Rəşt-Xəzər dəmir yolu xətti istifadəyə verildi

İranda Rəşt-Xəzər dəmir yolu xətti istifadəyə verilib.   Viral.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.   Məlumata görə, sözügedən dəmir yolu xətti Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsidir.   Mərasimdə İran prezidenti səlahiyyətlərini icra edə Məhəmməd Moxber, yol və şəhərsalma naziri Bazarpaş iştirak ediblər.   37 kilometrlik Rəşt-Xəzər dəmir yolu İranın cənub və şimal…

Ətraflı

ABŞ “Patriot”ları ancaq Ukraynaya ayırır

ABŞ hökuməti Ukraynanın Rusiyanın hava hücumlarına qarşı kifayət qədər müdafiəsinə malik olana qədər “Patriot” hava hücumundan müdafiə sistemləri və raketlərə dair bütün açıq sifarişləri dayandırmaq niyyətindədir.   Viral.az xəbər verir ki, bunu “Financial Times” yazıb.   Nəşr yazır ki, prezident Co Bayden 5 ölkənin bu sistemləri Ukraynaya tədarük etməyə hazır olduğunu bəyan edib. O əlavə edib ki,…

Ətraflı

Cənubi Koreya Ukraynaya silah tədarükünə yenidən baxacaq

Cənubi Koreya Ukraynaya silah tədarükü məsələsinə yenidən baxacaq.   Viral.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi ölkə prezidentinin nümayəndəsinə istinadən yazıb.   Nəşrin məlumatına görə, bu bəyanat Rusiya Federasiyası ilə KXDR arasında strateji tərəfdaşlıq haqqında sazişin bağlanması şəraitində verilib.   Əvvəllər Cənubi Koreya Ukraynaya humanitar yardım göstərib və qeyri-öldürücü hərbi təyinatlı əşyalar tədarük edib.

Ətraflı

Hava çirkliliyi qlobal miqyasda əsas ölüm faktorlarından biridir

Havanın çirklənməsi qlobal miqyasda əsas ölüm faktorlarındandır.   Viral.az xəbər verir ki, bununla bağlı BMT-nin Uşaq Fondu (UNICEF) məlumat yayıb. Qlobal Hava vəziyyətinin hesabatına görə, havanın çirklənməsi böyüklər və uşaqlar üçün qlobal miqyasda ikinci aparıcı ölüm riskinə çevrilib.   İlk dəfə UNICEF ilə əməkdaşlıq çərçivəsində hazırlanan, Sağlamlıq Effektləri İnstitutu (HEI) və UNICEF tərəfindən yayımlanan araşdırmaya əsasən,…

Ətraflı

Əhalimiz yoxa çıxa bilər – Koreya prezidenti

Cənubi Koreya prezidenti Yun Seok Yeol demoqrafik problemlərə görə milli fövqəladə vəziyyət elan edib.   Viral.az “Yonhap”a istinadən xəbər verir ki, bunu prezidentin özü açıqlayıb.   “Bu, əhalinin azalması ilə əlaqədardır ki, ölkə rəhbərliyi bu təhlükəni aradan qaldırmaq üçün kompleks tədbirləri gücləndirir”, – o qeyd edib.   “Bu gün mən rəsmi olaraq milli demoqrafik fövqəladə vəziyyət…

Ətraflı

Fransanı xalqımızın hüquqlarını tanımağa çağırırıq

Son bir ay ərzində Fransa hökuməti bizə Yeni Kaledoniyada çox çətin günlər yaşadıb.   Viral.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı Təşəbbüs Qrupu tərəfindən iyunun 20-də BMT-də müstəmləkəçiliyə qarşı mübarizəyə dair keçiriləcək konfransda iştirak edəcək Yeni Kaledoniyanın xarici işlər naziri Mikael Forrest deyib.   Onun sözlərinə görə, hazırda bölgədə çoxsaylı hərbçilər var və bütün…

Ətraflı

Çinin Uyğur muxtariyyəti ilə Gürcüstan arasında aviadaşımalar aparılacaq

Çinin “SF Airlines” aviaşirkəti iyulun 20-dən etibarən Urumçini Tiflislə birləşdirən yeni beynəlxalq hava yük marşrutu açacaq.   Viral.az xəbər verir ki, bu barədə Tiflis hava limanının idarəedici şirkəti “TAV Georgia” məlumat yayıb.   Urumçi Çinin qərbindəki Sincan-Uyğur muxtar bölgəsinin paytaxtı və əsas sənaye mərkəzidir.   Yeni marşrut üzrə uçuşlar həftədə bir dəfə hər iki istiqamətdə B757 yük…

Ətraflı

Müxalifətçi baş nazirə “autist” deyib

Gürcüstanlı müxalifətçi baş nazir İrakli Kobaxidzeni “autist” adlandırıb.   Viral.az xəbər verir ki, bunu “Aqmaşenebeli Strategiya” partiyasının lideri Giorgi Vaşadze “TV Pirveli” telekanalında deyib.   O bildirib ki, seçki baxımından Kobaxidze insanlarla danışmayan, əl sıxmayan və həddən artıq təcrid olunmuş “autizmli insandır”.   Hakim partiya Vaşadzeni cəmiyyətdən üzr istəməyə və “biabırçı nifrət nitqi”nə görə məsuliyyəti öz…

Ətraflı

F-16-lar bu yay Ukraynaya VERİLƏCƏK

İlk F-16-lar bu yay Ukraynaya təhvil verilməlidir.   Viral.az xəbər verir ki, bunu Niderlandın müdafiə naziri Kaysa Ollonqren bildirib.   “The Guardian” nəşri aviasiya ekspertlərinə istinadən yazır ki, qırıcılar Xarkovu hücumlardan qoruya biləcək, Rusiya isə taktikanı dəyişmək məcburiyyətində qalacaqlar.    Ukrayna qoşunları isə öz növbəsində ABŞ-ın təyyarələrini və raketləri ilə daha effektiv vura biləcəklər.

