İnsan beyni ilə idarə olunan robot hazırlandı

Çində baş tutan innovativ layihə beyin-kompüter interfeysləri və süni intellekt texnologiyalarının birləşməsi ilə hazırlanıb. Viral.az xəbər verir ki, layihə çərçivəsində laboratoriyada yetişdirilən insan beyni hüceyrələri xüsusi hazırlanmış çipdə böyüdülərək robotun hərəkətlərini idarə etmək üçün öyrədilib. Araşdırma qrupunun rəhbəri doktor Con Smit bildirib ki, bu texnologiya təkcə robototexnika sahəsində deyil, həm də nevroloji xəstəliklərin müalicəsində inqilab yarada…

Ətraflı

MİQ imtahanları BAŞLADI

İyulun 2-dən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə başlanılır. Bu barədə Viral.az-a Təhsil İnstitutundan bildirilib. Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər. Qeyd edək ki, müsabiqənin test imtahanı mərhələsinə ümumilikdə 61 minə yaxın namizəd dəvət olunub. İmtahanlar iyulun 10-dək davam edəcək.

Ətraflı

Bu sadə vərdişlər ömrü uzadır

Sadəcə bir neçə sadə vərdiş həyatınızı əhəmiyyətli dərəcədə uzadacaq və sizi xəstəliklərdən qoruyacaq. Viral.az lent.az-a istinadən xəbər verir ki, bir çox insanın qocalma və uzunömürlülük haqqında dərin yanlış təsəvvürləri var. Müasir tibb ilk növbədə artıq inkişaf etmiş xəstəlikləri müalicə edir, lakin bu yanaşma əhəmiyyətli zərərin qarşısını almaq üçün çox gec olur. Fiziki fəaliyyət Məşq ömrünüzü…

Ətraflı

İsti havalarda bu 3 qaydaya əməl etməyənlər təhlükəli xəstəliklərlə üzləşirlər

Yay aylarında günəşdən qorunmağa çalışmaqla məsələ bitmir. Yay mövsümünü sağlam keçirə bilmək üçün daha bir neçə qaydaya əməl etmək lazımdır. Viral.az medicina-ya istinadən xəbər verir ki, məşhur dermatoloq Dr. Lindsi Zubritski yay mövüsümü ilə bağlı mühüm məsləhətlərini bölüşüb. O, isti havalarda mütləq aşağıdakı 3 qaydaya əməl etməyi məsləhət görüb: 1. Hovuzun kənarında ayaqyalın gəzməmək “Hovuzlarda,…

Ətraflı

Yayda müşahidə olunan öskürəyə qarşı ən təsirli vasitə: 1 qaşığı kifayətdir!

Yayda müşahidə olunan öskürək bəzən qış öskürəyindən daha inadkar ola bilər. Davamlı yay öskürəyinə çarə axtaranlar şam qozasının şərbətini sınaqdan keçirə bilərlər. Viral.az medicina-ya istinadən xəbər verir ki, pandemiya dövründə məşhurlaşan şam ağacı siropu immuniteti qoruyur. Bu sirop quru öskürəyi ən tez dayandıran təbii vasitələrdən biri hesab edilir. Həm uşaqlarda, həm də böyüklərdə öskürəyə qarşı…

Ətraflı

Çin Mars və Yupiterə missiyalara başlayacaq

Yaxın illərdə Çin Mars (Tyanven-3) və Yupiterə (Tyanven-4) missiyaları həyata keçirməyi planlaşdırır. Viral.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə “China Daily” qəzeti məlumat yayıb. “Tianven-3” missiyası Marsın səthinə yumşaq eniş etməyi, Mars torpağından nümunələr toplayaraq Yerə göndərməyi planlaşdırır. Missiyanın 2030-cu ildə işə salınması planlaşdırılır. Təxminən eyni vaxtda Yupiter sistemini öyrənmək üçün nəzərdə tutulmuş “Tianven-4” avtomatik planetlərarası…

Ətraflı

İspaniyada iş saatının azalmasının zərəri açıqlandı

İş həftəsinin qısalması ilə əlaqədar İspaniya müəssisələri ciddi itkilərlə üzləşirlər.  Viral.az lenta.ru-ya istinadən xəbər verir ki, Avropa ölkəsinin itkiləri kiçik və orta sahibkarlıq milli təşkilatının (Cepyme) tədqiqat şöbəsi tərəfindən qiymətləndirilib. İş saatının həftədə 40 saatdan 37,5 saata endirilməsi üçün təxminən 42,4 milyard avro itki ilə nəticələnəcək. “Bu rəqəm artıq işlənməyəcək, lakin ödənilməyə davam edəcək iş saatları üçün təxminən…

