İspaniyadan Uruqvaya uçan təyyarədə 30 nəfər yaralanıb
İspaniyadan Uruqvay paytaxtına uçan “Air Europa” reysi şiddətli turbulentlik səbəbindən Braziliyaya yönləndirilib. Viral.az xəbər verir ki, bu barədə operator “X”də (keçmiş “Twitter”) məlumat verib. Onun sözlərinə görə, Montevideoya uçan təyyarə şiddətli turbulentliyə görə Natal hava limanına yönləndirilib. Təyyarə normal eniş edib. Hadisə nəticəsində azı 30 nəfər xəsarət alıb. Təyyarənin göyərtəsində 320-dən çox sərnişin olub. Dəniz…