Pezeşkian and içdi
İranın yeni seçilən Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi Tehranda parlamentin binasında keçirilib. Viral.az xəbər verir ki, məlumatı İran KİV-i yayıb. Bildirilib ki, təntənəli andiçmə mərasimində 80 dövlətdən rəsmi qonaqlar iştirak edib. İran konstitusiyasının 121-ci maddəsinə əsasən, Məsud Pezeşkian parlament üzvləri, Konstitusiya Keşikçiləri Şurasının üzvləri və məhkəmə hakimiyyəti başçısını qarşısında and içib.