Hakan Fidan Çinə gedir
Türkiyə xarici işlər naziri Hakan Fidan 3-5 iyun tarixlərində Çinə rəsmi səfər edəcək. Viral.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Səfər çərçivəsində keçiriləcək görüşlərdə ikitərəfli münasibətlərin müzakirə ediləcəyi, aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacağı bildirilir.