Bu rayonlara leysan yağdı 

İyunun 1-i saat 19:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Daşkəsən, Gədəbəy, Göygöl, Şəki, Ağdam, Naftalan, Xınalıq, Quba, Qrız, Qusar, Goranboy, Zaqatala, Qəbələ, Şahdağ, Balakən, Mingəçevir, Sarıbaş (Qax), Göyçayda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.   Viral.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.   Goranboy rayonu Böyrü qəsəbəsinə saat 17:30-17:35…

Ətraflı

Tofiq Yaqublunun həbs müddəti uzadıldı 

Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun həbsdə saxlanma müddəti uzadılıb.   Viral.az xəbər verir ki, bununla bağlı onun qızı Nigar Həzi sosial şəbəkə hesabında yazıb.   O bildirib ki, Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədova prokurorun vəsatətini təmin edib.   Qərara əsasən, T. Yaqublu barəsində həbs qətimkan tədbirinin müddəti 20 gün uzadılıb.   Xatırladaq ki, Tofiq Yaqublu…

Ətraflı

Hava ilə bağlı XƏBƏRDARLIQ 

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.   Viral.az xəbər verir ki, müraciətdə deyilir:   “Baş Dövlət Yol Polisi İdarəsi hazırda müşahidə olunan əlverişsiz hava şəraiti ilə əlaqədar sürücülərdən sürət həddini minimuma endirməyi, ara məsafəsini normadan artıq saxlamağı, küləkli havada avtomobillərini aşma, qopma ehtimalı yüksək olan obyektlərin yaxınlığında saxlamamağı,…

Ətraflı

30 yaşlı kişi itkin düşdü 

Qəbələ rayonunun Daşca kənd sakini, 1994-cü il təvəllüdlü Hümbətov Elmin Firidun oğlu mayın 14-də yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. Bu barədə Viral.az-a Daxili İşlər Nazirliyindən bildirilib. İtkin düşən şəxsin əlamətləri belədir: boyu 169 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyidir. Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102”…

Ətraflı

Çaydan meyit tapıldı 

Tovuz şəhər ərazisində yerləşən parkların birinin yaxınlığından keçən çayda kişi meyiti tapılıb.   Viral.az “Report”a istinadən xəbər verir ki, tapılan meyit tibbi ekspertizaya aparılıb.   Onun orta yaşlı kişiyə məxsus meyit olduğu bildirilir.   Meyit deformasiyaya uğrayıb, ekspertiza tərəfindən onun şəxsiyyəti və ölüm səbəbinin arşadırılması davam etdirilir.   Faktla bağlı araşdırma aparılır.

Ətraflı

Müdafiə Nazirliyi məlumat yaydı 

Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında imzalanan ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Müdafiə Nazirliyinin Tibb İdarəsində görüş keçirilib.   Bu barədə Viral.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.   Görüşdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi vəzifəsini icra edən tibb xidməti polkovnik-leytenantı Anar İsmayılov və Qırğız Respublikası Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi tibb xidməti polkovniki Amanbai Matisakov…

Ətraflı

Kredit götürənlərin diqqətinə – Qaydalar dəyişdirildi – VİDEO 

Fiziki şəxslərə kredit verilməsi ilə bağlı yeni qərar verilib. Mərkəzi Bank “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nda dəyişiklik edib. Viral.az Xəzər TV-yə istinadən bildirir ki, yeni qərara əsasən fiziki şəxslə kredit, o cümlədən məsafədən kredit müqaviləsi bağlanmazdan əvvəl bank müştəriyə həmin kredit üzrə onunla bağlı risklərə təminat verilməsini nəzərdə tutan sığorta müqaviləsinin də bağlanmasını təklif…

Ətraflı

Makron da Paşinyana zəng etdi

Bu gün Ermənistanın baş naziri Nikol Paşinyanla Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Viral.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.  Prezident Makron baş nazir Paşinyanı ad günü münasibətilə təbrik edib. Baş nazir təbriklərinə və xoş arzularına, habelə Ermənistan-Fransa münasibətlərinin inkişafına müstəsna töhfəsinə görə prezident Makrona təşəkkür edib.

Ətraflı

Bank kartlarını talayan şəxs TUTULDU

Hövsanda bank kartlarını talayan şəxs saxlanılıb. Viral.az xəbər verir ki bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə müxtəlif vaxtlarda 8 nəfər şəxsin bank kartından 850, 184, 1000, 400, 481, 2000, 200 və 205 manat olmaqla ümumilikdə 5320 manat pul vəsaitinin talanması barədə məlumatlar daxil olub. Şöbə…

Ətraflı

Hava dəyişəcək: güclü külək, dolu, sulu qar

Milli Hidrometeorologiya Xidməti hava şəraiti ilkə bağlı xəbərdarlıq edib. Viral.az xəbər verir ki, xəbərdarlığa görə, iyunun 1-i günün ikinci yarısından 2-si axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 1-i axşam və 2-si gecə və səhər yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir. İyunun 1-i gecəyə doğru və 2-də gecə bəzi yerlərdə…

Ətraflı

Azərbaycandakı hərbi attaşelər “N” saylı hərbi hissəyə aparıldılar

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin “N” hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub. Müdafiə Nazirliyindən Viral.az-a verilən xəbərə görə, əvvəlcə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılan büstü önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsinə hörmət və ehtiram nümayiş etdirilib. Sonra…

