidi bildirib ki, “Hyundai” markalı 77-CN-567 dövlət nömrə nişanlı avtomobilin sürücüsü qarşısında gedən bir neçə avtomobili eyni anda ötmək üçün yüksək sürətlə qarşıdan gələn avtomobillərin yoluna çıxıb. Hər…

Ətraflı

Bayden Putini yenə təhqir etdi

ABŞ Prezidenti Co Bayden yenidən Rusiya Prezidenti Vladimir Putinin ünvanına təhqiramiz ifadələr işlədib və onu “diktator” adlandırıb. Viral.az xəbər verir ki, Amerika lideri ABC yayım korporasiyasına müsahibəsində Rusiya Prezidentini “40 ildən artıqdır” tanıdığını deyib. “O, ləyaqətli insan deyil. O, diktatordur və ölkəsini saxlamaq və eyni zamanda hücumu dayandırmamaq üçün mübarizə aparmalıdır”, – Bayden deyib. Xatırladaq ki,…

Ətraflı

Ata və oğul dünyanın ən sürətli dronunu düzəltdi

Cənubi Afrikada ata və oğul dünyanın ən sürətli dronunu yaradıblar. Viral.az “upi”yə istinadla xəbər verir ki, o, 804 km/saat sürətlənməyə qadirdir. Qərbi Capedən olan Luke Bell və atası Maykın dediyinə görə, onların modeli “Peregreen 2” adlanır. Pilotsuz uçan aparat 3D çap olunmuş karbon lifindən hazırlanıb, batareya ilə işləyir və pultla təchiz olunub.  Mayk əlavə edib ki,…

Ətraflı

İsrailin hücumları nəticəsində 70-ə yaxın fələstinli həlak oldu

İsrail qüvvələrinin Qəzza zolağının müxtəlif bölgələrinə endirdiyi quru hücumları və hava hücumları nəticəsində 24 saat ərzində 70-ə yaxın fələstinli həlak olub. Viral.az TASS-a istinadla xəbər verir ki, bu məlumatı anklavın Səhiyyə Nazirliyi verib. Məlumata görə, son 24 saat ərzində 68 ərəb Qəzzada İsrail təcavüzünün qurbanı olub, 235 nəfər isə yaralanıb. Səhiyyə Nazirliyi qeyd edib ki,…

Ətraflı

Qazi doğum gününə 1 gün qalmış vəfat etdi

44 günlük Vətən müharibəsi qazisi Azad Yusifəli oğlu Məlikov vəfat edib.  Viral.az “oxu.az”a istinadla xəbər verir ki, A.Məlikovun halı qəfil pisləşib və yaxınları onu xəstəxanaya çatdırıblar. Qazi iyunun 3-də, doğum gününə bir gün qalmış Neftçala Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib. Azad Məlikovun yaxın qohumu sayta açıqlamasında onun daimi şəkildə müalicə aldığını deyib: “Müharibədə daxili orqanları sıradan çıxmışdı. Hər…

Ətraflı

Dəmir yolu relslərini partlatmaq cəhdinin qarşısı alındı

Polşa dəmir yollarının əməkdaşı mayın əvvəlində ölkənin cənubunda relslərdə partlamamış hərbi sursat aşkar edib. Viral.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. “Beata Şatanik Çexovitse-Dziedzice stansiyasında (Cənubi Polşada – red.) vəzifəsini yerinə yetirərkən, dəmir yolu relslərində partlamamış hərbi sursat tapdı, dərhal hadisə ilə bağlı stansiya növbətçisinə xəbər verib. Onun hərəkətləri sayəsində biz…

Ətraflı

Naməlum şəxs hərbi komissarlığının binasını yandırmaq istədi

Ukraynanın Xarkov şəhərində naməlum şəxs Kiyev regional ərazi çağırış məntəqəsinin (hərbi komissarlığın analoqu) binasını yandırmaq istəyib. Viral.az xəbər verir ki, bu barədə “Strana” nəşri hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, hadisə iyunun 5-də baş verib. Naməlum şəxs cındırı yandıraraq hərbi komissarlığın pəncərəsinin yanına qoyub. Yanğın başlayıb, onu növbətçi görüb. Hərbçilər yanğını söndürməyə…

Ətraflı

NATO Ukraynaya qoşun yeridəcək? – RƏSMİ AÇIQLAMA

Şimali Atlantika Alyansı Ukraynaya qoşun yeritmək niyyətində deyil. Viral.az TASS-a istinadla xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Helsinkidə keçirdiyi mətbuat konfransında deyib.  O, jurnalistlərin bununla bağlı sualını cavablandırarkən deyib: “NATO-nun Ukraynada öz qüvvələrini yerləşdirmək planı yoxdur. Biz diqqətimizi Ukraynaya uzunmüddətli dəstək üçün necə daha güclü çərçivə yarada biləcəyimizə və uzunmüddətli maliyyə öhdəliyi…

Ətraflı

Sosial şəbəkələrdə süni intellektdən montaj-şantaj vasitəsi kimi istifadə edilir

“Süni intellekt texnologiyaları sürətlə inkişaf edir. Sosial şəbəkələrdə artıq süni intellektdən montaj-şantaj vasitəsi kimi istifadə edilir”. Viral.az xəbər verir ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti idarə rəisi Tural Məmmədov Dövlət qurumları İT rəhbərlərinin IV Zirvə Toplantısında çıxışı zamanı deyib. O bildirib ki, bu kimi hallarla rastlaşmamaq üçün ehtiyatlı olmalıyıq: “Daxili İşlər Nazirliyi tərəfindən yayılan…

Ətraflı