Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb

İstanbulda qurbanlıq öküz fəlakətə səbəb olub. Viral.az lent.az-a istinadən xəbər verir ki, qəbiristanlığa qaçan öküz iki nəfəri yaralayıb, məzarları ziyarət etməyə gələnlər anonsla təxliyyə edilib. Öküzü uzun müddət yaxalaya bilməyiblər. Heyvan qəbiristanlıqda gül satan qadını və salfet satan uşağı yaralayıb. Daha sonra məzarların üstünə çıxıb. Hadisə yerinə bələdiyyənin qrupu gəlib. İki nəfərin xəsarət alması səbəbindən hadisə…

Ətraflı

ABŞ və Ukrayna arasında təhlükəsizlik razılaşması pozula bilər

ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan xəbərdarlıq edib ki, Donald Tramp hakimiyyətə gələrsə, Ukrayna ilə təhlükəsizlik sazişi ləğv edilə bilər.   Viral.az xəbər verir ki, bu barədə BRIEF Sullivana istinadən məlumat yayıb.   “Mən bu dəyişməz həqiqəti dəyişə bilmərəm. Mən heç kimi çaşdırmağa və yazılanların (söhbət “təhlükəsizlik zəmanətləri”ndən gedir – red) daş üzərində həkk…

Ətraflı

Şolts Bürgenştok konfransını TƏRK ETDİ

Almaniya kansleri Olaf Şolts iyunun 16-da səhər saatlarında İsveçrədə Ukrayna üzrə konfransı başa vurmamış tərk edib.   Viral.az DPA agentliyinə istinadən xəbər verir ki, Şoltsun Berlində görüşləri planlaşdırılıbmış. Amma bu görüşlər barədə əlavə məlumat verilməyib.   Bundan əvvəl ABŞ-nin vitse-prezidenti Kamala Harris də İsveçrədəki konfransı tərk edib.   Qeyd edək ki, Ukrayna üzrə konfrans iyunun 15-16-da Bürgenştok…

Ətraflı

İsraildən “Hizbullah” obyektlərinə zərbələr

İsrail qırıcıları Livanın “Hizbullah” hərəkatının hərbi qurğularına və obyektlərinə zərbələr endiriblər.   Viral.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.   “Bir qədər əvvəl qırıcılar “Hizbullah”ın Aytarun ərazisindəki terror obyektlərinə, o cümlədən silah anbarına və hərbi qurğulara zərbələr endirdilər”, – açıqlamada deyilir.   “Bundan əlavə, “Hizbullah”ın Çixin rayonundakı terror infrastrukturu,…

Ətraflı

Gürcü partiyadan Putinə MÜRACİƏT

“Gürcüstan Sülh Naminə Həmrəylik” partiyasının üzvləri Rusiya prezidenti Vladimir Putinə iki ölkə arasında viza rejiminin ləğvi xahişi ilə müraciət ediblər.   Viral.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, siyasətçilər öz videomüraciətində həmçinin Rusiyada qalma müddətini pozan Gürcüstan vətəndaşlarının azadlığa buraxılmasına çağırıb və gürcülərin məşğulluq qaydalarının yüngülləşdirilməsini təklif ediblər.   Partiya üzvləri qeyd ediblər ki, bu tədbirlər…

Ətraflı

Yaponiya müdafiə naziri Britaniyaya GEDƏCƏK

Yaponiyanın müdafiə naziri Minoru Kihara 2024-cü ilin iyulunda Böyük Britaniyaya səfər etməyi planlaşdırır.   Viral.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.   Qeyd olunub ki, hazırda səfərlə bağlı müzakirələr aparılır. Nəşrin fikrincə, səfər Böyük Britaniyadakı seçkilərdən sonra baş tutmalıdır.   Ehtimal edilir ki, seçkilərdən sonra Mühafizəkarlar Partiyası ölkədə hakimiyyəti itirəcək. Nəticədə Yaponiya…

Ətraflı

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Viral.az-a bildirilib ki, iyunun 17-də cənub-şərq gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.   Dəniz suyunun temperaturu:   Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.

