Bu rayonda qaz olmayacaq

Sabah Bakının Nəsimi rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq. Viral.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir. Məlumata görə, “Alatava” qaz paylayıcı stansiyasında (QPS) yeni quraşdırılmış kollektora “Mikrorayon 500 mm-lik” əhali qaz kəmərinin birləşdirilməsi məqsədi ilə avqustun 16-da saat 09:30-dan işlər yekunlaşanadək “Mikrorayon” ölçü qovşağından qaz təchizatı dayandırılacaq. Təmir-quraşdırma…

Ətraflı

Sertifikasiyanın müsahibə mövzuları

Müəllimlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinə aid Azərbaycan və rus bölmələri üzrə mövzular hazırlanıb.   Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən Viral.az-a bildirilib ki, müəllimlər “miq.edu.az” saytına və ya “portal.edu.az” platformasına daxil olaraq hər iki bölmə üzrə müsahibə mövzuları ilə tanış ola bilərlər.   Xatırladaq ki, müsahibə zamanı müəllimlər müvafiq komissiya tərəfindən proqram üzrə mövzunu təqdimetmə,…

Ətraflı

Vitse-prezidentliyə namizədlər debata çıxır

ABŞ-da prezidentliyə namizədlər Kamala Harris və Donald Trampın vitse-prezidentliyə namizədləri Minnesota qubernatoru Tim Volz və Ohayo senatoru Ceyms Devid Vans oktyabrın 1-də debata çıxmaqla bağlı razılığa gəliblər.   Viral.az xəbər verir ki, daha əvvəl “CBS News” namizədlərə debat üçün sentyabrın 17-si, 24-ü, oktyabrın 1-i və 18-i variantlarını irəli sürmüşdü. Tim Volz sosial media hesabında oktyabrın…

Ətraflı

COP29-la əlaqədar yeni portal

Bakıda keçiriləcək COP29 (BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası) konfransı üçün COP29 Radiospektrin idarə edilməsi portalı fəaliyyətə başlayıb.   Viral.az xəbər verir ki, bu barədə COP29-un sosial şəbəkə hesablarında məlumat verilib.   “Dünyanın hər yerindən akkreditə olunmuş iştirakçılar indi bu portal vasitəsilə öz radioelektron avadanlıqlarını qeydiyyatdan keçirə və müvəqqəti radiospektrin ayrılması üçün…

Ətraflı

Qanunsuz silahlar götürüldü

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində rayon ərazisində təyin olunmayan yerdə V.Qurbanov adlı şəxsin qanunsuz olaraq ov etdiyi müəyyən olunub.   Viral.az xəbər verir ki, saxlanılan şəxsdən 1 ədəd ov tüfəngi və qanunsuz ovladığı çöl quşları aşkarlanıb. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokol tərtib edilərək məhkəməyə göndərilib.   Bundan əlavə,…

Ətraflı

Qarabağ Universitetində yeni TƏYİNAT

Hökümətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində Macarıstanın ən nüfuzlu universiteti olan Eötvös Lorand Universitetinin Təhsil və psixologiya fakültəsinin doktorantura pilləsinə qəbul alan Orxan Abdullayev Qarabağ Universitetində Pedaqoji fakültədə assistent vəzifəsinə təyin olunub.   Viral.az xəbər verir ki, bu barədə universitetin sosial media hesabında paylaşım edilib.   Orxan Abdullayev 1995-ci ildə anadan olub. Azərbaycan Dillər Universitetində İngilis dili…

Ətraflı

Azad edilən ərazilərdə işləmək istəyənlərin nəzərinə!

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərdə nəqliyyat üzrə mütəxəssis, avtoçilingər, vulkanizatorçu vəzifələrində işləmək istəyənlər üçün sənəd qəbulu elan edir. ANAMA-dan Viral.az-a verilən məlumata görə, namizədlərin müvafiq sahədə peşə təhsili olmalıdır. ∙ müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə; ∙ şəxsiyyət vəsiqəsinin surəti; ∙ təhsilə dair təsdiqedici sənədin surəti; ∙ əmək kitabçasının surəti…

Ətraflı

Xətaidə yanğın

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunun N.Tusi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.   FHN-in mətbuat xidmətindən Viral.az-a verilən məlumata görə, əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində doqquzmərtəbəli yaşayış binasının…

Ətraflı

Məhərrəm Əliyev iranlı həmkarı ilə görüşüb

Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyev İranın bu ölkədəki səfiri Əlirza Sanei ilə görüşüb.   Viral.az xəbər verir ki, bu barədə səfirliyin “X” sosial şəbəkəsindəki hesabında bildirilib.   Görüş zamanı Azərbaycan səfiri iranlı həmkarına Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında aparılan tikinti və bərpa işləri barədə məlumat verib.   “Tərəflər ölkələrimiz arasında münasibətlərin cari vəziyyəti və perspektivlərini…

Ətraflı

ATƏT müşahidəçiləri Seçki Monitorinq Koalisiyasının üzvləri ilə görüşdülər

Avqustun 14-də ATƏT-in Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərinin Müşahidə Missiyasının uzunmüddətli müşahidəçiləri Tomas Huq və Laura Villalba ilə “Mənim səsim” Seçki Monitorinq Koalisiyasının üzvləri ilə görüş keçirilib.   Viral.az xəbər verir ki, görüşdə D. Əliyeva adına  Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri Səidə Qocamanlı, Beynəlxalq…