Ətraflı

Rusiya və Vyetnam 10-dan çox sənəd imzalayıb və bəyanat qəbul edib

Rusiya Federasiyası və Vyetnam strateji tərəfdaşlıq haqqında bəyanat qəbul edib.   Viral.az TASS-a istinadən xəbər verir ki, tərəflər 10-dan çox sənəd imzalayıb.   Bundan əlavə, liderlər “Dostluq münasibətlərinin əsasları haqqında Rusiya-Vyetnam müqaviləsinin həyata keçirilməsinin 30-cu ildönümü kontekstində hərtərəfli strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi haqqında” bəyanat qəbul ediblər.   Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin KXDR-dən sonra…

Ətraflı

Avropa İttifaqında Rusiyaya sanksiyalarla bağlı FİKİR AYRILIĞI

Avropa İttifaqı ölkələri 14-cü anti-Rusiya sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyiblər.   Viral.az xəbər verir ki, bu barədə “Reuters” yazıb.   Agentlik adı açıqlanmayan diplomatlara istinadən yazır ki, yeni məhdudiyyətlər, xüsusən, üçüncü ölkələrdəki törəmə şirkətlər və tərəfdaşlar tərəfindən sanksiyaların pozulmasına görə Aİ operatorlarını məsuliyyətə cəlb etmək planı ilə Rusiya LNG-nin daşınmasına qadağa daxildir.   Almaniyanın…

Ətraflı

Erməni jurnalist Zaxarovadan Vardanyanı soruşdu

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova erməni iş adamı, Qarabağdan qovulmuş separatçıların “keçmiş dövlət naziri” Ruben Vardanyanın Bakıda həbsdə saxlanması ilə bağlı suala cavab verib. Viral.az-ın məlumatına görə, erməni jurnalist Hayk Xalatyan Zaxarovadan Rusiya-Azərbaycan danışıqlarında Vardanyanın və Bakıda həbsdə saxlanılan digər separatçı rəhbərlərin azadlığa buraxılması məsələsinin qaldırılıb-qaldırılmadığını soruşub. Zaxarova suala belə cavab verib:…

Ətraflı

Ərdoğan-Putin görüşündə bu məsələlərə baxılacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 3-4-də Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmağı planlaşdırır. Viral.az xəbər verir ki, bu barədə “Habertürk” telekanalı məlumat yayıb. Kanal qeyd edir ki, bu görüşün gündəliyinə Ukraynadakı münaq…

Ətraflı

Rusiyanın Ukraynadakı itkiləri 530 mini geridə qoydu

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1170 hərbçisini itirib.   Viral.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.   Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 530 920 nəfərə çatıb.   Həmçinin son sutka ərzində Rusiyaya məxsus 3 tank, 18 zirehli döyüş maşını, 45 artilleriya sistemi…

Ətraflı

Putinə ov iti hədiyyə etdi

Şimali Koreya (KXDR) lideri Kim Çen In Rusiya prezidenti Vladimir Putinə iki ov iti hədiyyə edib.   Viral.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.   Məlumata görə, hədiyyə edilən itlər Şimali Koreyanın nadir “Pungsan” cinsindəndir.   Kim Çen In həmçinin Vladimir Putini KXDR-in ən yüksək dövlət mükafatı – Kim İr Sen ordeni…

Ətraflı

Yaşlı vaxtda fiziki məşqlər sağlamlığa müsbət təsir göstərir

Danimarka Universitet Xəstəxanasının əməkdaşları idmanla məşğul olmağa başlayan yaşlı insanların bir neçə il güclü qaldığını və bunun daha uzun ömür sürə biləcəyini göstərən araşdırma aparıblar.   Viral.az AZƏRTAC-a istinadən xəbər verir Kİ, Tədqiqat zamanı 62 yaşdan yuxarı 349 insan fiziki məşqlərin sağlamlığa və əzələ gücünə necə təsir göstərə biləcəyini öyrənmək məqsədilə dörd il ərzində müşahidə olunub….

Ətraflı

SEPAH terror təşkilatı kimi tanındı

 Kanada İrsn İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıyıb.   Viral.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ölkənin ictimai təhlükəsizlik naziri Dominik Leblan deyib.   O bildirib ki, bu barədə qərar Kanada Cinayət Məcəlləsinə əsasən qəbul edilib.   Leblan izah edib ki, hakimiyyət Kanada kəşfiyyat xidmətlərinin tövsiyəsi, həmçinin xarici siyasət mülahizələri əsasında…

Ətraflı

Ukraynada hərbi polis yaradılır

Ukrayna Ali Radası “Hərbi polis haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib.   Viral.az xəbər verir ki, bu barədə “Telegram” səhifəsində ukraynalı deputat Oleksiy Qonçarenko məlumat verib.   Sənədi 247 deputat dəstəkləyib. Qanun layihəsi təhlükəsizlik və müdafiə sektorunun tərkib hissəsi olan hüquq-mühafizə funksiyalarına malik hərbi polisin formalaşdırılmasını nəzərdə tutur.   Hərbi polisin məqsədi Ukrayna Müdafiə Nazirliyində,…

Ətraflı