Ətraflı

Fransa parlamentinin buraxılması risklidir – Sarkozi

Fransanın keçmiş prezidenti Nikola Sarkozi bildirib ki, parlamentin hazırkı dövlət başçısı Emmanuel Makron tərəfindən buraxılması ölkə üçün riskli addımdır.   Viral.az-ın məlumatına görə, o, bu barədə “Le Journal du Dimanche” qəzetinə müsahibəsində bildirib.   “Parlamentin buraxılması həm ölkə, həm də Prezident üçün böyük riskdir”, – o deyib.   Onun sözlərinə görə, belə bir addım onsuz…

Ətraflı

Türkiyədə 5 nəfəri öldürən suriyalı intihar etdi

Türkiyədə beş nəfəri öldürən Suriya vətəndaşı intihar edib.   Viral.az “Haber Global”a istinadən xəbər verir ki, hadisələr Qaziantepin Şahinbəy rayonunun Üçoklar, Barak və Vətən məhəllələrində baş verib.   İddiaya görə, psixoloji problemləri olan H. Mustafa adlı Suriya vətəndaşı əvvəlcə bərbərxanada bir nəfəri, sonra isə evdə dörd nəfəri tapança ilə güllələyərək öldürüb.   İki nəfəri yaralayan…

Ətraflı

Sarkozi siyasətə qayıtmağı PLANAŞDIRMIR

2007-2012-ci illərdə Fransaya rəhbərlik etmiş keçmiş prezident Nikola Sarkozi siyasətə qayıtmağı planlaşdırmır.   Viral.az xəbər verir ki, bu barədə o, “Le Journal du Dimanche” qəzetinə müsahibəsində bildirib.   “Siyasət mənim üçün çevrilmiş səhifədir”, – Sarkozi deyib. “Düşünürəm ki, ən müdrik və faydalı şey, hər hansı şəxsi ambisiyanı və siyasətə qayıtmaq istisna olmaqla, ölkəmiz üçün zəruri…

Ətraflı

CAR Prezidenti and içəcək

İyunun 19-da Siril Ramaposun ikinci müddətə Cənubi Afrika Prezidenti kimi andiçmə mərasimi keçiriləcək.   Viral.az-ın məlumatına görə, bu barədə respublika Prezidentinin Administrasiyası xəbər yayıb.   “Prezident Ramaposun andiçmə mərasimi çərşənbə günü Cənubi Afrika Respublikasının paytaxtı Pretoriyada baş tutacaq”, – kommünikedə deyilir. Mərasim “Union Buildings” ərazisində keçiriləcək və yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə saat…

Ətraflı

Yaponiyadan Çinə sanksiya XƏBƏRDARLIĞI

Yaponiya Çinə sanksiyalar tətbiq edə bilər.   Viral.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Fumio Kişida İsveçrədə keçirilən G7 sammitinin yekunları üzrə bildirib.   Kişida deyib ki, Ukraynadakı vəziyyətlə əlaqədar Çinə qarşı yeni sanksiyalar tətbiq oluna bilər. “Yaponiya üçüncü ölkələrdə, o cümlədən Çində yerləşən təşkilatlara qarşı yeni sanksiyalar paketinin tətbiqi imkanlarını…

Ətraflı

20-yə yaxın daşnak həbs edildi 

Ermənistanda daxili ictimai-siyasi sabitliyi pozmaqla məşğul olan müxalifət nümayəndələrinə qarşı tədbirlər görülür.   Viral.az xəbər verir ki, hüquq mühafizə orqanları “Daşnaksütyun” partiyasının 20-yə yaxın üzvünü saxlayıb.   “Daşnaksütyun” partiyasının ali orqanının üzvü Qerasim Vardanyan iyunun 15-də Ermənistan İstintaq Komitəsinə dəvət olunub və barəsində həbs qətimkan tədbiri seçilib.   Saxlanılan daha bir nəfər üç aylıq həbs cəzasına…

Ətraflı

Türkiyə Milli Müdafiə Nazirliyindən 15 İyun PAYLAŞIMI 

Türkiyənin Milli Müdafiə Nazirliyi Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.   Viral.az xəbər verir ki, nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifəsində Türkiyə və Azərbaycan Bayraqları fonunda yerləşdirilmiş təbrik mesajında aşağıdakı sözlər önə çıxarılıb: “Biz birlikdəyik…Bizim sözümüz birdir…Bizim gücümüz birdir”.   Təbrik mətnində qeyd edilib: “Dost və qardaş Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edirik. Azərbaycan…

