Ermənistanda büdcə kəsiri 485 milyon dollara yaxın olub
Ermənistan parlamenti 2023-cü il üçün büdcə hesabatını 67 lehinə səslə qəbul edib. Viral.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb. 2022-ci illə müqayisədə gəlirlər 15,1%, xərclər isə 13,6% artıb. Büdcə kəsiri 485 milyon dollara yaxın olub. Müxalifətin “Hayastan” və “Şərəfim var” fraksiyaları səsvermədə iştirak etməyiblər və zalda olmayıblar.