Ərdoğan Trampla telefon danışığı apardı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidentliyinə namizəd Donald Trampla telefon danışığı aparıb. Viral.az xəbər verir ki, Ərdoğan danışıq zamanı Trampa qarşı sui-qəsdi bir daha pisləyib və tezliklə sağalmasını arzulayıb. Türkiyə lideri Tramp sui-qəsd cəhdini demokratiyaya hücum kimi qiymətləndirib və onun proqramlarını davam etdirməsinin demokratiyanı gücləndirdiyini bildirib.

Ətraflı

DİN əməliyyat keçirdi – Kiberdələduz tutuldu

Vətəndaşların şəxsi məlumatlarını əldə edərək onları hədələməkdə şübhəli bilinən xaker saxlanılıb Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları vətəndaşların şəxsi məlumatlarını əldə edərək onları hədələməkdə şübhəli bilinən xakeri saxlayıblar.   Bu barədə Viral.az-a nazirlikdən məlumat verilib.   Bildirilib ki, Baş İdarəyə “İnstagram” sosial şəbəkəsində müxtəlif adda hesablar açaraq özünü kompüter və şəbəkə təhlükəsizliyi üzrə…

Ətraflı

Kiyev Putinə sui-qəsdi anqlosakson liderlərlə planlaşdırıb

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun müzakirə etdiyi Rusiya prezidenti Vladimir Putinə qarşı sui-qəsd, şübhəsiz ki, rəsmi Kiyevin anqlosakson liderlərin iştirakı ilə planlaşdırılıb. Viral.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib. Bundan əvvəl Kirill Budanov Ukrayna xüsusi xidmət orqanlarının Putinə qarşı sui-qəsd cəhdinin uğursuz…

Ətraflı

SOCAR 2030-cu ilədək məişətdə yanacaqdan istifadəni sıfıra endirməyə çalışacaq

SOCAR-ın dekarbonizasiya proqramı 2050-ci ilə qədər emissiyaları xalis sıfıra çatdırmağı hədəfləyir. Viral.az xəbər verir ki, bu sözləri SOCAR-ın Ətraf mühit ilə bağlı məlumatların açıqlanması və əlaqələrin idarə edilməsi departamentinin rəisi Mustafa Qurbanlı Milli Mətbuat Günü və “Əsrin müqaviləsi”nin 30 illiyi münasibətilə media nümayəndələri üçün SOCAR-ın Ekoloji parkına təşkil edilən media-tur zamanı deyib. O bildirib ki,…

Ətraflı

Daxili işlər naziri Qubada vətəndaş qəbulu və sıra baxışı KEÇİRDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyulun 17-də və 18-də Quba Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib. Viral.az xəbər verir ki, nazir əvvəlcə Quba rayonundakı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib. Sonra…

Ətraflı

ANAMA kollektivi Heydər Əliyevin məzarını ziyarət ETDİ

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) kollektivi agentliyin təsis edilməsinin 26-cı ildönümü ilə əlaqədar Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib. ANAMA-dan Viral.az-a verilən məlumata görə, qurumun yaradılmasının 26-cı ildönümü ilə əlaqədar Azərbaycan Minatəmizləmə Agentliyinin idarə heyəti və struktur bölmələrinin rəhbərləri Fəxri xiyabanda ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri…

Ətraflı

“Başqalarını müzakirə etmək sənə rahatdır” sözləri Xoşqədəmi əsəbiləşdirdi

Aparıcı Xoşqədəm Hidayətqızı verilişinə zəng edən Fatimə adlı qadına əsəbiləşib.  Viral.az xəbər verir ki, aparıcı Fatimə “Gecə başqasının maşınında kiminlə yol gedirdin? Uşaqların ola-ola. Nə gəzirdin yad, özündən yaşca kiçik uşağın maşınında nə gəzirdin” sözlərini söyləyib. Qızın “Başqalarının həyatını müzakirə etmək sənin üçün rahatdır” sözləri aparıcını özündən çıxardıb. X.Hidayətqızı “Özünə gəl. Özünü mənimlə, nə də…

Ətraflı

Uşağını rüşvətlə bağçaya yazdırmaq istəyən valideynlərə çağırış EDİLDİ

Qeyri-qanuni yolla bağçaya yazdırılan uşaqların adı sistemdə görünmür. Viral.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsil şöbəsinin müdiri İlahə Rəsulova deyib. O bildirib ki, bununla bağlı mütəmadi monitorinqlər aparılır və bu cür hallara yol verən müəssisə rəhbərləri ilə bağlı qanuni tədbirlər görülür (apa).

