AFFA “Qəbələ” klubuna 700 min manat ayırdı
AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında “Qəbələ” klubuna akademiya və infrastrukturun saxlanılması məqsədilə bir il müddətinə 700000 manat maliyyə vəsaitinin ayrılması ilə bağlı qərar qəbul edilib. Viral.az qurumun mətbuat xidmətinə istinadən məlumatına görə, bu xüsusda “Qəbələ” klubuna dəstək üçün müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandalarının, həmçinin hakimlərin Qəbələdə təlim-məşq toplanışlarının keçirilməsi nəzərdə tutulub….