Türkiyədə ZƏLZƏLƏ

Türkiyənin Denizli vilayətində yenidən zəlzələ qeydə alınıb.   Viral.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi internet səhifəsində məlumat yayılıb.   Bildirilib ki, vilayətin Çal rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3.3 ballıq maqnituda ilə qiymətləndirilib.   Ocağı yerin 12.2 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

Ətraflı

Ərdoğan 18 il sonra yenidən CHP QƏRARGAHINDA

Bu gün Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan ana müxalifət mövqeyindəki Cümhuriyyət Xalq Partiyasının (CHP) qərargahına baş çəkəcək, bu partiyanın sədri Özgür Özellə görüşəcək.   Viral.az xəbər verir ki, bu, sonuncu bələdiyyə seçkilərindən sonra başladılan normallaşma (yumşalma) prosesi çərçivəsində liderlərin ikinci görüşüdür.   Bir müddət əvvəl CHP sədri AKP qərargahında olmuş,…

Ətraflı

Zelenskinin Almaniyaya səfərinin DETALLARI

Ukrayna prezidenti Volodimir Zelenski Ukraynanın bərpasına dair beynəlxalq konfransda iştirak etmək üçün Almaniyaya səfər edib.   Viral.az xəbər verir ki, bunu “Bild” yazıb.   Zelenski Almaniya kansleri Olaf Şoltsla birgə konfransı açdıqdan sonra Bundestaqda çıxış etmək, Almaniya prezidenti Frank-Valter Ştaynmayer və Bundestaqın sədri Barbel Bas ilə görüşlər keçirmək niyyətindədir.   Yenidənqurma konfransı Ukraynaya həsr olunmuş sammitlər silsiləsinin…

Ətraflı

Akşener Ankarada özünə ofis açır

Türkiyədə İYİ Partiyanın sabiq sədri, keçmiş daxili işlər naziri Meral Akşener paytaxt Ankara şəhərində ofis kirayələyib.   Viral.az xəbər verir ki, bunu tanınmış jurnalist İsmail Saymaz açıqlayıb.   Onun sözlərinə görə, siyasətçi Ankaranın Çankaya rayonunda Türkiyə Böyük Millət Məclisinə çox yaxın məsafədə yerləşən binanın (Cinnah prospekti 57) ikinci mərtəbəsində ofis tutub. Jurnalist artıq daşınma işlərinin başladığını…

Ətraflı

Makron istefa verə bilər

Emmanuel Makron partiyasının Avropa Parlamenti seçkilərindəki uğursuzluğu fonunda Fransa prezidenti postundan istefa verə bilər.   Viral.az xəbər verir ki, bu barədə “Europe 1” Makrona yaxın mənbələrə istinadən məlumat yayıb.   Məlumata görə, Fransa prezidenti və onun ətrafı bu variantı ciddi şəkildə müzakirə edir ki, öz partiyasının seçkilərdə şanslarını “dramatizasiya” yolu ilə artırsın və “cəsarətli qərar qəbul etdiyini göstərsin”.  …

Ətraflı

Gürcüstanda rusiyayönümlü iki siyasi qüvvə parlament seçkilərinə birgə qatılacaq

Gürcüstanda rusiyayönümlü ultra-mühafizəkar “Al-info” hərəkatı parlament seçkilərində daha bir rusiyayönümlü birliyin – Vətənpərvərlər Alyansının partiya siyahıları üzrə iştirak edəcəyini açıqlayıb.   Viral.az xəbər verir ki, bu barədə “Netgazeti” yazıb.   “Hüquqi baxımdan bu, parlament partiyasıdır, heç nə, hətta imza toplanmasına da ehtiyac yoxdur”, – deyə “Al-info”nun liderlərindən biri olan Zurab Maxaradze bildirib.   Onun sözlərinə görə, “Al-info”…

Ətraflı

Mirzoyan Blinkenin müavini ilə danışıqlar apardı

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms Obrayn ilə görüş keçirib.   Viral.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.   Görüş Obraynın İrəvana səfəri çərçivəsində baş tutub.   Bu gün Ermənistan və ABŞ arasında Strateji Dialoqun yekun görüşü baş tutacaq.

