Ermənistanda Paşinyanın reytinqi düşüb, amma hamıdan öndədir

“Gallup” beynəlxalq tədqiqat mərkəzinin Ermənistan nümayəndəliyinin keçirdiyi sorğuda respondentlərin 54,8%-i baş nazir Nikol Paşinyanın işini mənfi qiymətləndirib. Viral.az xəbər verir ki, bunu iyulun 10-da jurnalistlərlə görüşdə nümayəndəliyin direktoru Aram Navasardyan bildirib. O, əlavə edib ki, 13,4% respondent Ermənistanın baş nazirinin işini tam müsbət, 21,7% kifayət qədər müsbət, 14,5%, kifayət qədər mənfi, 40,3% tamamilə mənfi qiymətləndirib…

Ətraflı

Əhaliyə VACİB XƏBƏRDARLIQ – Axşam saat 21-dən sonra…

Bu gündən etibarən paytaxt Bakıda geomaqnit qasırğası müşahidə olunacaq. Qasırğanın şiddəti zaman-zaman güclənəcək.  Viral.az xəbər verir ki, zəif səviyyəli qasırğa bu axşam saat 21:00-dan 00:00-adək etibarən hiss ediləcək.  Qasırğa ayın 11-i səhər saat 06:00-dan başlayaraq yenidən aktivləşəcək. Sabah səhər saat 09:00-11:00 aralıqlarında zəif geomaqnit qasırğası müşahidə olunacaq. Daha sonra – saat 15:00-da şiddətlənərək yerini kiçik…

Ətraflı

Anasını və həmkəndlisini öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi

Kürdəmirdə iki nəfəri qəsdən öldürməkdə, digər bir nəfəri öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib. Viral.az xəbər verir ki, bu barədə Kürdəmir Rayon Prokurorluğu məlumat yayıb. Qeyd olunub ki, bu il fevralın 9-da Kürdəmir rayonu ərazisində iki nəfərin qəsdən öldürülməsi, bir nəfərə isə xəsarət yetirilməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin…

Ətraflı

Narkotik vasitələrin ölkəmizə keçirilməsinin qarşısı alındı

İyul ayının 10-da saat 03:50-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 36 kiloqram 790 qram narkotik vasitə ( marixuana 34 kq 690 qram; tiryək 2 kq 100 qram) və 1200 ədəd Metadon M – 40 həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından…

Ətraflı

Sahələrdən 2.5 milyon ton məhsul yığılıb

Respublikada biçin prosesinin yekun mərhələsi başlayıb. Kənd Təsərrüfatı Nazirliyində taxıl biçininin təşkili ilə bağlı yaradılmış operativ qərargahın məlumatına görə, iyunun 10-dək ölkə üzrə taxıl zəmilərinin 77,2 faizində biçin tam başa çatıb. Sahələrdən 2 468 767 ton məhsul yığılıb, taxıl üzrə orta məhsuldarlıq 31,6 sent/ha təşkil edir.   Viral.az xəbər verir ki, hazırda əsas biçin prosesi buğda…

Ətraflı

Qazinin faciəsinə səbəb qız qaçırması olub – TƏFƏRRÜAT

Cəlilabad rayonunun Göytəpə şəhər sakini, 44 günlük Vətən müharibəsinin qazisi Elnur Əliyevin Cəlilabad Rayon İcra Hakimiyyəti binasının daxilində özünü yandıraraq intihara cəhd etməsi haqda məlumat yayılıb. Bildirilib ki, Elnur Əliyev ağır yanıq xəsarətləri ilə Bakı Şəhər 5 saylı klinik xəstəxanasının Yanıq şöbəsinə yerləşdirilib. Viral.az xəbər verir ki, məsələ ilə bağlı Cəlilabad Rayon İcra Hakimiyyətinin Vətən…

Ətraflı

Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərildi

Xəbər verildiyi kimi, cari il aprelin 7-də Goranboy rayon sakini 1975-ci il təvəllüdlü Alidə Kazımovanın qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.   Goranboy rayon prokurorluğundan Viral.az-a verilən məlumata görə, istintaqla 2005-ci il təvəllüdlü Şahin Əmrahovun rayonun Tatarlı kəndində yerləşən fərdi yaşayış evində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək anası…

