Türkiyə parlamentində yumruq davası

Türkiyə Böyük Millət Məclisində (TBMM) dava düşüb. Viral.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. Qeyd olunub ki, TBMM-də Can Atalayın deputatlığının ləğv edilməsi müzakirə edilən zaman Türkiyə İşçi Partiyasından olan deputat Ahmet Şık AKP üzvlərini təhqir edib. Bundan sonra TBMM-də gərginlik artıb və deputatlar yumruq davasına çıxıblar.

Ətraflı

Müdafiə Nazirliyində 16 milyon manatdan çox əsassız ödəniş edilib

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvəllərinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Viral.az xəbər verir ki, bu gün Bakı Hərbi…

Ətraflı

Aİ İsrail hökumətinin üzvlərinə qarşı sanksiyalar tətbiq edə bilər

Avropa İttifaqı (Aİ) İordan çayının qərb sahilindəki Cit kəndində israilli mühacirlərin fələstinlilərə hücumlarından sonra İsrail hökumətinin üzvlərinə qarşı sanksiyaların tətbiq olunması məsələsini nəzərdən keçirəcək. Viral.az xəbər verir ki, bu barədə Aİ diplomatik xidmətinin rəhbəri Jozep Borrel “X” sosial şəbəkəsindəki hesabında yazıb. “Biz fələstinli mülki əhalini qorxutmaq üçün mühacirlərin Cit kəndinə hücumlarını pisləyirik. İsrail hökumətinin bəzi…

Ətraflı

“Ford” 85 min avtomobilini geri ÇAĞIRIR

Amerikanın avtomobil istehsalçısı “Ford”, mühərrikin yanması riski ilə əlaqədar ABŞ-da təxminən 85 min “Explorer” yolsuzluq avtomobilini geri çağırmaq niyyətindədir. Viral.az xəbər verir ki, bu barədə “Reuters” Amerika Avtomobil Yollarının Hərəkətinin Təhlükəsizliyi üzrə Milli İdarəsinə istinadən məlumat yayıb. Məlumata görə, bu avtomobillərdə mühərrik nasazlığı zamanı mühərrik yağının və yanacağın yanğın mənbəyinə çevrilə biləcək həmin hissələrə düşməsi riski var. Qeyd…

Ətraflı

Pakistan Azərbaycan vətəndaşları üçün viza rüsumlarını LƏĞV ETDİ

Azərbaycan və 125 digər ölkə Pakistana səfər etmək üçün pulsuz viza ala bilər. Viral.az xəbər verir ki, bu barədə “Visanews” məlumat yayıb. Pakistanın informasiya naziri Ataulla Tarar bildirib ki, Azərbaycan da daxil olmaqla, 126 ölkədən gələn ziyarətçilər üçün elektron viza (e-Visa) rüsumlarından imtina ediləcək və müraciət prosesi əhəmiyyətli dərəcədə sadələşdiriləcək. Qeyd edilib ki, bu ölkələrin vətəndaşlarına…

Ətraflı

DİM-dən ixtisas seçəcək abituriyentlərə ÇAĞIRIŞ

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi davam edir. Abituriyentlərə kömək etmək məqsədilə yaradılmış məsləhət mərkəzləri həftəsonu günlərində – avqustun 17-də və 18-də də fəaliyyət göstərəcəklər. Dövlət İmtahan Mərkəzindən Viral.az-a bildirilib ki, məsləhət mərkəzləri qeyd olunan günlərdə saat 10:00-dan 17:00-dək Bakı şəhəri üzrə Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Avrasiya, Memarlıq və İnşaat,…

Ətraflı

Bu il Azərbaycana gələn turistlərin sayı AÇIQLANDI

2024-cü ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasına dünyanın 182 ölkəsindən 1 milyon 502,7 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 31,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu barədə Viral.az-a Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, gələnlərin 29,2 faizi Rusiya Federasiyası, 16,5 faizi Türkiyə, 9,3 faizi Hindistan, 8,3 faizi İran, 4,2 faizi…