Ətraflı

Fidanla Narışkin Bakı-İrəvan sülh danışıqlarını müzakirə ediblər

Moskvada Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Narışkin və Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Fidan İrəvanla Bakı arasında sülhün bağlanması ilə bağlı vəziyyəti müzakirə ediblər.   Viral.az xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb.   Fidan Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə də analoji danışıqlar aparmışdı.   Gündəliyə Ukraynada nizamlanma, Qəzza zolağındakı vəziyyət və Suriya məsələləri…

Ətraflı

Ukrayna və Almaniya birgə hərbi istehsala BAŞLAYIR

Ukraynada “Ukroboronprom” və Almaniyanın “Rheinmetall” konserninin ilk birgə istehsal sahəsi açılıb.   Viral.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin deyib.   Onun sözlərinə görə, söhbət zirehli texnikanın təmiri və istehsalı sexindən gedir. Bu, tərəfdaşlar tərəfindən bağışlanan avadanlıqların daha tez təmir olunmasına imkan verəcək.   Nazir əlavə edib ki, gələcəkdə orada…

Ətraflı

Rusiyanın Ukraynadakı itkiləri 520 mini ötdü

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1100 hərbçisini itirib.   Viral.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.   Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 520 850 nəfərə çatıb.   Həmçinin son sutka ərzində Rusiyaya məxsus 23 tank, 32 zirehli döyüş maşını, 46 artilleriya sistemi Ukrayna…

Ətraflı

Paşinyan Balasanyanın təkliflərini RƏDD EDİB

“Mən Azərbaycanla 2022-ci ilin sonuna qədər danışıqlar apardım: mənim danışıqlarım zamanı onlar heç nə tələb etməyiblər”. Viral.az xəbər verir ki, bunu Qarabağdan qovulmuş separatçıların qondarma “təhlükəsizlik şurasının keçmiş katibi” Vitali Balasanyan İrəvanın Baqramyan prospektində jurnalistlərə bildirib. O qeyd edib ki, indi onların Azərbaycanla heç bir əlaqəsi yoxdur, əlaqəni Ermənistan hakimiyyətinin siyasi hakimiyyətinin başçısı saxlamalıdır. V.Balasanyan…

Ətraflı

Rusiya öz səfirini İrəvana QAYTARDI

Bir müddət əvvəl məsləhətləşmələr üçün Moskvaya çağırılan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin artıq İrəvana qayıdıb. Viral.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RİA Novosti ilə söhbətində bildirib. Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti Kopirkinin mayın 24-də məsləhətləşmələr üçün Moskvaya çağırıldığını bildirib. Ermənistan Xarici İşlər Nazirliyi bu qərarı…

Ətraflı

Erməni katalikos Roma Papası ilə görüşə gedir

Böyük Kilikiya Evinin katolikosu I Aram Roma Papası Fransisk ilə görüşəcək. Viral.az xəbər verir ki, məlumatı katolikosluğun mətbuat xidməti yayıb. Qeyd olunur ki, I Aram iyunun 11-də Vatikana bir günlük səfərə yola düşəcək. Roma Papası ilə görüşdən sonra Vatikanın xarici işlər naziri, kilsələrarası əlaqələr şöbəsinin rəhbəri və Şərqi katolik kilsələri departamentinin rəhbəri ilə görüş də…

Ətraflı

Rusiyada qırıcı qəzası – Pilotlar öldü 

Şimali Osetiyanın dağlıq ərazisində Rusiya Aerokosmik Qüvvələrinə məxsus Su-34 təyyarəsi planlı təlim uçuşu zamanı qəzaya uğrayıb. Viral.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qəza nəticəsində ekipaj üzvlərinin öldüyü bildirilir. Qəzanın ilkin səbəbinin texniki nasazlıq olduğu qeyd edilir. “Təyyarə boş əraziyə düşüb. Yerdə dağıntı yoxdur”, – deyə Nazirlik əlavə edib.

