Pandemiya zamanı vətəndaşlara tətbiq edilən cərimələr SİLİNƏCƏK

Gürcüstan hökuməti koronavirus pandemiyası zamanı iki minə yaxın vətəndaşa tətbiq edilən cərimələri siləcək.   Viral.az “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.   “Vətəndaşlarımız artıq bir neçə ildir ki cərimələrə məruz qalırlar. 1855 fiziki və 38 hüquqi şəxs pandemiya ilə bağlı cərimələrdən azad olunacaq. Ümumi məbləğ 5,6 milyon lari…

Ətraflı

Qalmaqallı qanun qüvvəyə mindi – “Gürcüstan qalib gəldi”

Gürcüstanda “xarici agentlər” haqqında qanunu qüvvəyə minib.   Viral.az xəbər verir ki, Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deputatların qəbul etdiyi qanunu imzalayıb.   “Bu gün mən “Xarici təsirin şəffaflığı haqqında” qanunu imzaladım. Bu qanunun məqsədi Gürcüstanın siyasi, iqtisadi və sosial sistemlərini kənar müdaxilələrə münasibətdə gücləndirməkdir”, – deyə Papuaşvili brifinqdə bildirib.   Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib…

Ətraflı

Qərb tərəfdaşlarımızla fikir ayrılıqları var

Hakim “Gürcü Arzusu” partiyasının lideri, keçmiş baş nazir İrakli Qaribaşvili deyib ki, Qərb tərəfdaşları ilə fikir ayrılıqları olan məsələlər var, lakin o, bu fikir ayrılıqlarının dialoq yolu ilə həll ediləcəyinə əmindir. Viral.az xəbər verir ki, İrakli Qaribaşvilinin sözlərinə görə, hakim partiya Gürcüstan vətəndaşlarına Avropanı vizasız gəzmək imkanı verib. “Bunu sizə “Gürcü Arzusu”, bizim hökumət gətirdi”….

Ətraflı

İslansiyada sahibkar qadın prezident seçildi

Sahibkar və investor Halla Tomasdottir İslandiyada keçirilən prezident seçkilərində qalib gəlib. Viral.az xarici KİV-ə istinadən xəbər verir ki, Tomasdottir 34,3% səslə yüksək vəzifəyə seçilib. Keçmiş baş nazir Katrin Yakobsdottir 25,2%, dosent Halla Hrund Loqadottir isə 15,5% səslə 2-ci və 3-cü yeri tutublar. 55 yaşlı Halla Tomasdottir prezident postunda iki dörd illik müddətdən sonra yenidən seçilmək istəməyən…

Ətraflı

Qiyamçı keşiş Ermənistan İstintaq Komitəsinə ÇAĞIRILDI

Ermənistanda etiraz aksiyalarına rəhbərlik edən keşiş Baqrat Qalstanyan bu gün İstintaq Komitəsinə gedəcək. Viral.az xəbər verir ki, bu barədə arxiyepiskop Baqrat Qalstanyan dünən Müqəddəs Anna kilsəsinin həyətindəki aksiyada bildirib. “Biz Surb Xaç kilsəsinin həyətinə yığışacağıq və saat 10:00-da İstintaq Komitəsinə gedəcəyik. Tələblərimizin nədən ibarət olacağını yerindəcə söyləyəcəyəm. Ya bizə cavab verəcəklər, ya da biz öz…

Ətraflı

Meksikada qadın prezident – İlk dəfə

Meksikads keçirilən prezident seçkilərinin ilkin nəticələrinə görə, hakim Morena partiyasının namizədi Klaudiya Şeynbaum liderdir.   Viral.az xəbər verir ki, bu barədə NMAS televiziya kanalı və “El Financiero” qəzeti öz “exit-poll”larına istinadən məlumat yayıb.   Nəticələr təsdiqlənərsə, o, dövlət başçısı vəzifəsini icra edən ilk qadın ola bilər. Partiya sədri Mario Delqado xanım Şeynbaumun qələbəsini elan edib….