Ətraflı

ABŞ məhkəməsi Trampın toxunulmazlıq hüququnu tanıdı

İyulun 1-də ABŞ Ali Məhkəməsi keçmiş Amerika lideri və prezidentliyə namizəd Donald Trampın cinayət təqibindən qismən toxunulmazlıq hüququnu tanıyıb. Viral.az “Reuters”ə istinadən xəbər verir ki, altıya qarşı üç səslə qəbul edilən qərarda Trampın dövlət başçısı kimi rəsmi hərəkətlərinə görə cavabdeh ola bilməyəcəyinə dair qərar verilib, lakin onun şəxsi hərəkətlərinə görə mümkün məsuliyyətinə toxunulmayıb. “Prezidentin əsas…

Ətraflı

Putinin köməkçisinin oğlunun ölümü ilə bağlı TƏFƏRRÜATLAR

Rusiya prezidentinin köməkçisi Dmitri Kalimulinin 18 yaşlı oğlu Aleksandr yuxuda ölüb Viral.az lenta.ru-ya istinadən xəbər verir ki, Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquq fakültəsinin birinci kurs tələbəsinin ölümü ilə bağlı təfərrüatları onun anası Natalya Kalimulina müsahibəsində açıqlayıb. Qadının sözlərinə görə, gəncin ölüm səbəbi hələlik məlum deyil. Valideynlər özləri də başa düşmürlər ki, oğullarının ürək dayanmasına nə səbəb ola bilərdi. “Biz yalnız ölüm…

Ətraflı

Müxalifət baş nazirin Nurməhəmmədovla görüşünə görə qəzəbləndi

Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Tbilisi meri Kaxa Kaladzenin Kölndə keçmiş yüngül çəkidə “UFC” çempionu Həbib Nurməhəmmədovla görüşü gürcü müxalifətini qəzəbləndirib. Viral.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə “Vzqlyad” qəzeti məlumat yayıb. Müxalif Vahid Milli Hərəkat Partiyasının baş katibinin müavini İrakli Pavlenişvilinin sözlərinə görə, rusiyalı idmançı ilə görüş Beynəlxalq arenada Gürcüstanı rüsvay edir. O, həmçinin hakim partiyanı “rusiyapərəst” və “əsl banda”…

Ətraflı

Kainatda kəşf edilən üç sirli OBYEKT

Beynəlxalq alimlər qrupu, Böyük Partlayışdan təxminən 600-800 milyon il sonra, Kainatın sübh çağında üç sirli qırmızı obyekt aşkar ediblər. Viral.az lenta.ru-ya istinadən xəbər verir ki, qalaktikaların mənşəyi və təkamülü ilə bağlı ənənəvi fikirləri alt-üst edən kəşf, “Astrophysical Journal Letters”də dərc olunan məqalədə bildirilir. “James Webb” Kosmik Teleskopundan aparılmış spektral müşahidələr göstərdi ki, qeyri-adi sıx qalaktikalar olan bu cisimlər…

Ətraflı

Co Baydenin həyat yoldaşı “Vogue” jurnalı üçün poz verdi

ABŞ-ın birinci xanımı Cil Bayden rəsmi “Vogue” jurnalının yeni sayının üz qabığında dərc edilib. Viral.az xəbər verir ki, bu barədə nəşrin saytında məlumat paylaşılıb. ABŞ prezidenti Co Baydenin həyat yoldaşı ağ uzun pencəkdə poz verib. Məlumdur ki, geyim dəbdəbəli brend Ralph Lauren kolleksiyasının bir hissəsidir. Qapağı kanadalı fotoqraf Norman Jean Roy hazırlayıb. “Vogue” jurnalına verdiyi müsahibədə xanım…

Ətraflı

Psixoloq xəyanətin gizli səbəblərini AÇIQLADI

“İnsanlar bir çox səbəblərə görə, məsələn, diqqəti cəlb etmək üçün xəyanət edirlər”. Viral.az xəbər verir ki. bu sözləri klinik-psixoloq Marqarita Alekseeva “lenta.ru”ya verdiyi açıqlamada xəyanətin gizli motivlərindən danişarkən qeyd edib. Psixoloqun fikrincə, insan aldatma yolu ilə tərəfdaşının diqqətini cəlb etməyə cəhd edə bilər. Bu, sevdiyi adamın işə, uşaqlarına və ya dostlarına olan ehtirası səbəbindən diqqəti…

Ətraflı

Litva kaset silahları haqqında Konvensiyadan çıxır

Litva prezidenti Gitanas Nauseda ölkənin kasetli sursatlar haqqında Konvensiyadan çıxmasını dəstəkləyib. Viral.az “İzvestiya”ya istinadən xəbər verir ki, bu barədə iyulun 1-də dövlət başçısının müşaviri Ridas YasyulEnis məlumat verib. Jasyulionis onu da qeyd edib ki, Nauseda Litva ordusunu gücləndirməyə çalışır və hesab edir ki, bütün vasitələrdən, o cümlədən kasetli sursatlardan dövləti qorumaq üçün istifadə edilməlidir. Qeyd…