Ətraflı

Pezeşkianın andiçmə mərasimi bu tarixdə keçiriləcək

İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi çərşənbə axşamı, avqustun 9-da keçiriləcək. Viral.az xəbər verir ki, bu barədə İRNA-nın məlumatında bildirilib. Qeyd edilib ki, mərasimdə İsalm Respublikasının məsul şəxslərilə yanaşı, müxtəlif ölkələrdən olan xarici qonaqlar da iştirak edəcəklər. İyulun 15-də keçirilən 14-cü prezident seçkilərinin ikinci turunda Məsud Pezeşkian xalq tərəfindən səs çoxluğu ilə İranın 9-cu…

Ətraflı

Azərbaycanda bu şəhər İŞIQSIZ QALDI

Mingəçevir şəhərinin bəzi hissələrində elektrik enerjisinin verilməsində fasilə yaranıb. Viral.az xəbər verir ki, fasilə 6 kv-luq “Karxana -61” hava xəttində aparılan yenidənqurma işləri ilə əlaqədardır. Mərkəzi Aran RETSİ-nin Mingəçevir Elektrik Şəbəkəsindən bildirilib ki, yenidənqurma işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilməsi tam bərpa olunacaq. (report)

Ətraflı

İlkin Süleymanovun məhkəməsi oldu –  O son söz üçün vaxt istədi

Bu gün Gəncə Apellyasiya Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi olub.   Viral.az APA-ya istinadən məlumat verir ki, Rafiq Cəfərovun sədrliyi ilə keçirilən məhkəmə prosesi iyulun 11-nə təyin edilib.   Prosesin təxirə düşməsinə səbəb İlkin Süleymanovun son sözə görə vaxt istəməsi və vəkillərin 2-nin…

Ətraflı

Cəzaçəkmə müəssisələrində seçkilər tam şəffaf keçiriləcək

2024-cü il sentyabrın 1-də cəzaçəkmə müəssisələrində tam şəffaf seçkilər keçiriləcək.   Viral.az xəbər verir ki, bunu iyulun 10-da Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının rəhbərləri üçün keçirilən müşavirədə çıxış edən ədliyyə nazirinin müavini Abiddin Hüseynov deyib.   O qeyd edib ki, penitensiar müəssisələrdə saxlanılan şəxslərin səsvermə hüququnun təmin olunması aktual məsələlər sırasında xüsusi yer…

Ətraflı

Məzahir Pənahovdan DSK sədrlərinə xəbərdarlıq

Mükəmməl seçki olmur. Heç kəs səhvlərdən sığortalanmayıb.   Viral.az xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının rəhbərləri üçün keçirilən müşavirədə çıxış edən MSK sədri Məzahir Pənahov deyib.   O qeyd edib ki, seçki prosesindəki səhvin nədən ibarət olması çox vacibdir:   “Özünüzdə məsuliyyət hiss edin. Çünki siz artıq suveren…

Ətraflı

Avtoxuliqanlıq görüntülərini sosial şəbəkələrdə paylaşan sürücülər tutuldu 

Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan sürücülər aşkarlanıblar.   DİN-in Mətbuat xidmətindən Viral.az-a verilən xəbərə görə, gecə saatlarında təhlükəsizlik qaydalarına əməl etməyərək yüksək sürətlə motosiklet idarə edən Tural Əkbərov və idarə etdiyi avtomobillə avtoxuliqanlıq hərəkətlərinə yol verən Nicat Şamıyev…

Ətraflı

Bu il Azərbaycanda iqtisadiyyatı 4,3 faiz ARTIB

2024-cü ilin yanvar-iyun aylarında ölkədə 59 milyard 520,4 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3% çox ümumi daxili məhsul istehsal olunub.   Bu barədə Viral.az-a Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.   Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz, qeyri neft-qaz sektorunda isə 6,9% artıb.   ÜDM istehsalının 38,5 faizi…