Ətraflı

Fransada fermerlər yenidən etiraza QALXDI

Fransada fermerlər növbəti etiraz aksiyası elan ediblər.   Viral.az xəbər verir ki, onlar saat 07.00-da (Bakı vaxtı ilə 09.00) ölkəni İspaniya ilə birləşdirən A9 magistralını bağlayacaqlar. Etiraz aksiyası ispaniyalı fermerlərlə koordinasiyalı şəkildə həyata keçiriləcək.   Hər 2 ölkənin fermerləri kənd təsərrüfatındakı problemlərin tək bir ölkəyə deyil, bütünlükdə Avropa İttifaqına xas olduğuna diqqəti cəlb etmək istəyirlər.

Ətraflı

F-35 qırıcıları qəza enişi etdi

Yaponiya özünümüdafiə qüvvələrinə məxsus 2 ədəd beşinci nəsil F-35 qırıcısı Aomori prefekturasının aeroportuna qəza enişi edib.   Viral.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.   Agentlik bildirir ki, qəza enişinə səbəb təyyarələrin elektronikasında yaranmış nasazlıqdır. Hadisə nəticəsində xəsarət alan yoxdur. Fakt araşdırılır.

Ətraflı

Eyfel qülləsini ziyarət bahalaşır 

Paris Olimpiadası ərəfəsində Eyfel qülləsini ziyarət haqqı artırılır.   Viral.az xəbər verir ki, iyunun 17-dən etibarən qüllədə liftdən istifadə etməklə ziyarətin qiyməti 20%, pilləkənlərlə qalxmağın qiyməti isə 42% artırılacaq.   Sözügedən tarixdən liftlə ziyarət (qüllənin ən hündür nöqtəsinə qalxma) üçün biletin qiyməti 29,40 avrodan 35,30 avroya qaldırılacaq. Klassik gəzinti (ikinci mərtəbəyə pilləkənlə çıxma) bileti isə 10…

Ətraflı

18 nəfəri ildırım vurdu

Çexiyanın Vratislavitse şəhərindəki parkda 18 nəfəri ildırım vurub.   Viral.az xəbər verir ki, hadisə yerli sakinlər parkda tədbir keçirərkən baş verib. İldırımın təsirinə böyük ağacın altında oturan şəxslər məruz qalıblar.   Zərərçəkənlərdən beş uşaqdır. Yaralılardan yeddisi reanimasiyaya yerləşdirilib, bir uşaq paytaxt Praqadakı xəstəxanalardan birinə yola salınıb.

Ətraflı

İsrail vətəndaşları bu ölkəyə gedə bilməyəcəklər

Maldiv adalarının prezidenti Mohamed Muizzou İsrail vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulmasını təsdiqləyib.   Viral.az xəbər verir ki, bu barədə İsrail Prezidentinin saytında məlumat yayılıb.   Qadağa ikili vətəndaşlığı olan şəxslərə də şamil edilir.   Maldiv prezidenti fələstinlilərin ehtiyaclarını qiymətləndirmək üçün xüsusi nümayəndə təyin etmək qərarına gəlib. Nümayəndə Fələstinə kömək üçün vəsait toplama kampaniyası təşkil edəcək….

Ətraflı

Avropada daşqınlar – cəsədlər tapıldı

İtaliyanın Friuli-Venesiya-Culiya regionunda aramsız leysanın səbəb olduğu daşqın nəticəsində itkin düşənlərin ikisinin cəsədi tapılıb. Viral.az xəbər verir ki, ötən gün Natisone çayının daşması nəticəsində itkin düşən ikisi oğlan, biri qız olmaqla üç yeniyetmənin axtarış-xilasetmə əməliyyatları fasiləsiz davam edib. Helikopterlər, mülki-müdafiə briqadalarının qayıqları və dalğıcların cəlb edildiyi əməliyyatlar nəticəsində itkin düşən iki oğlanın cəsədi aşkarlanıb. Hazırda axtarış-xilasetmə…

Ətraflı

Milyarder 93 yaşında beşinci dəfə evləndi

Media maqnatı, milyarder Rupert Merdok 93 yaşında beşinci dəfə ailə həyatı qurub.   Viral.az xəbər verir ki, bu barədə Britaniyanın “The Sun” qəzeti məlumat yayıb.   O, 67 yaşlı bioloq, Roman Abramoviçin keçmiş qayınanası Yelena Jukova ilə evlənib.   Onlar Merdokun Kaliforniyadakı üzüm bağında toy ediblər.   Merdok əvvəllər dörd dəfə ailə həyatı qurub.  …