Ətraflı

Çində 5 bal gücündə ZƏLZƏLƏ

Çinin şimal-qərbində yerləşən Sincan-Uyğur Muxtar Bölgəsində 5 bal gücündə zəlzələ baş verib.   Viral.az xəbər verir , bu barədə Çin Seysmoloji Mərkəzi məlumat yayıb.   Zəlzələnin ocağı Bayan-Göl-Monqolustan ərazisinə, 20 km dərinlikdə yerləşib.   Çin vətəndaşlarının xəsarət almadığı qeyd edilir.

Ətraflı

İsrailə 19 mindən çox raket atılıb

Qəzza zolağında qarşıdurma başlayandan bəri İsrailə 19 mindən çox raket atılıb.   Viral.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.   Onların əksəriyyətinin Qəzza zolağından buraxıldığı, lakin son vaxtlar Livandan atılan raketlərin sayının artdığı qeyd edilir.   “Söhbət yalnız İsrailin hava məkanına daxil olan raketlərdən gedir. Belə ki, İsrail ərazisinə çatmayan raketlər nəzərə…

Ətraflı

Rusiya səfiri İrəvana qayıtdı

Məsləhətləşmələr üçün Moskvaya çağırılan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin İrəvana qayıdıb.   Viral.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin məlumat verib.   “Sergey Pavloviç məsləhətləşmələrdə iştirak edib və bildiyimə görə, o, artıq İrəvandadır”, – Qaluzin “RİA Novosti”yə açıqlamasında bildirib.   Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi ötən ay səfirin məsləhətləşmələr…

Ətraflı

Parlament Paşinyan hökumətinin istefasına baxacaq

Ermənistan parlamentinin sədri Alen Simonyan iyunun 17-də növbədənkənar iclasın çağırılması barədə göstəriş verib. Viral.az xəbər verir ki, qərar Ermənistan parlamentinin saytında dərc olunub. İclasın gündəliyinə Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin istefası və yeni nazirlər kabinetinin formalaşdırılmasının zəruriliyi ilə bağlı layihə daxil ediləcək.

Ətraflı

Malavinin vitse-prezidentinin təyyarəsi yoxa çıxdı

Malavinin vitse-prezidenti Saulos Çilimanı daşıyan təyyarə Liloneqvedən havaya qalxdıqdan sonra radarlardan itib.  . Viral.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.   Təyyarədə daha doqquz nəfərin olduğu bildirilir.   Malavi Yayım Korporasiyasının məlumatına görə, təyyarə paytaxt hava limanından havaya qalxıb və ölkənin şimalındakı Mzuzu hava limanına enməli idi.   Dispetçerlər təyyarə ilə əlaqə yarada bilməyiblər….

Ətraflı

Ərdoğan İspaniyaya gedəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 12-də İspaniyaya səfəri gözlənilir.   Viral.az xəbər verir ki, iki gün davam edəcək səfər çərçivəsində Prezident Ərdoğanın VIII Türkiyə-İspaniya Hökumətlərarası Zirvə toplantısında və İspaniya-Türkiyə biznes forumunda iştirakı nəzərdə tutulur.   İspaniyanın Baş naziri Pedro Sançesin də iştirak edəcəyi və paytaxt Madriddə keçiriləcək forumun məqsədi ticarət, yaşıl transformasiya, enerji, infrastruktur və…

Ətraflı

Afrika taununa yoluxmuş donuz cəmdəkləri AŞKARLANDI

Prut çayındakı adada Afrika taununa yoluxmuş donuz cəsədlərinin yığını aşkar edilib.   Viral.az xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.   Yerli mətbuata müsahibə verən ekspertlər hesab edirlər ki, qalıqları su ilə adaya aparmaq mümkün deyil və bu, insanların işidir.   Ərazi bağlanıb və karantin zonası elan edilib. Cəmdəklər məhv edilərək dezinfeksiya edilib.

Ətraflı