Ətraflı

Ermənistanda kütləvi həbslər başladı

Ermənistanda maddi maraq qarşılığında arxiyepiskop Baqrat Qalstanyanın rəhbəri olduğu “Vətən Uğrunda Tavuş” hərəkatının mitinqlərinə cəlb etməkdə şübhəli bilinən 11 nəfərdən ikisinə qarşı cinayət işi qaldırılıb.   Viral.az “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bu barədə adıçəkilən ölkənin İstintaq Komitəsi məlumat yayıb.   İlkin araşdırma zamanı onların mitinqə çağırdığı şəxslərin hər birinə 10-30 ABŞ dolları arasında pul vəsaitləri…

Ətraflı

Türkiyə ordusu İraqda və Suriyada 17 terrorçunu məhv edib

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında və Suriyada 17 terrorçunu məhv edib.   Viral.az bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin iyunun 15-də yaydığı məlumata istinadla xəbər verir.   Məlumatda qeyd olunub ki, Hakurk rayonunda, həmçinin İraqda davam edən “Pence Kilit” antiterror əməliyyatı zamanı 8 terrorçu zərərsizləşdirilib.   Qalan 9 terrorçu isə Suriyanın şimalında – “Fırat kalkanı”…

Ətraflı

Məşhur ilahiyyatçı vəfat etdi 

Türkiyənin məşhur ilahiyyatçısı Yusuf Kavaklı vəfat edib.   Viral.az xəbər verir ki, bu barədə tanınmış aparıcı Nur Viral məlumat yayıb.   Uzun müddətdir səhhətində problem olan Kavaklı bir neçə gün əvvəl reanimasiyaya yerləşdirilmişdi.   Onun xərçəngdən vəfat etdiyi bildirilir.   Yusuf Kavaklı 1946-cı ildə Sivasda anadan olub. O, müxtəlif televiziya proqramlarında iştirak edib, dini sualları…

Ətraflı

Roma Papasından süni intellektlə bağlı xəbərdarlıq

Böyük Yeddiliyin (G7) zirvə görüşünə dəvət edilən Roma Papası süni intellektlə bağlı xəbərdarlıq edib.   Viral.az-ın məlumatına, pontifik bildirib ki, süni intellekt bəşəriyyət üçün radikal dəyişiklikdir. Onun sayəsində biliklərin əlçatanlığı təmin olunur. Lakin bu texnologiyaya elə nəzarət edilməlidir ki, insan həyatı və ləyaqətinə təhlükə yaranmasın.   Dini lider süni intellektdən təyinatı üzrə istifadəyə çağırıb.

Ətraflı

Sülh sammitində iştirak edəcək ölkələr açıqlandı

İsveçrə hökuməti Ukrayna ilə bağlı Sülh Sammitində iştirak edəcək ölkələrin siyahısını açıqlayıb.   Viral.az xəbər verir ki, sammitdə dünyanın müxtəlif ölkələrindən və səkkiz beynəlxalq təşkilatdan 96 nümayəndə iştirak edəcək.   57 ölkə prezident, vitse-prezident və hökumət başçıları səviyyəsində, 29 ölkə xarici işlər nazirləri səviyyəsində, altı ölkə səfirlər səviyyəsində təmsil olunacaq.   Sammitdə iştirak edənlər arasında…

Ətraflı

Zelenski İsveçrəyə səfər etdi

Ukrayna prezidenti Volodimir Zelenski İsveçrəyə səfər edib.   Viral.az xəbər verir ki, bu barədə o, özünün teleqram kanalında yazıb.   Ukrayna lideri iyunun 15-dən 16-dək keçiriləcək sülh sammitində iştirak edəcək.   Sammit çərçivəsində Ukrayna prezidentinin təklif etdiyi sülh formulası müzakirə olunacaq.   “Sülh sammiti qlobal əksəriyyətə dünyada hər kəs üçün vacib olan sahələrdə konkret addımlar…

Ətraflı

Ermənistandan Moldovaya uçan təyyarə Rumıniyada məcburi eniş edib

Ermənistanın paytaxtı İrəvandan Moldovanın paytaxtı Kişinyova uçan təyyarə məcburi eniş edib.   Viral.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, məcburi eniş Rumıniyanın paytaxtı Buxarestə edilib.   Bildirilib ki, buna səbəb bomba olması ilə bağlı məlumatdır. Rumıniyada təyyarənin və sərnişinlərin baqajının yoxlanılması prosesi davam edir.   Məhz bu səbəbdən təyyarə bir neçə saatdır Buxarestdən çıxa bilmir. Moldovanın mülki aviasiya idarəsi hələlik…

Ətraflı