Ətraflı

Daha bir ölkə “sülh sammiti”ndən imtina etdi 

Səudiyyə Ərəbistanı İsveçrədə Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həllinə dair konfransda iştirakdan imtina edib.   Viral.az xəbər verir ki, nu barədə Almaniyanın DPA agentliyi Səudiyyə Ərəbistanındakı diplomatik mənbələrə istinadən məlumat yayıb.   Məlumata görə, bu qərar təşkilatçıların sammitə Rusiya nümayəndələrini dəvət etməkdən imtina etməsi səbəbindən verilib.   Bildirilir ki, Ukrayna prezidenti Viktor Zelenski iyunun 15-16-da…

Ətraflı

16 terrorçu məhv edildi 

Türkiyə Silahlı Qüvvələri tərəfindən İraq və Suriyanın şimalında 16 PKK terrorçusu zərərsizləşdirilib.   Viral.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.   Məlumata görə, terrorçulardan 14-ü İraqın Hakurk və Metina, ikisi isə Suriyanın şimalında “Fərat qalxanı” əməliyyatı bölgəsində zərərsizləşdirib.   Açıqlamada terrorun mənbəyində məhv edilməsi üçün əməliyyatların əzm və qətiyyətlə davam etdiriləcəyi vurğulanıb.

Ətraflı

Gürcüstanda məhbusların sayı ARTIR

Gürcüstanda 2014-cü ildən bəri ilk dəfə məhbusların sayı 10 mini keçib.   Viral.az xəbər verir ki, bu barədə ölkənin Statistika Komitəsi məlumat yayıb.   Məlumata görə, mayın 1-nə həbsxanada 10 285 nəfər var, onlardan 379-u qadındır. Qeyd edilir ki, 3,8 min məhbus üçün bu, ikinci və ya daha çox müddətdir.   Gürcüstanda mövcud həbsxanalar 81,1…

Ətraflı

İsrail Prezidenti girovların qaytarılması sazişini DƏSTƏKLƏYİR

İsrail Prezidenti İsaak Hersoq Baş nazir Benyamin Netanyahu və ABŞ Prezidenti Co Baydenin mayın 31-də açıqladığı girovların qaytarılması ilə bağlı razılaşmaya dəstək verəcək.   Viral.az xəbər verir ki, bu barədə o, X-də (keçmiş Twitter) paylaşım edib.   “Mən Prezident Baydenə çıxışına və Qəzza zolağında radikal Fələstin hərəkatı HƏMAS tərəfindən saxlanılan bütün girovları azad etmək üçün göstərdiyi səylərə…

Ətraflı

Eyfel qülləsi yaxınlığında bayraqlı tabutlar

Fransada Eyfel qülləsi yaxınlığına bayraqlı tabutlar qoyulub.   Viral.az TASS-a istinadən xəbər verir ki, polis üzərində “Ukraynada öldürülən fransız əsgərləri” yazılmış və Fransa bayrağına bükülmüş 5 boş tabut aşkarlayıb.   Məlumata görə, faktla bağlı 3 nəfər saxlanılıb. Onlar bolqar, ukraynalı və alman əsilli şəxslər olublar.   Qeyd edək ki, son aylarda Fransa Prezidenti Emmanuel Makron Ukraynaya…

Ətraflı

Barda atışma oldu, ölənlər və yaralananlar var

ABŞ-nin Pitsburq (Pensilvaniya ştatı) şəhərətrafı qəsəbəsindəki barda atışma olub. Viral.az bu barədə “Associated Press”ə istinadən xəbər verir. Hadisə nəticəsində iki nəfər ölüb, daha yeddisi yaralanıb. Həkimlər zərərçəkənlərdən birinin vəziyyətini kritik qiymətləndirirlər. İlkin məlumata görə, barda mübahisə yarandıqdan sonra bir neçə nəfər atəş açıb. Faktla bağlı araşdırma aparılır.

Ətraflı