Ətraflı

Polis seçkilər zamanı gücləndirilmiş rejimdə işləyəcək

“Seçkilər zamanı qanunsuz aksiyaların, ictimai asayişin pozulması hallarının qarşısının alınması üçün bütün tədbirlər görüləcək”. Viral.az xəbər verir ki, bunu daxili işlər nazirinin müavini Oqtay Kərimov Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib. “Polis seçkilərdə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Polisin fəaliyyəti ilə bağlı qaldırılan bütün məsələlər dərhal öz həllini tapacaq. Polis…

Ətraflı

 Seçki qanunvericiliyini pozan şəxslər cəzalandırılacaq – Baş prokurorun müavini

Seçkilərlə bağlı prokurorluq orqanların əsas vəzifəsi daxil olmuş müraciətlərə baxılması ilə bağlıdır. Viral.az-ın xəbərinə görə, bunu Baş prokurorun birinci müavini Elçin Məmmədov Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib. Elçin Məmmədov bildirib ki, qanunda seçkilərin keçirilməsi prosesi ilə bağlı müraciətlərə baxılması üçün çox qısa zaman müəyyən edilib: “Səsvermə günü olan müraciətlərə…

Ətraflı

“Birləşdik – 2024” beynəlxalq təliminin hazırlıq mərhələsi davam edir

Qazaxıstan Respublikasının Aktau şəhərində keçiriləcək “Birləşdik – 2024” əməliyyat-taktiki komanda-qərargah təliminin hazırlıq mərhələsində müvafiq tədbirlər görülür.   Müdafiə Nazirliyindən Viral.az-a verilən xəbərə görə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın beynəlxalq təlimdə iştirak edəcək nümayəndələrinin rəhbər heyətinin iclası keçirilib.   İclasda təhlükəsizlik, təşkilati və digər məsələlərlə bağlı təkliflər dinlənilib, ətraflı müzakirələr aparılıb.   Sonra hərbi qulluqçular…

Ətraflı

“Seçkilərin şəffaflığı Azərbaycanın imicini formalaşdırır”

“Seçkilərin şəffaflığı Azərbaycanın dünya müstəvisində imicini formalaşdırır”. Viral.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının rəhbərləri üçün keçirilən müşavirədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib. “Seçkilərin uğurlu keçirilməsi yerli orqanların üzərinə düşür. Hər bir ölkənin imici isə onun seçki prosesinin şəffaflığı ilə ölçülür”.

Ətraflı

ABŞ Bakı və İrəvan arasında diplomatik işi davam etdirir

Amerika Birləşmiş Ştatları Bakı və İrəvan arasında diplomatik nizamlanma üzərində işi davam etdirir. Viral.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə bildirib. Xatırladaq ki, Vaşinqtonda əldə olunan razılaşmaya əsasən, bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ABŞ dövlət katibi Antoni Blinken arasında üçtərəfli…

Ətraflı

Məzahir Pənahovdan sərt xəbərdarlıq – Tələbləri pozanlar cəzalandırılacaq

Seçki məntəqələrində tələbləri pozanlar cəzalandırılacaq.   Viral.az xəbər verir ki, bunu iyulun 10-da Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının rəhbərləri üçün keçirilən müşavirədə çıxış edərkən MSK sədri Məzahir Pənahov deyib.   O, dairə seçki komissiyalarının rəhbərlərinə və üzvlərinə xəbərdarlıq edib.   “İnsanlarla davranış qaydalarına diqqət etməlisiniz. Hər hansı bir pozuntunun, neqativ halın olmasına yol…

Ətraflı

Ceyhun Bayramov NATO-nun 75-ci ildönümü tədbirində iştirak edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vaşinqtona işgüzar səfəri çərçivəsində ABŞ Prezidenti Cozef Baydenin ev sahibliyi etdiyi NATO-nun 75-ci ildönümü tədbirində iştirak edib. Viral.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib. Bildirilib ki,tədbir 1949-cu il aprelin 4-də NATO-nun təsis edildiyi Vaşinqton Müqaviləsinin imzalandığı Endru Mellon konfrans zalında (Andrew Mellon Auditorium) keçirilib.

Ətraflı