Rusiyada teleqülləni ildırım vurub

Ötən gecə Moskvada ildırımla müşayiət olunan güclü leysan zamanı Ostanskino televiziya qülləsini ildırım vurub.   Viral.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ildırımvurma nəticəsində qüllənin yuxarı hissəsi deformasiyaya uğrayıb.   Lakin bunun qeyri-adi hadisə olmadığı vurğulanıb. Qeyd edilib ki, təkcə 28 iyun 2022-ci ildə qülləni 22 dəfə ildırım vurub.

Ətraflı

Trampın silah lisenziyası ləğv edilir

Nyu-York Polis Departamenti ABŞ-ın keçmiş prezidenti Donald Trampın silah lisenziyasını ləğv etməyə hazırlaşır.   Viral.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.   Qeyd edilib ki, lisenziya hələ 2023-cü ilin aprelində Trampa qarşı cinayət işi açıldıqdan sonra dayandırılıb. Üç silahdan ikisi polisə təhvil verilib, üçüncüsü isə qanuni olaraq Floridaya aparılıb.  …

Ətraflı

Putin nüvə müharibəsindən danışdı – 81 mərtəbəli binadan Qərbə sərt MESAJ

Rusiya Prezidenti Vladimir Putin Ukraynada müharibənin başlamasından bu yana beynəlxalq xəbər agentliklərinin yüksək səviyyəli redaktorları ilə ilk dəfə təkbətək görüş keçirib.  Viral.az-ın məlumatına görə, o, yeni tikilən 81 mərtəbəli “Qazprom” qülləsində üç saatdan çox jurnalistlərin suallarını cavablandırıb. Putin Qəzzadakı müharibədən tutmuş ABŞ-da keçiriləcək seçkilərə qədər bir çox mövzulara toxunub. O, Qərbin Rusiyanın heç vaxt nüvə silahından istifadə etməyəcəyini…

Ətraflı

Qatarlar toqquşdu – 4 nəfər öldü

Çexiyanın Padrubitse şəhəri yaxınlığında yük və sərnişin qatarları toqquşub.   Viral.az xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, onlarla insan xəsarət alıb. Hadisə yerinə çox sayda xilasedici və texnika cəlb olunub. Onlar dəmir yolunda hərəkəti bərpa etməyə çalışırlar.

Ətraflı

Fransa BMT TŞ-nin iclasını çağırdı

Fransa BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı iyunun 7-də iclasının keçirilməsini tələb edib.   Viral.az “TASS”a istinadən xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının Ukrayna mövzuları üzrə iclası iyunun 7-də Fransanın tələbi ilə keçiriləcək.   Bildirilib ki, iclasın əsas mövzusu humanitar məsələlər olacaq:   “BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin məruzəçi qismində çıxış etməsi planlaşdırılır”.

Ətraflı

Özbəkistan Prezidenti Türkiyədə səfərdədir

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyədə rəsmi səfərdədir.   Viral.az xəbər verir ki, Özbəkistan Prezidentinin təyyarəsi axşam saatlarında Ankaranın Esenboğa hava limanına enib.   Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutan səfərlə iki ölkə arasında yüksək səviyyəli strateji əlaqələrin daha da möhkəmlənəcəyi gözlənilir.   Türkiyə ilə Özbəkistan arasında ticarət əlaqələri sürətli inkişaf tempi ilə…

Ətraflı

Ermənistan və Bolqarıstan arasında hərbi müzakirə

Ermənistanın müdafiə naziri Suren Papikyan Bolqarıstana səfəri zamanı həmkarı Atanas Zapryanovla görüşüb, hərbi sahədə əməkdaşlıq məsələlərini müzakirə edib.   Viral.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.   “Bugünkü danışıqlar zamanı nazirlər hərbi-texniki sahədə əməkdaşlıq imkanlarından danışıb, NATO və digər çoxtərəfli platformalar çərçivəsində qarşılıqlı fəaliyyətin inkişaf perspektivlərinə toxunublar”, – məlumatda deyilir.

Ətraflı

Rusiya 61 ukraynalı hərbi əsiri edam edib

Genişmiqyaslı müharibə zamanı ruslar azı 61 ukraynalı hərbi əsiri edam ediblər.  Viral.az xəbər verir ki, bu barədə Ukraynanın baş prokuroru Andrey Kostin açıqlayıb.  Onun sözlərinə görə, bütün ukraynalı əsgərlər rus əsirliyində işgəncələrə məruz qalırlar. Onlar qeyri-insani şəraitdə saxlanılır, ac qalır, tibbi yardımdan məhrum edilirlər. Bundan əlavə, hərbi əsirlər ukraynaca danışdıqlarına görə döyülür və digər fiziki…

Ətraflı

ABŞ səfirliyi atəşə tutuldu

ABŞ-ın Beyrutdakı səfirliyi atəşə tutulub.   Viral.az-ın məlumatına görə, bu barədə Livan ordusu məlumat yayıb   Hadisə bu gün səhər saatlarında baş verib.   Livan ordusu cavab atəşi açıb. Hücum edən şəxs yaralanıb.   Hadisə ilə bağlı araşdırma aparılır.

Ətraflı

Türkiyədə antiterror əməliyyatı keçirilib – 3 terrorçu öldürüldü

Türkiyənin Van əyalətinin Başkale rayonu ətrafında separatçı terror qruplaşmasına qarşı “Bozdoğan – 41” antiterror əməliyyatı keçirilib.   Viral.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.   Onun sözlərinə görə, jandarma qüvvələri tərəfindən “Bozdoğan-41” antiterror əməliyyatı nəticəsində üç terrorçu öldürülüb.