Ətraflı

Rusiyada meymunçiçəyi virusuna qarşı peyvənd hazırlandı

Rospotrebnadzorun Vektor Mərkəzində meymunçiçəyi xəstəliyinin qarşısının alınması üçün peyvənd mövcuddur. Viral.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə jurnalistlərə nəzarət qurumunun mətbuat xidməti məlumat yayıb. “2022-ci ildə Rospotrebnadzorun Vektor Mərkəzi bu xəstəliyin və digər ortopoxvirus infeksiyalarının qarşısının alınması üçün dördüncü nəsil peyvəndi, texnoloji cəhətdən inkişaf etmiş, dünya səviyyəli bir dərman olan OrthopoxVac-ı qeydiyyata alıb”, –…

Ətraflı

Azərbaycanda general vəzifədən ÇIXARILDI

Müdafiə Nazirliyində kadr dəyişikliyi edilib. Viral.az xəbər verir ki, nazir, general-polkovnik Zakir Həsənovun əmri ilə Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov tutduğu vəzifəsindən azad edilib. Digər əmrlə polkovnik Elçin Abdullayev Nazirliyin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi təyin edilib. Məlumat nazirliyin mətbuat xidmətindən təsdiq edilib. Qeyd edək ki, son vaxtlar Müdafiə Nazirliyində…

Ətraflı

Səhiyyə nazirindən tibb işçiləri ilə bağlı ƏMR

Bəzi tibb mütəxəssislərinin sertifikasiyadan keçməli olduqları ixtisaslar müəyyən edilib. Viral.az xəbər verir ki, bu, səhiyyə naziri Teymur Musayevin müvafiq əmrində əksini tapıb. Qeyd edilib ki, bəzi tibb mütəxəssislərinin sertifikasiyadan keçməli olduqları ixtisasların müəyyən edilməsi siyahısı aşağıdakı kimidir: – Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasdəyişmə ilə bağlı peşə hazırlığı kursu keçənlər şəhadətnamə, yaxud ali…

Ətraflı

Lukaşenko Təhlükəsizlik Şurasını TOPLADI

Belarusa qarşı mümkün çirkin hiylələri dəf etmək üçün ölkədə lazım olan hər şey var. Viral.az BelTA-ya istinadla xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko hərbi təhlükəsizlik məsələləri üzrə müşavirədə bildirib. Dövlət başçısı bildirib ki, Belarus uzun müddətdir planetin geostrateji maraqlarının mərkəzindədir.  “Sərhədlərimizdə artan gərginliyin səbəblərindən biri də budur. Üstəlik, ölkəmizin hüdudlarından kənarda, xüsusən…

Ətraflı

Etna vulkanı yenidən fəallaşıb

Avropanın ən böyük aktiv vulkanı olan Etna yenidən oyanıb. Viral.az xəbər verir ki, İtaliyanın Siciliya adasındakı vulkanın cənub-şərqindəki Voraqin kraterindən güclü lava axını müşahidə edilib. İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) Kataniya bölməsindən verilən açıqlamaya görə, vulkanın püskürdüyü kül və toz dumanı təxminən 9,5 kilometr hündürlüyə qalxıb. Vulkanın ətəyindəki yaşayış məntəqələrinə yayılan kül və…

Ətraflı

Elçin Məsiyev pley-off matçına təyinat alıb

FIFA referisi Elçin Məsiyev təyinat alıb. Viral.az AFFA-nın mətbuat xidmətinə istinadla xəbər verir ki, referi UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Partizan” (Serbiya) – “Gent” (Belçika) qarşılaşmasının baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Kamal Umudlu VAR, Rəşad Əhmədov isə AVAR hakimi…

Ətraflı

Mətbuat Şurasının sədrindən deputatlığa namizədlərə ÇAĞIRIŞ: “Öz təbliğat kampaniyalarını…”