Ətraflı

Blinkendən Bakı və İrəvana MESAJ: “Sülh mümkündür”

Vaşinqton administrasiyası hesab edir ki, indi Azərbaycan və Ermənistan arasında sülh sazişlərinə nail olmaq üçün müstəsna imkan var. Viral.az “TASS”a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken “Brukinqs” İnstitutunda çıxışı zamanı deyib. “Ölkələr arasında sülh sazişlərinin həyata keçirilməsi üçün müstəsna imkan var ki, bu da onilliklər davam edən münaqişəyə son qoyacaq və hesab edirəm…

Ətraflı

Rusiya yığmasının məşqçisi terrorçuluq ittihamı ilə HƏBS EDİLDİ

Rusiyalı sərbəst güləş üzrə məşqçi Əlişir İsmətzodan terror fəaliyyətinə yardım etməkdə şübhəli bilinərək həbs olunUB. Viral.az xəbər verir ki.bu barədə “RBC Sport” məlumat yayıb. Bu ittihama görə maksimum cəza 15 il həbsdir. Rusiya Güləş Federasiyası mütəxəssisin saxlandığını təsdiqləyib. “Bu məlumat bizim üçün şok oldu, amma təəssüf ki, belədir”,- mənbənin həmsöhbəti qeyd edib. Əlişir İsmətzoda 1992-ci ildə…

Ətraflı

ABŞ Polşaya 2 milyard dollar kredit AYIRDI

ABŞ Polşaya hava və raketdən müdafiə sistemləri üçün hərbi texnikanın alınması üçün 2 milyard dollar kredit ayırıb. Viral.az TASS-a istinadən xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi məlumat yayıb. “Polşa və ABŞ Xarici Hərbi Maliyyələşdirmə proqramı çərçivəsində 2 milyard ABŞ dolları məbləğində birbaşa kreditin ayrılması barədə razılığa gəliblər”, – deyə departamentin saytında bildirilir. Polşa…

Ətraflı

Həkim qan təzyiqi ilə bağlı məşhur mifi DAĞITDI

“Parasetamol qəbulu qan təzyiqini artırmır”. Viral.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə həkim Aleksandr Myasnikov danışıb. Mütəxəssis bildirib ki, parasetamol həqiqətən də qaraciyər xəstəliyi olan insanlarda, eləcə də alkoqoldan sui-istifadə edənlərdə qan təzyiqinin artmasına səbəb ola bilər. “Parasetamol qan təzyiqini artırırmı? Cavab: Xeyr”, – həkim izah edib. Eyni zamanda, həkim əlavə edib ki, qeyri-steroid “antiinflamatuar” dərmanlar mədə…

Ətraflı

Netanyahu HƏMAS ordusunun ləğvinin yaxınlaşdığını AÇIQLADI

“İsrail ordusu Qəzza zolağında HƏMAS hərəkatının hərbi strukturunun ləğvini başa çatdırmaq üzrədir və onun qalıqlarına qarşı zərbələr davam edəcək”. Viral.az “TASS”a istinadən xəbər verir ki, bunu Yəhudi Dövlətinin Baş naziri Benyamin Netanyahu deyib. “Dünən ordunun Qəzza diviziyasına səfərdən qayıtdım, orada Rəfahda gedən döyüşlərdə çox böyük nailiyyətlər gördüm”, – o, İsrail Müdafiə Qüvvələrinin Milli Təhlükəsizlik Kollecinin tələbələri…

Ətraflı

Yaxşı yuxu yatmaq üçün bunları edin

“Yatmaq üçün optimal otaq temperaturu təxminən 21 dərəcə selsidir. Bundan əlavə, orada nəmli hava olmalıdır”. Viral.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə somnoloq Pavel Kudinov bildirib. Kudinov yatmazdan əvvəl soyuq su ilə yaxalanmağı məsləhət görüb. “Günortadan sonra pəncərələri pərdələyə bilərsiniz ki, otaq çox qızmasın, gün ərzində qalın pərdələrdən istifadə edib işıq axını azaltmaq üçün qaranlığın analoqunu yarada bilərsiniz”,…

Ətraflı

Krım körpüsündə nəqliyyatın hərəkəti bağlandı

Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırılıb. Viral.az “TASS”a istinadən xəbər verir ki, bu barədə teleqram kanalında məlumat verilib. “Krım körpüsündə avtomobillərin hərəkəti müvəqqəti olaraq bağlanıb”, – Moskva vaxtı ilə saat 18:32-də dərc edilən mesajda deyilir. Körpüdə və yoxlama zonasında olanlardan sakit olmaları və nəqliyyat təhlükəsizliyi əməkdaşlarının göstərişlərinə əməl etmələri xahiş olunur.  (redaktor.az)

Ətraflı