Ətraflı

Bu rayonlara dolu düşdü – FAKTİKİ HAVA

İyunun 1-i saat 15:00-a olan məlumata əsasən, Şahdağ, Gədəbəy, Göygöl, Daşkəsəndə şimşək çaxıb, leysan xarakterli yağış yağıb. Viral.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Gədəbəy rayonu Slavyanka kəndinə saat 14:48-14:50 radələrində, Şahdağda isə saat 14:50-15:00 radələrində dolu düşüb. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 32, Aran rayonlarında…

Ətraflı

Lukaşenko Paşinyanı “təcrübəli siyasətçi” adlandırdı

Belarus prezidenti Aleksandr Lukaşenko Nikola Paşinyanı ad günü münasibətilə təbrik edib. Viral.az xəbər verir ki, münasibətilə Lukaşenko Paşinyanı “təcrübəli siyasətçi” adlandırıb. “Ad gününüz münasibətilə təbrikləri qəbul edin, sizə möhkəm cansağlığı və xalqınıza xidmət kimi yüksək missiyanı yerinə yetirməkdə qüvvət arzulayıram. Siz təcrübəli siyasətçisiniz və uzunmüddətli karyeranızda dəfələrlə özünüzü əmin etmisiniz ki, beynəlxalq münasibətlərdə ən dəqiq…

Ətraflı

Abşeronda şəhid övladları ilə görüş

Abşeron rayonunda “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə Vətən Müharibəsi şəhidlərinin övladlarının iştirakı ilə bayram tədbiri keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin rəhbərliyi, YAP Abşeron rayon Təşkilatının sədri, Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhidlərin övladları, rayonun təhsil ocaqlarının kollektivləri iştirak ediblər. Əvvəlcə şəhid övladlarının iştirakı ilə Xırdalan şəhərində Ümummilli lider Heydər Əliyev…

Ətraflı

Naftalanda Uşaqlar Günü qeyd olundu

1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Naftalanda şəhid və qazi övladları ilə görüş keçirilib. Görüşdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, millət vəkili Anar Məmmədov, Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid və qazi ailələri, onların övladları iştirak ediblər.                                       İştirakçılar…

Ətraflı

Şuşada Türk Akademiyası Elmi şurasının iclası keçirilib

İyunun 1-də Şuşa şəhərində Türk Akademiyasının Elmi şurasının VII İclası keçirilib. Viral.az xəbər verir ki, Türk Akademiyasının prezidenti Şahin Mustafayev iclasın Şuşada keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirib. Şahin Mustafayev bildirib ki, sözügedən iclas elmi əməkdaşlığın möhkəmləndirilməsi barədə fikir mübadiləsi aparmağa və müvafiq qərarlar qəbul etməyə imkan verir. Elm və təhsil naziri Emin Əmrullayev Şuşanın belə…

Ətraflı

Yaşar Gülər: Paşinyanın açıqlamalarını müsbət qarşılayıram

“Cənubi Qafqazda təhlükəsizliyin bərqərar olması Ermənistan və Azərbaycan arasında hərtərəfli və daimi sülh müqaviləsinin bağlanmasını tələb edir. Biz bu istiqamətdə səmimi səyləri dəstəkləyir və tezliklə müsbət nəticə əldə etmək istəyirik”. Viral.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu milli müdafiə naziri Yaşar Gülər ​​bildirib. “Prezidentimizin vurğuladığı kimi, biz sülhə nail olmaq üçün bu tarixi fürsətdən…

Ətraflı

Saakaşvilinin partiyasının ofisinə hücum oldu

Dünən gecə yarısından sonra bir qrup naməlum şəxs Tbilisidə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyasının ofisinə hücum edib. Viral.az xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti Facebook sosial şəbəkəsində məlumat yayıb. Yerli vaxtla saat 2:30-da partiya nümayəndələri polisin müşayiəti ilə 30-40 nəfərin gəldiyini görüblər. Daha sonra onların sayı yüzə çatıb. Partiya…

Ətraflı

Putin Paşinyana məktub yazdı

Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyana ad günü münasibətilə təbrik məktubu göndərib. Viral.az xəbər verir ki, Putin təbrikində Rusiya-Ermənistan münasibətlərinin çoxəsrlik dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslandığını bildirib. “Biz bu münasibətlərin hər iki ölkənin xalqlarının rifahı naminə bundan sonra da uğurla inkişaf etməsinin tərəfdarıyıq. Sizə cansağlığı, xoşbəxtlik, firavanlıq və dövləti fəaliyyətinizdə uğurlar…

Ətraflı

Akademik uşaqlarla görüşdü

Bakının Buzovna qəsəbəsindəki 8 nömrəli internat məktəbində Azərbaycan Milli Elmlər Akademiyasının müşaviri, akademik Yaqub Mahmudov ilə görüş keçirilib. “Azərbaycan Tarixçiləri” İctimai Birliyindən Viral.az-a verilən məlumata görə, görüş 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub. Akademik Yaqub Mahmudov məktəbliləri 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edərək, Azərbaycanın zəngin dövlətçilik tarixindən, tarixi şəxsiyyətlərimizdən,…

Ətraflı

Sabahın hava proqnozu: yağış, leysan, külək

İyunun 2-nə gözlənilən hava şəraitilə bağlı proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Viral.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, gecə yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi günün ikinci…

Ətraflı