Ətraflı

Papikyan Bolqarıstana getdi

Ermənistan müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstana işgüzar səfərə gedib.   Viral.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyindən məlumat verilib.   Səfərlə bağlı əlavə məlumat verilməyib.

Ətraflı

Bacısı oğlunu nazir təyin etdi

Çeçenistan rəhbəri Ramzan Kadırovun bacısı oğlu Adam Çerxiqov muxtar bölgənin nəqliyyat, rabitə və rəqəmsal inkişaf naziri təyin edilib.   Viral.az xəbər verir ki, bu barədə Kadırov özünün teleqram kanalında yazıb.   “Çeçenistan Respublikasının Nazirlər Kabinetində və hökumətində kiçik kadr və struktur dəyişiklikləri edilib. Adam Çerxiqov Ramzan Çerxiqov əvəzinə Çeçenistan Respublikasının nəqliyyat, rabitə və rəqəmsal inkişaf naziri…

Ətraflı

Sloveniya Fələstinin müstəqilliyini tanıdı

Sloveniya parlamenti Fələstinin müstəqilliyini tanıyıb.   Viral.az məlumatına görə, bu barədə Sloveniyanın “RTVSLO” televiziya və radio şirkəti xəbər verib.   Məlumata əsasən, hakim koalisiyadan iştirak edən 53 deputatdan 52-si Fələstin dövlətinin müstəqilliyinin tanınmasının lehinə çıxış edib. İclasda müxalifət nümayəndələri iştirak etməyiblər.   Sloveniya BMT-nin 147-ci dövləti və Fələstini tanıyan onuncu Avropa İttifaqı ölkəsi oldu.  …

Ətraflı

Qəzza ilə bağlı danışıqların bərpası müzakirə ediləcək

Misir, Qətər və ABŞ nümayəndələri iyunun 5-də Qəzza zolağında atəşkəslə bağlı danışıqların bərpası yollarını müzakirə edəcəklər.   Viral.az xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.   Məlumata görə, Dohada keçiriləcək iclasda Misiri təhlükəsizlik qüvvələrinin rəhbərləri təmsil edəcək.   Nümayəndə heyətlərinin tərkibi ilə bağlı əlavə məlumat hələlik verilməyib.

Ətraflı

Meksikadan gələn miqrantlara sığınacaq verilməyəcək

ABŞ Prezidenti Co Bayden Meksikadan ABŞ-a qanunsuz keçən miqrantlara sığınacaq verilməsini qadağan edən əmr imzalayıb.   Viral.az xəbər verir ki, qanunsuz miqrantlara sığınacaqların verilməsi ilə bağlı yeni tədbirlər müvəqqəti xarakter daşıyır. Bildirilir ki, tədbirlər sərhədi keçənlərin sayı əhəmiyyətli dərəcədə azaldıqdan sonra ləğv ediləcək.   Yeni əmr səlahiyyətli şəxslərə sayları müəyyən olunmuş həddi keçdikdən sonra qanunsuz miqrantları…

Ətraflı

Rusiyada güclü zəlzələ oldu

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) mütəxəssisləri İrkutsk vilayətində 4,8 bal gücündə zəlzələ qeydə alıblar. Viral.az “TASS”a istinadən xəbər verir ki, mərkəzin məlumatına görə, zəlzələ iyunun 5-də yerli vaxtla saat 01:53-də 10 km dərinlikdə baş verib. Seysmik hadisənin episentri Trans-Baykal ərazisi ilə İrkutsk vilayətinin sərhəddində, Çitadan təxminən 700 km və İrkutskdan 1000 km məsafədə yerləşib.

Ətraflı

Mədən çökdü, 30 nəfər dağıntılar altında qaldı 

Nigeriyanın mərkəzində yeraltı qızıl mədəni çöküb. Nəticədə azı 30 şaxtaçı dağıntılar altında sıxışaraq qalıb.   Viral.az xəbər verir ki, bu barədə Nigeriyanın Dövlət Fövqəladə Hallar İdarəsi məlumat yayıb.   Məlumata görə, hadisə rayonun Qalkoqo kəndindəki yeraltı qızıl mədənində yağışın torpağı yumasından sonra baş verib. Altı mədənçi ağır yaralanıb, lakin təxliyə edilib. Qalan mədənçilərin xilasetmə işləri davam…

Ətraflı

Ermənistan Azərbaycanın sülh təkliflərinə CAVAB VERDİ 

Ermənistan Azərbaycanın sülh müqaviləsi layihəsi ilə bağlı son təkliflərinə cavab verib.   Viral.az xəbər verir ki, bu barəd Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.   Aprelin 26-da Ermənistanın Azərbaycandan sülh müqaviləsi layihəsi ilə bağlı yeni təkliflər paketi aldığı barədə məlumat yayılıb.   Bundan əvvəl aprelin 8-də İrəvan Bakının saziş layihəsi ilə bağlı 8-ci…

Ətraflı

Ukrayna üçün 1000 ədəd PUA

Böyük Britaniya Kiyevə dəstək olan beynəlxalq koalisiyanın bir hissəsi kimi Ukraynaya 1000 PUA (pilotsuz uçuş aparatı) göndərməyi planlaşdırır.   Viral.az “Telegraph” saytına istinadla xəbər verir ki, Birləşmiş Krallıq zireh məhv edici döyüş sursatları ilə təchiz oluna bilən PUA-ların tədarükü üçün 300 min funt sterlinq dəyərində tender elan edib. Bildirilib ki, pilotsuz aparatlar pərvanələrinin ölçüsündən asılı olaraq…

Ətraflı