Ətraflı

Hatayda ZƏLZƏLƏ

Türkiyənin Hatay vilayətində yenidən zəlzələ qeydə alınıb.   Viral.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi internet səhifəsində məlumat yayılıb.   Bildirilib ki, vilayətin Altınözü rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3.5 ballıq maqnituda ilə qiymətləndirilib.   Ocağı yerin 25.6 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.   Zəlzələ Suriyada da…

Ətraflı

Bizim reklamlara baxanda o şirkətin də yerinə utanıram, o reklamı “düşünənin” də

İctimai Televiziyanın aparıcısı Nigar Sabirqızı Azərbaycanda fəaliyyət göstərən mobil operatorların reklamlarını tənqid edib. Viral.az xəbər verir ki, o, bu barədə özünün feysbuk hesabında yazıb. “Bir Türkiyənin mobil operatorlarının reklamlarına baxıram, bir də bizim mobil operatorların reklamlarına. Əgər bizimkinə reklam demək olarsa. O qədər primitivdir ki, reklam deməyə də dilim gəlmir. Elə bilirlər müğənniləri reklama çəkməklə…

Ətraflı

Şeyx Braziliyaya gedəcək

Avqustun 16-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Portuqaliyaya yola düşür. QMİ-dən Viral.az-a verilən məlumata görə, A.Paşazadə Direktorlar Şurasının üzvü olduğu KAİSİİD Beynəlxalq Dialoq və Əməkdaşlıq Mərkəzinin Lissabon şəhərindəki mənzil-qərargahında qurumun üzvləri ilə görüşəcək. Avqustun 18-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Braziliyaya səfər edəcək. Səfərdə məqsəd Braziliyanın paytaxtı Braziliya şəhərində 19-22 avqust…

Ətraflı

Qəzza Fələstin Dövlətinin ayrılmaz hissəsidir

“Xalqımız öz vətəninə sadiqdir və nəyin bahasına olursa-olsun qəsbkarları öz torpaqlarından qovacaq”. Viral.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı bildirib. Onun sözlərinə görə, oktyabrın 7-dən bəri Qəzzada 40 min insan həlak olub, 80 min yaralı və 10 min itkin var. “Buna baxmayaraq,…

Ətraflı

Baş prokuror bu rayonda qəbul keçirəcək

Prezident İlham Əliyevin tapşırığı və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğunun və hüquqlarının qorunmasının təmin edilməsi, həmçinin bu sahədə səmərəliliyin artırılması məqsədilə Baş prokuror Kamran Əliyev avqustun 20-si saat 10:00-da Xətai Rayon Prokurorluğunun inzibati binasında vətəndaş qəbulu keçirəcək. Qəbul zamanı rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid…

Ətraflı

Polis balıq ovlayan 10 nəfəri saxladı

Şabranda su anbarında qanunsuz balıq ovlayan 10 nəfər saxlanılıb. Bu barədə Viral.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. Bildirilib ki, həyata keçirilən tədbirlərlə Taxtakörpü su anbarında qanunsuz olaraq balıq ovu ilə məşğul olan 10 nəfər şəxs müəyyən olunub. Həmin şəxslərdən qanunsuz ovladıqları balıqlar və balıqovlama ləvazimatları aşkarlanıb. Faktlarla bağlı araşdırma aparılıb,…

Ətraflı

"Qarabağ" top klublar arasında bu sıradadır

Avropanın top komandalarının reytinqi açıqlanıb. Viral.az xəbər verir ki, cədvəldə Azərbaycanın dörd klubu yer alıb. 279 xala malik “Qarabağ” Avropada 59-cu pillədə qərarlaşıb. “Neftçi” 19 xalla 245-cidir. Hesabında 15 xal olan “Sabah” 270-ci yerdədir. 338-ci olan “Zirə” 6 xala malikdir. Qeyd edək ki, 400 klubun yer aldığı siyahıya “Real” başçılıq edir – 2362 xal

Ətraflı

Dohada Qəzzada atəşkəs üzrə danışıqlar başladı

Qəzzada atəşkəsin elan edilməsi ilə bağlı Qətərin paytaxtı Dohada danışıqlar başlayıb. Viral.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Dohada keçirilən danışıqlara HAMAS nümayəndələri qatılmayıb. İsrailin kəşfiyyat rəhbərinin danışıqların yeni raundu üçün amerikalı və misirli həmkarları və Qətərin baş nazirinə qatılacağı gözlənilir.

Ətraflı

“Barselona” dünya çempionunu heyətinə qatmaq istəyir

İspaniyanın “Barselona” klubu heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir. Viral.az “Fichajes” nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandasında çıxış edən Nqolo Kante ilə maraqlanır. 33 yaşlı yarımmüdafiəçinin maliyyə tələbləri çox olmasa, onunla müqavilə bağlana bilər. Qeyd edək ki, Kante ötən mövsüm klub səviyyəsində meydana çıxdığı 44 oyunda 4 qol və 6 məhsuldar…

Ətraflı

Elməddin Namazov bu agentliyə sədr müavini təyin edildi

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə yeni sədr müavini təyin edilib. Viral.az xəbər verir ki, bu vəzifə indiyə qədər BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan nümayəndəliyinin layihə meneceri işləyən Elməddin Namazova həvalə olunub. O, yeni vəzifəsində Eldar Həsənovu əvəzləyib. E.Namazov Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında aqrokimya üzrə bakalavar dərəcəsi, torpağın aqroekoloji qiymətləndirilməsi və…

Ətraflı