Mətbuat Şurasının sədri Rəşad Məcid  “Seçki 2024” Müstəqil Media Mərkəzinin suallarını cavablandırıb. Viral.az həmin müsahibəni təqdim edir: – Rəşad müəllim, sentyabrın 1-də ölkəmizdə Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. Seçki prosesində, xüsusilə təşviqat dövründə medianın əhəmiyyəti olduqca yüksəkdir. Bu mənada, Azərbaycan mediası seçki dövründəki davranışlarını necə tənzimləməlidir? – Torpaqlarımızın işğaldan azad edilməsindən və suverenliyimizin tam bərpasından…

Ətraflı

Sumqayıtda partlayış olan mənzildə 3 mərmi tapıldı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 8-ci mikrorayon, Koroğlu küçəsində, beşmərtəbəli yaşayış binansının 3-cü mərtəbəsində yerləşən mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub. Viral.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub, aidiyyəti…

Ətraflı

Ukrayna tərəfdən təxribat gözlənilir – Belarusun müdafiə naziri

Ukrayna tərəfdən silahlı təxribatların olması ehtimalı yüksəkdir. Viral.az “BelTa”ya istinadla xəbər verir ki, bu barədə Belarusun müdafiə naziri Viktor Xrenin bildirib. Belarus dövlət başçısının hərbi təhlükəsizlik məsələlərinə dair müşavirəsində çıxış edən Xrenin Ukrayna tərəfdən silahlı təxribatların olma ehtimalının yüksək olduğunu qeyd edib.

Ətraflı

Psixiatriya Xəstəxanasında pasiyenti digər ruhi-əsəb xəstəsi döyüb?

Sosial şəbəkələrdə 1 saylı Maştağa Psixiatriya Xəstəxanasında pasiyentin döyülməsi ilə bağlı görüntülərə aydınlıq gətirilib. Viral.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyindən “qafqazinfo”ya bildirilib ki, sözügedən tibb müəssisəsində müalicə alan şəxsin xəsarətləri ilə bağlı araşdırmalar davam etdirilir. “Ona həmin tibb müəssisəsindəki digər ruhi-əsəb xəstəsi tərəfindən xəsarət yetirilməsi müəyyən edilib. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Faktla…

Ətraflı

Sumqayıtda avtomobil üç piyadanı vurdu

Sumqayıtda 3 piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Viral.az verir ki, hadisə Zülfü Hacıyev küçəsində qeydə alınıb. Belə ki, Sumqayıt şəhər sakini, 1999-cu il təvəllüdlü Əfəndi Nihat Aydın oğlu idarə etdiyi “Chevrolet” markalı avtomobillə piyadalar -1992-ci il təvəllüdlü Mirzəliyeva Günay Nazim qızını, 2013-cü il təvəllüdlü Mirzəliyeva Ayan Azər qızını və 2015-ci il təvəllüdlü…

Ətraflı

Qəbələdəki kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparılır

Qəbələdəki kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparılır. Baş Prokurorluğun Mətbuat xidmətindən Viral.az-a verilən məlumata görə, avqustun 15-də Qəbələ şəhərində yerləşən şadlıq evlərindən birində keçirilən toy mərasimində iştirak edən şəxslərdən 55-nin qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Qəbələ rayon prokurorluğunda araşdırma aparılır. Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi…

Ətraflı

Toyda 40 nəfər ZƏHƏRLƏNDİ – YENİLƏNİB

Qəbələdə baş verən zəhərlənmə hadisəsinin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Viral.az xəbər verir ki, AQTA-nın məlumatında bildirilir. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək. *** 10:09   Qəbələ rayonunda kütləvi zəhərlənmə olub. Viral.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, gecə saatlarından etibarən rayonun…

Ətraflı

Makron Ermənistana gələcək – KİV

Fransa Prezidenti Emmanuel Makron sentyabrın 21-də Ermənistana səfər edəcək. Viral.az xəbər verir ki, bu barədə məlumatı Fransadakı erməni icmasında mənbəyə istinadən “Joxovurd” yayıb.  Səfərin Ermənistanın Müstəqillik Gününə təsadüf edəcəyi qeyd olunub.  Mənbə bildirib ki, hazırda səfərin detalları müzakirə edilir.

Ətraflı