Ətraflı

Nizaməddin Quliyevin əmlakı satışa çıxarılacaq

Ağstafanın həbsdə vəfat etmiş sabiq icra başçısı Nizaməddin Quliyevin müsadirə edilmiş əmlaklarını geri qaytarmaq uğrunda mübarizə başa çatıb. Viral.az “qafqazinfo”ya istinadla xəbər verir ki, bu gün Ali Məhkəmə məsələ ilə bağlı yekun qərar verib. N.Quliyevin hüquqi varisi qismində tanınmış qardaşı 600 min manatlıq əmlakın müsadirədən azad edilməsini istəyirdi. Yüksək instansiya məhkəməsi isə hüquqi varisin istəyini əsaslı hesab…

Ətraflı

“Linkoln” – “Qarabağ” görüşünü bu hakimlər idarə edəcək

“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində səfərdə “Linkoln”a (Cəbəllütariq) qarşı keçirəcəyi oyunun hakim təyinatı açıqlanıb. Viral.az UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, qarşılaşmanı macarıstanlı FIFA referisi İştvan Vad idarə edəcək. Vencel Tot və İştvan Albert köməkçi hakim funksiyasını yerinə yetirəcəklər. Bence Şonka isə dördüncü hakim kimi fəaliyyət göstərəcək. Qeyd edək ki, “Linkoln” – “Qarabağ”…

Ətraflı

Afaq Bəşirqızının Fatma Mahmudovaya verdiyi hədiyyə – Foto

Xalq artisti Fatma Mahmudova həmkarı Afaq Bəşirqızının ona bağışladığı paltardan danışıb.  Viral.az xəbər verir ki, aktrisa həmin qara geyimdə “Elgizlə izlə” proqramına qatılıb. F.Mahmudova əvvəlcə geyimi ona kimin verdiyini açıqlamaq istəməyib. O, daha sonra aparıcı Elgiz Əkbərin hədiyyəni verən şəxsin Afaq Bəşirqızı olduğunu dediyi sözləri təsdiqləyib: “Kiminsə əynindən çıxan paltarı geyinmərəm. Hətta kiməsə verdiyim paltarımı…

Ətraflı

Emin Əmrullayev İsveçrə səfiri ilə görüşdü

İyulun 18-də elm və təhsil naziri Emin Əmrullayev İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tomas Steyli ilə görüşüb. Bu barədə Viral.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş zamanı iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti, perspektivləri müzakirə edilib.

Ətraflı

31 il sonra kimliyi bilinən şəhid dəfn edildi

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və 31 il sonra şəxsiyyəti müəyyənləşdirilən daşkəsənli şəhid Akif Abbasov dəfn olunub. Viral.az xəbər verir ki, Daşkəsən rayonunun Əhmədli kənd sakini şəhid Abbasov Akif İlyas oğlu Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Şəhidin dəfn mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi…

Ətraflı

Magistraturaya qəbul olunanların qeydiyyat müddəti UZADILDI

Magistraturaya qəbul olunanların qeydiyyat müddəti uzadılıb. Bu barədə Viral.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Magistraturaya qəbul olmuş şəxslər iyulun 22-si saat 18:00‑dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün bakalavrlar göstərilən vaxtadək https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməli və təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi,…

Ətraflı

“Real”dan çılğın həmlə –  Mbappedən sonra Haaland gəlir

“Real Madrid” transfer dastanına çevrilən Kilian Mbappeni heyətinə qatandan sonra yeni hədəfini müəyyən edib. Viral.az xəbər verir ki, “Real”ın növbəti hədəfinin Erlinq Haaland olduğu irəli sürülür. Xarici KİV-lərin iddiasına görə, növbəti seçkilərdə namizəd olacağı deyilən prezident Florentino Peresin əsas hədəfi Halaanddır. Hazırda Premyer Liqa nəhəngi “Mançester Siti”də çıxış edən Haalandın gələn mövsüm “Real”da oynaya biləcəyi…

Ətraflı

Neft Fondu zərərdən mənfəətə keçdi

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2023-cü ili 8 milyard 102,789 milyon manat xalis mənfəətlə başa vurub. Bu barədə Viral.az ARDNF-in auditor hesabatına istinadən xəbər verir. Fond 2022-ci ildən 5 milyard 240,044 milyon manat xalis zərərlə çıxmışdı. Ötən il ARDNF-in effektiv faiz dərəcəsi metodu ilə hesablanmış faiz gəlirləri 176,248 milyon manat (əvvəlki ilə nisbətən 2,5 dəfə çox), istiqraz investisiyaları üzrə gəliri 3 milyard 045,023 milyon manat (əvvəlki…

Ətraflı

Daha bir yerdə qiymət ARTIMI – FOTO

Bakı Zooloji Parkında biletin qiymət bahalaşıb. Viral.az xəbər verir ki, əvvəllər böyüklər üçün 5 manat olan bilet artıq 7 manata satılır. Uşaqlar üçün biletin qiyməti isə dəyişməz qalıb: 2 manat. Bakı Zooloji Parkını ziyarət etmək istəyən xarici ölkə vətəndaşları isə bilet üçün 15 manat ödəməlidirlər. // bakupost.az

Ətraflı